Bəxtiyar Hacıyev: Mən ölkədəki problemləri səsləndirmişəm və səsləndirəcəm!

Posted June 4th, 2012 at 12:24 pm (UTC-4)
18 comments

İyun ayının 4-i Azərbaycan Ali Məhkəməsinin qərarı ilə gənc fəal Bəxtiyar Hacıyev şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb. Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də saxlanıb, mayın 18-də isə hərbi çağırışdanyayınma ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib. O həbsinin əsl səbəbinin aktiv ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirib. Hacıyev 2010-cu il parlament seçkiləri zamanı saxtalaşdırmaları ifşa edən video görüntüləri sosial şəbəkələrdə yayıb.
Amnesty İnternational Hacıyevi “vicdan məhbusu” kimi tanıyıb.

Azadlığa qovuşmuş Bəxtiyar Hacıyev  iyun ayının 5-i Sərbəst Kürsüdə canlı olaraq sizin suallarınızı cavablandırıb.

—————————————————–

21:00 / 05 iyun 2012
Axşamınız xeyir, hörmətli Sərbəst Kürsü oxucuları. Həmişə olduğu kimi canlı forumun aparıcı Emil Quliyevəm. Sərbəst Kürsünün qonağı isə dünən həbsdən azad edilmiş gənc fəal Bəxtiyar Hacıyevdir.

21:02
Emil Quliyev (moderator): Bəxtiyar əvvəlcə səni, ailəni və yaxınlarını həbsdən azad edilməyin münasibəti ilə təbrik edirəm və təklifimizi qəbul etdiyin üçün minnətdarlığımı bildirirəm.

21:03
Bəxtiyar Hacıyev: Təşəkkürlər Emil bəy, minnətdaram. Mən də  həm həbsim zamanı verdiyiniz dəstəyə görə, həm də indiki dəvətə görə təşəkkür edirəm.

21: 05
EQ: Forumun şərtlərini nəzərinizə çatdırmaq istəyirəm, tərkibində təhqir, söyüş olmayan bütün sualları və ya sadəcə şərhləri sizə göndərməliyəm, istədiyiniz suala cavab verməyə bilərsiniz və ya təkrar olduğunu xatırlada bilərsiniz.

21:07
EQ: İlk şərh “Aytəkin Amerikadan” adlı oxucudan daxil olub: Cox gozel xeberdir bu! Bextiyar, hemishe Azadliqda! Bextiyar sen Veten ucun lazimli ogulsan! Senin yerin dogrudan da hebsxana deyil, azadliqdir! Yaxshiki bunu bezi dovlet qurumlari gec de olsa anladi.

21:14
Cavab: Aytəkin xanıma təşəkkür edirəm. Mən də bilirəm ki, həbsxana mənim yerim deyildi, bu yanlış qərar idi. Şadam ki, bu yanlışlıq aradan qalxdı.

21:15
Sual (İkram Celil): Salam, Bextiyar ilk once sizi tebrik edirem. Qeyri-qanunu hebsiniz ile elaqedar olaraq tehsiliniz yarimciq qalmishdi, yeniden tehslinizi davam etmeyi dushunursunuzmu?

21:22
Cavab: Salam İkram bəy,
Planda təhsilimi davam etdirmək var, amma konkret seçim etməmişəm.

21:23
Sual (Zaur Memmedli): Bextiyar bey, siz niye ozunuzu muxalifetci hesab etmirsiniz?

21:30
Cavab: Zaur bəy, mən ölkədəki problemləri səsləndirmişəm və səsləndirəcəm. Bu müxalifətçilikdirsə, müxalifətçiyəm. Amma bir çox hallarda bəziləri konkret siyasi partiyalardan başqa cür fikirləşənləri, fərqli taktika vəya yanaşma seçənləri müxalifətçi saymırlar.

21:31
Sual (Sabir): Bextiyar seni ve aileni tebrik edirem.
Bezileri seni konstruktiv notlarla danismaqda gunahkar bilir. Onlara cavabin ne olardi?

21:40
Cavab: Sabir bəy, mən demişəm ki, qarşıdurmaya getmək lazım deyil, xüsusi ilə də qarşıdurma əldə olan gücün, resursun azalmasına səbəb olursa.

21:41
Sual (Elmir): Salam Bəxtiyar bəy! Siyasi fəaliyyətlə məşğul olursunuz. Siyasi partiya yaratmaq barədə planlarınız varmı?

21:43
Cavab: Elmir bəy, indiki mərhələdə belə bir fikrim yoxdur. Amma düşünürəm ki, Azərbaycanda siyasi partiyaların siyasi fəaliyyəti nəticəsində müsbət dəyişikliklər edə biləcəyi mühit formalaşanda, yeni bir siyasi partiya qurulacaq. Mənim bu partiyanın üzvü olub-olmayacağımı zaman göstərəcək.

21:44
Sual (İlahə Səmədova): Salam, Bəxtiyar bəy. Sizi təbrik edirəm. Sizin dünən azadlıq radiosundakı çıxışınızdan sonra müxalifət düşərgəsindəki olanların sizinlə bağlı tənqidi fikirlərinin sayı artmağa başlayıb. Bunu nə ilə əlaqələndirirsiniz? Niyə Bəxtiyar Hacıyevin prezidentə müraicət ərizəsi birmənalı qarşılanmadı? Öncədən təşəkkür edirəm. Hər zaman AZADLIQDA!

21:51
Cavab: İlahə xanım, prezident İ.Əliyevə müraciətimin birmənalı qarşılanmayacağını bilirdim. Amma insan başqalarının nə düşünəcəyindən daha çox atdığı addımın doğru vəya yanlış olması haqqında düşünməlidir və daha sonra bu  qərarı əsaslandırmağı bacarmalıdır. Məncə, populyar olmayan addımları atmaq riskini üzərinə götürmək də cəsarət tələb edir. Ölkə rəhbərinə müraciət etmək azadlığa səbəb olursa, bunda bir qəbahət axtarmaq lazım deyil.

Həbsdə olanların yerinə qərar vermək, onları ittiham etmək  asandır. Kimsə fərqli düşüncədə olanları tənqid edib özündən uzaqlaşdırmaq istəyirsə, bu onun öz seçimidir. İnsanları anlamaq, onlara vaxt vermək lazımdır. Fərqli tərəfləri axtarmaq və uzaqlaşmaq yox, ortaq tərəfləri axtarmaq və yaxınlaşmaq lazımdır.

21:52
Sual (Ralf): Salam Bextiyar bey, Sizi bir daha tebrik edirik.Hazirki hakimiyyetin evezlenmesi ucun bir modeliniz varmi?Teshekkurler.

21:58
Cavab: Salam. Mənim üçün hakimiyyətdəki şəxslərin yox, siyasətin, yanaşmanın dəyişməsidir.

21:59
Sual (Vusala): Vusala: Welcome back :) ) (Xoş gəldin!)

22:00
Cavab: Thanks! (Çox sağ ol!)

22:00
Sual (Stomatoloq): Müəllim, siziniz yeriniz həbsxana deyildi. Çox şükür ki, hər şey geridə qaldı. Fəaliyyətinizi izyəyirəm və sonuna qədər dəstək verəcəm. Mən və mənim kimi yüzlərlə gəncin formalaşmağında böyük rolunuz olub. Heç vaxt ruhdan düşməyin. Müsbət dəyişiklik mütləq baş verəcək, amma tələsmək lazım deyil. Ugurlar sizə, yenidən görüşmək ümidi ilə.
Ümid edirəm ki, həbsdə olan vaxt ailə səbəblərindən sizədaha çox dəstək verə bilmədiyimə görə məni bağışlayarsınız. Bu müddətdə əlimdən gələn qədər ətrafımda olan gənclərə sizin haqda danışmışam və müsbət dəyişiklik mesajını çatdırmışam :)

22:03
Cavab: Çox təşəkkür edirəm və uğurlar arzulayıram.

22:04
Sual (Turan): Salam bir daha Təbriklər. Belə bir film var yəqin baxmısan The Shawshank Redemption. Baş qəhrəman ( o da gübahsız həbs olunmuşdu) özünə məşğuliyyət kimi daşdan şahmat fiqurları düzəldirdi sonra özüylə Azadlığa apardı onları. Yığışanda əl işin olan nəsə götürmüsən özünlə?

22:07
Cavab: Salam. Filmə baxmamışam, vaxtım olanda baxaram. Amma mənim də əl işlərim olmuşdu və onları ailə üzvlərimlə görüşəndə evə göndərmişdim.

22:08
Sual (Elmar Rustamov): Bextiyar bey, hebs olunmamisdan qabaq Azerbaycan vetendasligindan imtina etmek isteyirdiniz, hal hazirda bu haqda ne fikirlesirsiniz?

22:12
Cavab: Vətəndaşlıqdan imtina etmək haqqında düşünməmişəm, sadəcə bəzən vətəndaş elə sıxılır ki, vətəndaşlıqdan imtina edəcək səviyyəyə gəlir.

22:13
Sual (Nərgiz): Bəxtiyar bəy,həmişə AZADLIQDA.Əzizlərinizin də gözü aydın.Sizin kimi gənclər Azərbaycanın fəxridir.Azərbaycanın gələcəyi sizin kimi gənclərdən çox asılıdır. Allah amaninizda.

22: 15
Cavab: Təşəkkürlər! Minnətdaram.

22:16
Sual (Vuqar): Salam demek isterim ki bir Azerbaycan vetendasi kimi men de bu olkenin sizin kimi genclerinin olmasina cox sevinirem .dusunurem ki siz ve sizin kimi genclere xalqimizin cox ehtiyaci var.siz demisdiz ki xarice gedeceksiz sualim budur ki yene vaxti dayandirirsiz?

22:18
Cavab: Təşəkkürlər. Mən vaxtı dayandırmıram, istirahət və vəziyyəti dəyərləndirmək üçün bir müddət xaricə getmək istəyirəm.

22:19
Sual (Gulnar Bakhish): Salam Bəxtiyar, bir daha. Haqqın öz yerini tapdığı təqdirdə hələ də sizə inamsızlıq və açıq paxıllıqla baxan insanlara qəti cavabınızı gözləyirik. Zəhmət olmasa əsgərlikdən “yayınma” məsələsinə bir daha münasibətinizi bildirəsinizki, məlumatı olmayanlar da məlumatlansın.Təşəkkürlər, həmişə fiziki azadlıqda!Ailənizin, mən də daxil olmaqla.

22:23
Cavab: Mən Vətənə bütün formalarda xidmət etməyə hazıram. Amma bunu siyasi cəza olaraq etmək istəməzdim.

22:25
Sual (Rafiq Quliyev): Metbuatda evlenmeyi dusunduyunuz barede melumata rast geldim. Ruslan Besirlini 7 il gozleyen var idi, sizde nece? 🙂

22:27
Cavab: Planda var, amma mənim bildiyim qədər gözləyən yoxdur.

22:28
Sual (Ziyad):
Salam Bakhtiyar, evvelce oz adimdan ve ailemin adindan senin azad olynmagina hedden artiq sevindiyimizi bildirmek isteyirem. Bezilerinden ferqli olaraq, men senin daha siyasi ve sebrli siyaset yurudeceyine sevinirem. Bize hebsde olmayan ve aktiv siyasetde olan bir Bakhtiyar lazimdir.

22:32
Cavab: Təşəkkürlər! Mən də düşünürəm ki, təmkinli və nəticəyə hesablanmış siyasət yürütmək lazımdır. Dəstəyinizə görə təşəkkürlər!

22:33
Sual (Məmməd): Bəxtiyar qardaş, sizləri ODTÜdən salamlayıram. Hər zaman bizlərdən tam dəstək var və olacaq!!

22:37
Cavab: Təşəkkürlər dəstəyinizə görə. ODTÜlülərə də mənim salamımı çatdırın.

22:38
Sual (Gülər): Bəxtiyar, iqtidarın yerində olsan Bəxtiyara münasibətin fərqli olardı ?

22:42
Cavab: İqtidarın yerində olsaydım, Bəxtiyar kimi fərqli düşünən, islahatlar istəyən insanları ən azından dinləyərdim.

22:44
Emil Quliyev (moderator): Bəxtiyar, söz verdiyiniz vaxtdan da yarım saat əlavə qaldığınız üçün sizə minnətdarıq. Sizə, ümumiyyətlə bütün oxucularımıza həbsxana barmaqlıqları arxasında olmamağı arzulayırıq.

Əlavə edəcəyiniz bir sözünüz varsa, buyurub yaza bilərsiniz.

22:47
Bəxtiyar Hacıyev: Mən də sizə və oxuyucularınıza təşəkkür edirəm. Cavablar qısa oldusa, üzrlü sayın. Həbsdən sonrakı yorğunluqla əlaqəlidir çox güman ki.

22: 50
Emil Quliyev: Biz də sizə təşəkkür edirik, ümid edir ki, oxucularımız anlaşıqlı qarşılayar.
Oxucularımıza isə Sərbəst Kürsüyə yüksək maraq göstərdiyinə görə minnətdarıq.
Sərbəst Kürsünün gələn forumlarında görüşənədək!

18 responses to “Bəxtiyar Hacıyev: Mən ölkədəki problemləri səsləndirmişəm və səsləndirəcəm!”

  1. Cox gozel xeberdir bu! Bextiyar, hemishe Azadliqda! Bextiyar sen Veten ucun lazimli ogulsan! Senin yerin dogrudan da hebsxana deyil, azadliqdir! Yaxshiki bunu bezi dovlet qurumlari gec de olsa anladi.

  2. ikram Celil says:

    Salam,Bextiyar ilk once sizi tebrik edirem. Qeyri-qanunu hebsiniz ile elaqedar olaraq tehsiliniz yarimciq qalmishdi, yeniden tehslinizi davam etmeyi dushunursunuzmu?

  3. Zaur Memmedli says:

    Bextiyar bey, siz niye ozunuzu muxalifetci hesab etmirsiniz?

  4. sabir says:

    Bextiyar seni ve aileni tebrik edirem.

    bezileri seni konstruktiv notlarla danismaqda gunahkar bilir. Onlara cavabin ne olardi?

  5. Elmir says:

    Salam Bəxtiyar bəy! Siyasi fəaliyyətlə məşğul olursunuz. Siyasi partiya yaratmaq barədə planlarınız varmı?

  6. İlahə Səmədova says:

    Salam, Bəxtiyar bəy. Sizi təbrik edirəm. Sizin dünən azadlıq radiosundakı çıxışınızdan sonra müxalifət düşərgəsindəki olanların sizinlə bağlı tənqidi fikirlərinin sayı artmağa başlayıb. Bunu nə ilə əlaqələndirirsiniz? Niyə Bəxtiyar Hacıyevin prezidentə müraicət ərizəsi birmənalı qarşılanmadı? Öncədən təşəkkür edirəm. Hər zaman AZADLIQDA!

  7. Ralf says:

    Salam Bextiyar bey, Sizi bir daha tebrik edirik.Hazirki hakimiyyetin evezlenmesi ucun bir modeliniz varmi?Teshekkurler.

  8. Vusala says:

    Welcome back :))

  9. İlahə Səmədova says:

    Salam, Bəxtiyar bəy. İlk öncə təbrik edirəm. Sizin dünən “Azadlıq” radisonunda çıxışınızdan sonra müxalifət düşərgəsində sizə qarşı tənqidi fikirlərin sayı artmaqda davam edir. Hətta bəziləri əsgərlik məsələsini gündəliyə gətirib özlərinə haqq qazandırmaq da istəyirlər. Siz bunun səbəbini nədə görürsünüz? Öncədən təşəkkür edirəm. Həmişə AZADLIQDA!

  10. Stomatoloq says:

    Müəllim, siziniz yeriniz həbsxana deyildi. Çox şükür ki, hər şey geridə qaldı. Fəaliyyətinizi izyəyirəm və sonuna qədər dəstək verəcəm. Mən və mənim kimi yüzlərlə gəncin formalaşmağında böyük rolunuz olub. Heç vaxt ruhdan düşməyin. Müsbət dəyişiklik mütləq baş verəcək, amma tələsmək lazım deyil. Ugurlar sizə, yenidən görüşmək ümidi ilə.
    Ümid edirəm ki, həbsdə olan vaxt ailə səbəblərindən sizədaha çox dəstək verə bilmədiyimə görə məni bağışlayarsınız. Bu müddətdə əlimdən gələn qədər ətrafımda olan gənclərə sizin haqda danışmışam və müsbət dəyişiklik mesajını çatdırmışam 🙂

  11. Turan says:

    Salam bir daha Təbriklər. Belə bir film var yəqin baxmısan The Shawshank Redemption. Baş qəhrəman ( o da gübahsız həbs olunmuşdu) özünə məşğuliyyət kimi daşdan şahmat fiqurları düzəldirdi sonra özüylə Azadlığa apardı onları. Yığışanda əl işin olan nəsə götürmüsən özünlə ?

  12. Elmar Rustamov says:

    Bextiyar bey, hebs olunmamisdan qabaq Azerbaycan vetendasligindan imtina etmek isteyirdiniz, hal hazirda bu haqda ne fikirlesirsiniz?

  13. Nargiz says:

    Bəxtiyar bəy,həmişə AZADLIQDA.Əzizlərinizin də gözü aydın.Sizin kimi gənclər Azərbaycanın fəxridir.Azərbaycanın gələcəyi sizin kimi gənclərdən çox asılıdır.Allah amaninizda.

  14. vuqar says:

    salam demek isterim ki bir Azerbaycan vetendasi kimi men de bu olkenin sizin kimi genclerinin olmasina cox sevinirem .dusunurem ki siz ve sizin kimi genclere xalqimizin cox ehtiyaci var.siz demisdiz ki xarice gedeceksiz sualim budur ki yene vaxti dayandirirsiz?

  15. Gulnar Bakhish says:

    Salam Bəxtiyar, bir daha. Haqqın öz yerini tapdığı təqdirdə hələ də sizə inamsızlıq və açıq paxıllıqla baxan insanlara qəti cavabınızı gözləyirik. Zəhmət olmasa əsgərlikdən “yayınma” məsələsinə bir daha münasibətinizi bildirəsinizki, məlumatı olmayanlar da məlumatlansın.Təşəkkürlər, həmişə fiziki azadlıqda!Ailənizin, mən də daxil olmaqla bütün dostlarınızın gözü aydın olsun.

  16. Ziyad says:

    Salam Bakhtiyar, evvelce oz adimdan ve ailemin adindan senin azad olynmagina hedden artiq sevindiyimizi bildirmek isteyirem.
    Bezilerinden ferqli olaraq, men senin daha siyasi ve sebrli siyaset yurudeceyine sevinirem. Bize hebsde olmayan ve aktiv siyasetde olan bir Bakhtiyar lazimdir.

  17. Mammad says:

    Bəxtiyar qardaş, sizləri ODTÜdən salamlayıram. Hər zaman bizlərdən tam dəstək var və olacaq!!

  18. Gülər says:

    Bəxtiyar, iqtidarın yerində olsan Bəxtiyara münasibətin fərqli olardı ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR