Məhkəmə icraçıları yanvarın 12-də əsgər ölümlərinə qarşı etiraz aksiyasında iştiraka görə inzibati cərimə kəsilmiş gənc fəalların evlərində əmlakın siyahıya alınmasını və müsadirəsini həyata keçirir.Aksiya zamanı yüksək cərimə olunanlardan 5 nəfər – Turqut Qəmbər, Rəşad Həsənov, Ülvi Həsənli, Tural Abbaslı və Əbülfəz Qurbanlı prinsipial olaraq cərimələri ödəməkdən imtina etdiklərini bildiriblər.
Fevralın 19-u Nida Vətəndaş Hərəkatının idarə həyətinin üzvü Turqut Qəmbərin evinə gələrək, mənzildəki əmlakı siyahıya alınıb.Turqun Qəmbərin atası, Müsavat partiyasının başqanı İsa Qəmbər məhkəmə icraçılarına mənzilin ona məxsus olduğunu, oğlunun ümumiyyətlə bu ünvanda qeydiyyatda olmadığını bildirib.
Yüksək cərimələr və məhkəmə qərarlarına itaətsizlik göstərən gənc fəallarla bağlı sualları cavablandırmaq üçün bu həftə Sərbəst Kürsüyə Nida Vətəndaş Hərəkatının idarə həyətinin üzvü Turqut Qəmbəri dəvət etmişik. Fevralın 20-si gənc fəal sizin suallarınızı cavablandırıb.
————————————————————————————————————————
21:00 / 20 fevral 2013
Axşamınız xeyir, Sərbəst Kürsünün növbəti sayında xoş gördük. Canlı forumun moderatoru həmişə olduğu kimi Emil Quliyevdir. Forumda qonağımız isə Nida Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbərdir.
21:02
Emil Quliyev [moderator]: Turqut bəy, Sərbəst Kürsüyə xoş gəlmisiniz.
21:03
Turqut Qəmbər: Xoş gördük, Emil bəy. Hamını salamlayıram.
EQ: Turqut bəy, dünən baş verən hadisələrlə bağlı sizi foruma dəvət etsək də, müxtəlif mövzularda suallar daxil olmaqdadır. Biz daxil olma ardıcıllığı ilə bütün sualları sizə ünvanlayacağıq. Təkrar olduğunu düşünsəniz və ya cavab vermək istəməsəniz, növbəti suala keçəcəyik. İlk sual Mikayıl adlı oxucumuzdan daxil olub olub. O yazır:
Turqut Qəmbər: Fəallar arasında “cərimələri ödəyənlər” və “cərimələri ödəməyənlər” tipli bölgü yoxdur. Ödəyənlərin öz situasiyası var. Bəzilərinin adına mülk var, bəziləri tez-tez xaricə gedib-gəlir, bəziləri cəriməni ödəməsə əllərində olan yeganə gəlir mənbəyi əldən çıxa bilər və s. Nəticədə ödəməyə məcbur olurlar. Yəni cəriməni ödəyənlərə qarşı qətiyyən hər hansı bir qınaq yoxdur. Bəlkə də yaxşıdır ki, cərimələrlə bağlı yaranmış bu yeni situasiyada fəallar hər iki variantdan istifadə edirlər. Burada səhv tərəf yoxdur, yanaşma və situasiya fərqləri var.
EQ: Növbəti sual email vasitəsilə göndərilib. Rasim soruşur:
Siz nə üçün atanızın başqan olduğu Müsavat Partiyasının gənclər təşkilatının üzvü deyilsiniz, Nidaya üstünlük vermisiniz? Müsavatdan gözünüz su içmir?
Cavab: Biz dostlarla Nidanı elə bir dövrdə yaratdıq ki, cəmiyyətdə ciddi süstlük var idi. Yeni impulsa ehtiyac var idi. Düşünürdük ki, məqsədi ölkədə köklü siyasi dəyişikliklər, demokratikləşmə olan, lakin heç bir siyasi ambisiyası olmayan (hakimiyyətə gəlmək, vəzifə tutmaq və s.) bir təşkilat yaradaq və o dövrdə heç bir təşkilatın üzvü olmayan, lakin fəallığı olan insanları bir araya gətirək. Düşünürəm ki, bu məqsədə nail olmuşuq.
Sual [Taha]: Taha adlı istifadəçi yazır: Turqut bəy, “Beş qəpik” kampanyasında iştirak etmişdiniz?
Əgər etmişdinizsə, dünən ailənizin evində mülkiyyətinizin qeydiyatına nəyə görə etiraz edirdiniz?
Cavab: Mən “5 qəpik” kampaniyasını dəstəkləmişdim, çünki onu 12 yanvar “Əsgər ölümlərinə son!” aksiyasından sonra cəmiyyətdə yaranmış həmrəylik ruhunun qorunmasında əhəmiyyətli bir mərhələ hesab edirdim. Eyni zamanda kampaniya başlanılanda da mən və bir qrup digər fəal bildirmişdik ki, cərimələri ödəmək fikrində deyilik və bizim cərimələrimizin ödənməsi üçün yığılan məbləği şəhid ailələrinə ianə etmək fikrindəyik. Ki, belə də etdik.
Mənim cəriməmə görə atamın və anamın mülkiyyətinin qeydiyyatına görə niyə də etiraz etməyim ki? Mən həddi buluğa çatmış insanam və mənim hərəkətlərimə, o cümlədən cərimələrimə görə valideynlərim məsuliyyət daşımır.
Emil Quliyev [moderator]: Rüfət Twitter vasitəsilə soruşur:
21:40
Turqut Qəmbər: Fəallar ianələrin toplanması üçün müxtəlif metodlardan istifadə edirlər. Bu cür fərqli metodu da məqbul hesab edirəm. Xüsusən də bu fəallığın artmasına və daha çox insanın müxtəlif yollarla prosesə dəstək verməsi ilə nəticələnirsə. Heç bir problem görmürəm.22:42
21:41
Sual [Rafik]:O məşhur televizor həqiqətən də səninlə yaşıddı?22:43
Cavab: Məndən də yaşlıdır. Evlilik cehizi kimi gəlmişdi bizim evə. Hesabla, məndən 3 yaş böyük olmalıdır.
Sual [Tural]:Dünən məhkəmə icraçıları gələndə əmlakı nə üçün siyahıya aldıqlarını dedilər? Bu gün hər hansı təzyiqlə üzləşməmisiniz?
21:47
Cavab: Cəriməni ödəmədiyimə görə yaşadığım evdə əmlakı siyahıya almalı olduqlarını bildirdilər. Nəticədə bütün məntiq və qanun normalarını pozaraq, mənim olmayan əmlakımı deyil, valideynlərimin əmlakını siyahıya aldılar.
Xeyr, bu gün heç bir hadisə baş verməyib.
21:48
Sual [Rafaello]: Siz cəriməni ödəməsəniz nə baş verəcək? Məhkəməyə müraciət etmisiniz? nəsə bir yolla o pulu alacaqlar da onsuz da
21:52
Cavab: Cərimə qərarları ilə bağlı Apelyasiya məhkəməsinə müraciət etmişəm, hamısında qərarlar qüvvədə saxlanılıb. Bununla bağlı prosesi Avropa İnsan Hüquqları Məhkəməsinə qədər aparmaq fikrim var. Vəkillər bu istiqamətdə işləyirlər.
Ən son “siyahıya alınma” insidenti ilə bağlı da məhkəməyə müraciət etmək fikrim var.
Məqsədləri də odur ki, siz demiş, nəsə bir yolla, oğurluq olsun, qanunsuzuq olsun, cərimələrin ödənməsini təmin etsinlər. Biz də öz tərəfimizdən itaətsizlik kampaniyamızı davam etdirəcəyik.
21:53
Sual [Kamran]: Turqut bey, sizce cerimeleri odemeyib , yeni 5 qepik aksiyasi kecirmeden, hakimiyyete daha da direnmek semere vererdimi?
21:57
Cavab: Məncə, hər iki metodun sınaqdan keçirilməsi yaxşı oldu. Bir tərəfdən uğurlu ianə toplanması kampaniyası həyata keçirildi. Digər tərəfdən də dirəniş göstərilir, vətəndaş itaətsizliyi nümunəsi ortaya qoyulur və hakimiyyət ifşa edilir.
21:59
Sual [Gülər]: Turqut bəy, sizin atanız bu il prezidentliyə namizəd olacaq. Sizin evinizdə aparılan siyahıya alınma ilə bunun arasında bir bağlılıq ola bilərmi? və məsələ ilə bağlı hər hansı diplomatik korpus nümayəndəsi və ya beynəlxalq təşkilat nümayəndəsi əlaqə saxlayıb, maraqlanıbmı?
22:05
Cavab: Məncə, mənim cəriməm olmasaydı, bu hadisə baş verməzdi. Mənimlə hər hansı diplomatik korpus və ya beynəlxalq təşkilat nümayəndəsi əlaqə saxlamayıb.
22:07
Sual [Mikayıl]: Siz həm də ictimai fəalsınız. Qarşıdan gələn seçkilərdə nə kimi fəaliyyətlə məşğul olmağı düşünürsünüz?
22:12
Cavab: Həmişə olduğu kimi seçki ilində də insanların fəallaşması, onların demokratik prosesə qoşulması və dəstək verməsi istiqamətində çalışacam. Sadəcə, əhəmiyətli il olduğu üçün daha çox qüvvə və daha çox əzmlə.
22:13
Emil Quliyev [moderator]: Turqut adlı oxucu sizə 4 sual göndərib. Turqut adlı oxucumuz 4 sual göndərib. Xahiş edərdik ayrı-ayrılıqda cavab verərdiniz. İlk sualı belədir:
1. Parlamentin və hökumətin son addımlarına müsabətiniz necədir? Nə demək istəyirlər?
Cavab: Parlamentin və hökumətin son addımları seçki ilində və ümumən Azərbaycanda siyasi aktivliyi boğmağa yönəlib. Həmişə olduğu kimi.
2. Cərminəni ödəməsəniz cinayət işi qaldıracaqlar. T
Cavab: Belə görünür ki, hakimiyyət bizi tutmağa hazır deyil. Biz bu vətəndaş itaətsizliyi kampaniyasını başlayanda həbsi də gözə almışdıq. Hakimiyyət isə müxtəlif qeyri-qanuni yollarla məhz cərimələrin ödənməsinə çalışır, icbari işləri və həbsi gündəmə gətirmək istəmir.
22:20
3. Hökumətin və parlamentin son qərarlarına etiraz edən aksiyalar olacaq? Yoxsa cərimələri ödəməklə məşğul olacaqsınız?
Cavab: “5 qəpik” kampaniyası da, vətəndaş itaətsizliyi kampaniyası da faktiki etiraz aksiyasıdır. Etiraz aksiyalarının məhz küçədə yığıncaq formasında olması mütləq deyil.
4. Müstəqil və müxalif gənclərin prezidentliyə öz namizədi olacaqmı? Və ya atanızı dəstəkləyəcəksi
Cavab: Gənclərin prezidentliyə namizədliklərin
22:40
Emil Quliyev [moderator]: Turqut bəy, sizə dəyərli vaxtınızı ayırıb, oxucularımızın suallarını cavablandırdığınız üçün minnətdarıq.
Turqut Qəmbər: Emil bəy, sizə dəvətinizə görə, forum iştirakçılarına isə suallarına görə təşəkkür edirəm.
Emil Quliyev: Mən də öz növbəmdə oxuculara suallarına və forumda iştiraklarına görə minnətdarlığımı bildirirəm. SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR! Növbəti canlı forumlarda görüşənədək…
5 responses to “Turqut Qəmbər: O televizor məndən də yaşlıdır”
Turqut bəy, sizinlə həmrəyli göstərməyib cərimələri ödəyənlərə və ya ödəməyə çalışanlara münasibətiniz necədir? Onlar düz edir, yoxsa siz?
Turqut bəy,
“beş qəpik” kampanyasında iştirak etmişdiz?
Əgər etmişdinizsə, dunən ailənizin evində mülkiyyətinizin qeydiyatına nəyə görə etiraz edirdiniz?
Turqut bey, sizce cerimeleri odemeyib , yeni 5 qepik aksiyasi kecirmeden, hakimiyyete daha da direnmek semere vererdimi?
Turqut bəy, sizin atanız bu il prezidentliyə namizəd olacaq. Sizin evinizdə aparılan siyahıya alınma ilə bunun arasında bir bağlılıq ola bilərmi? və məsələ ilə bağlı hər hansı diplomatik korpus nümayəndəsi və ya beynəlxalq təşkilat nümayəndəsi əlaqə saxlayıb, maraqlanıbmı?
Salam
Bir neçə sualım var.
1. Parlamentin və hökumətin son addımlarına müsabətiniz necədir? Nə demək istəyirlər?
2. Cərminəni ödəməsəniz cinayət işi qaldıracaqlar.Tutulmağa hazırsınız?
3. Hökumətin və parlamentin son qərarlarına etiraz edən aksiyalar olacaq? Yoxsa cərimələri ödəməklə məşğul olacaqsınız?
4. Müstəqil və müxalif gənclərin prezidentliyə öz namizədi olacaqmı? Və ya atanızı dəstəkləyəcəksiniz?