Mehman Hüseynov: İşlərimi Səyyad Əlizadə ilə davam etdirməyi düşündüm!

Posted November 19th, 2012 at 4:34 pm (UTC-4)
21 comments

Adətən Sərbəst Kürsüyə Azərbaycanda virtual məkanın gündəmini zəbt edən insanları dəvət etməyə çalışırıq. Bu dəfə də ənənəmizə sadiq qalırıq, ancaq məsələ ondadır ki, video blogger Mehman Hüseynovun hazırladığı video artıq sosial şəbəkələrdən kənara çıxaraq Azərbaycan televiziyalarının diqqətini cəlb edib. Belə ki, Mehman Hüseynovun Azərbaycan müğənnisi Səyyad Əlizadənin Metropoliten mahnısının görüntülərini cənubi koreyalı müğənninin məşhur “Gangnam style” musiqili birləşdirməsi çoxsaylı insanın xoşuna gəlsə də, qəzəblənənlər də az deyil. Hətta Mehman Hüseynov bu video-montaja görə məhkəmə qarşısına da çıxa bilər.

Qeyd etdiyimiz mövzuya aydınlıq gətirmək və eləcə də video-bloggerin digər fəalliyətləri barədə sualları cavablandırmaq üçün Sərbəst Kürsüyə Mehman Hüseynovu dəvət etmişik. Noyabr ayının 21-i video-blogger sizin suallarınızı cavablandırıb.

 


————————————————————————-

21:00 / 21 noyabr 2012

Axşamınız xeyir, Sərbəst Kürsünün bu həftə qonağı video-blogger Mehman Hüseynovdur. Canlı forumda oxucularımızla gənc blogger  arasındakı təması isə Emil Quliyev qurur.

21:04
Emil Quliyev [moderator]:
Mehman salam, Sərbəst Kürsüdə xoş gördük səni.

21:06
Mehman Hüseynov: Salam. Xoş gördük.

21:08
EQ: İlk sualı İrmak Əliyev gödərib. O, yazır: “Axşamınız xeyir. Sualım budu: Səyyad Alizadə səni məhkəməyə versə özünü necə müdafiə eləməyi düşünürsən?”

21:12
Cavab: Birincisi mən düşünürəm ki, Səyyad Əlizadə məhkəməyə verməsi bir az çətin məsələdir. Çünki ciddi bir səbəb də görmürəm. amma məhkəməyə versə belə Müdafiəmi 100 % yüksək səviyyədə təmin olunacaq.  Həmdə Səyyadın məni məhkəməyə verməsi bir az gülünc və onun uçun utandırıcı haldır. Sadəcə gundəmdə qalmaq üçün bu cür bəhanələri gətirir.

21:14
Sual [Seymur]: Salam necəsiniz? Mənim sualım budur ki, siz xalqı ayağa qaldirib gözəl günə çixacaqsınız? Əgər o günə çixacaqsınızsa o gün deyil. Misal üçün, Suriya, Misir, Liviya onlar hələ də qırılmaqdadılar.

21:20
Cavab: Mən foto və video blogerəm, reportyoram. Mənim işim xalqı ayağa qaldırmaq deyil. Mənim işim cəmiyyətə həqiqətləri çatdırmaqdır. Ayağa qalxıb qalxmamağı xalq ozü müəyyənləşdirəcək.

21:22
EQ [moderator]: Növbəti sualı göndərən şəxs kimliyini açıqlamayıb:

1.kak vi reagiruyete na kritiku v vaw adres ? wto vi otvecaete koqda vas kritikuyut ? :)
2.skolko let yavlayetes bloggerom i kak vam eto priwlo v qolovu zanimatsa etoy deyatelnostyu ? :)
3.izvinite , a u vas devuwka est ? :D

21:33
Cavab:

1) Reaksiyam əlbətdəki normaldır. Əgər məni tənqid eliyən haqqlıdırsa. Çünki bilirsiz necədi bizim ölkədə əsl tənqidçilər yoxdu ya özlərini görsətmək üçün yazırlar yadaki ağıllı görsətmək üçün . Əks halda mən həmin o şəxsi ya öz işlərindən məşqul olmağa göndərirəm ya da ki çox vaxtlar onu biabır edirəm ki, gələn dəfə özünü ağıllı göstərməsin.

2) Artıq 4 ildir ki, mənim video blogum var. İdeya elə yaranıb ki, bizim ölkədə azad televiziya olmadığı üçün xalqın problemlərini, reallıqları televiziyalarda göstərmirlər, ona görə də mən qərara gəldim ki, video bloq açım və cəmiyyətdə ölkədə nə baş verirsə bunu çəkib sosial şəbəkələr xəbər sayları vasitəsi ilə oxucuya çatdırım. Yeri gəlmişkən video bloguma 4 millyondan çox baxış var və bu az izləyici də deyil.

3) Sual şəxsi həyatımla bağlı olmağına baxmayaraq cavab verərəm. Mənim üşün sevgili qız elə bir kəlmə yoxdu. Mənim çox istədiyim qızlar var.

21: 35
Sual [Vahid]: Mənim Mehman bəydən sualım budur.
Nədən bir mədəni fəal olaraq amma mədəni davranmır. Bir çox zaman Facebook statuslarında söyuşlər yazır. Düşünmürmü söyüşü toplum insan hörmətini aşağılayır.

21:40
Cavab: Mən özüm kompleksiz bir insanam. Yani mən fikrimi bildirmək üçün bütün üsullardan istifadə edirəm və hesab edirəm ki mənim bucür ifadələrimi dostluğumda olan dostları heç də narahat etmir sadəcə kimsə demədiyi kəlməni mən deyə bilirəm. O birsi tərəfdən isə mənim şəxsi səhifəmdir. Mən söyüş də yaza bilərəm hər şey edə bilərəm və heç kimin də huquq yoxdur ki kimsə mənə bu barədə nəsə desin. Şəxsi səhifənmdir özüm bilərəm kimin xoşuna gəlmirsə yaxşı yol. oxumasın. Bunu hörmətə heç dəxlisi yoxdur.

21:41
Sual [Kamil Quliyev]: Mehman, Səyyad Əlizadə deyirdi ki, Mehman kimdi? O özünü təsdiq etməyib. Sən özünü necə və kim kimi təqdim edərdim. Özün haqqında bir qədər ətraflı danışa bilərsənmi?
Təşəkkürlər,
Maraqlı videolarını gözləyirik.

21:46
Cavab: Səyyad Əlizadə çox yaxşı da bilir mən kiməm və nə işlərnən məşğulam. Sadəcə bü cür bir hərəkət eliyir guya bu məni tanımır və s. Özü mənə etiraf eləmişdir ki Mehman videodan sonra sənin facebook səhifəvi tapdım və bütün işlərinnən tanış oldum. Çox yaradıcı gəncsən gözəl gələcəyin var işlərivi izlədim amma nə edirsənsə yaxşı tərəfə elə. Yani bu sözlər Səyyad mənə deyib danışığımızda. Mən də dostlarım da təstiq eliyə bilər  Mən Özümü bu cəmiyyətdə təstiq eləmişəm də hörmət qazanmışam da. Yeni videolar da əlbəttə ki hər həftə olacaq.

21:47
Sual [Qiraqdan baxan]: Mehman HOST-dan niye cixdin?

21:49
Cavab: HOSTdan ona görə çıxdim ki artıq o qrupnan gələcəyimi görməmişdim və işlərimi Səyyad Əlizadə ilə davam etməyə düşündüm.:)

21:51
Sual [Ülvi]: Hazırda hansısa videonu üstündə işləyirsən? Müğənnilərlə bağlı növbəti videon nə vaxt olacaq?

21:55
Cavab: Hazırda hələki heç bir video üzərində işləmirəm. amma gələn həftəyə mütləq yeni bir video üzə çıxacaq.

21:58
Sual [Fəridə]: Mehman, mən bildiyimə görə, sizin təhsil aldığınız fakultə tamamilə jurnalistikadan uzaqdı, mediaya marağınız hardan yarandı və ya səbəb?

22:02
Cavab: Düzdü oxudugum fakultə İnformatika və İdarəetmədir. Təhsil aldığım universitetdə elə də güclü təhsil yoxdur və bu səbəbə gorə mən uzaqlaşdım öz ixtisasımdan və başladım vizual işlərnən məşqul olmağa. Buna düzünü desəm maraq yox insanda yaradiciliq hissləri varsa ideyaları varsa avtomatik olaraq həmin insan başlayır foto və ya video süjetlər çəkməyə. Mən dədə elə alınıb. yani bu uşağlığımın arzusu deyil idi.

22:04
Sual [İsmail]: Mehman,fotoqraf kimi ozunu kifayet qeder tesdiq elemisen.Fotoreportyor olaraq da mence kifayet qeder tecruben var.Bes bu sahede her hansi bir master-klass vermek,telim kechirdmek niyyetin var?
2.RATI’den elave hansisa metbu orqanla elaqen var?

22:08
Cavab: Bu fikir həmişə məndə var idi. Və fikirləşirəm ki yeni ildən sonra artıq master klassdar və təlimlər keçməyə tam hazır olacam. Bunnan əvəəlki aylarda da fotojurnalistikadan təlimlər keçmişəm. RATİ dən başqa əlbətdəki bəzi başqa media təşkilatlarda bəzi layihələrdə işləyirəm və beynəlxalq media təşkilatlarda muqavilə əsasında işləyirəm.

22:10
Sual [Emin Axundov ]: SalamlarMehman bey, hem muxalifetin, hem de iqtidarin aksiyalarin lente alirsan. Bunu nece izah etmek olar?

22:15
Cavab: Bunu məncə heç bir izaha ehtiyac yoxdur. Mən müstəqil foto və video reporteram. Və mənim həm iqtidarın həm muxalifətin aksiyalarını tədbirlərini çəkməyim də normal bir haldır. Hər iki tərəfdə olan aksiyalarda baş verən hadisələrini çəkirəm və fərgi də cəmiyyət görür.

22:17
Sual [Emin İbadov]: Evvela, bir neçe insanın üzünü turşudsanız da ekser insanların üzünü güldürdüyünüz üçün teşekkürler! Melum mahnını ABŞda prezident namizedlerinin de (Mitt Romney ve Barack Obama) videolarına montaj edib eylenceli videolar hazırlanmış, bu videolar YouTube’da paylaşılmışdı. Sizce buna benzer videolar Azerbaycan siyasetçileri, xüsusile de prezidenti haqqında hazırlana bilermi. Cavabınızın sebebini de deseniz şad olaram. Ümumiyyetle, sizce xalqımız niye zarafatla tehqiri ayırd ede bilmir?

22:25
Cavab: Onnan başlıya ki Azərbaycan kimi ölkədə azad internet belə yoxdur. Sosial şəbəkələrdə isə senzura tıdbiq olunur. Hər şey etmək olar amma bizim kimi ölkədə bunu etmək  çox təhlükəlidir. Bildiyivizə görə video blogerlər Emin və Adnan məs elə siyasetci haqqinda satira bir videorolika gora hebs olunublar. Ölkədə ki azad cəmiyyət azad söz azad internet olmuyunca bu cür videoları eləmək bir az təhlükəlidir. Bizim siyasətçilər əsasən də prezident belə deyək özünə sığışırmır bucür hərəkətləri. Bunlara ancaq Aztvdə ki kimi videolar lazimdi Ugurlu inkiwaf Ilham Eliyevin ugurlu siyaseti ve s. Adi elə mən elə də popular olmuyan muganni Səyyad haqqında belə bir video hazırladım vaxt keçməmiş artıq məni məhkəməyə verir siz indi təsəvvür edin siyasətçilər prezident nə edər.

22:27
Sual [Orxan Əhmədoğlu]: Salam. Menim 2 Sualım var. 1.Sizce Azerbaycanda hakimiyet xalqa bağlıdı yoxsa xalq hakimiyyete. ?

2. Sizin hakimiyyetin adamı olduğunuzu deyirler bu ne derecede doğrudu ?

22:30
Cavab:

1) Azərbaycanda elbətəki heç bir bağlılıqlar yoxdu bir birinə. Çunki Azərbaycan avtoritar bir hökümət var.

2) Yenə də düz deməyiblər. Bu absurd bir söhbətdir. Mən hakimiyyətin adamı deyiləm! Mən AGENTƏM!
22:32
Sual [Cavid]: Tv yaratmaq maraqlı video çarxlar hazırlamaq fikri necə olduki sizdə yarandı? və niyə məs fotoqraflıq?
22:39
Cavab: İnternet tv yaratmaq maraqli videolar hazirlamaq bayaq bu cur bir sual verildi cavab vermiwam. Birda qeyd eliya bilaram ki olkede azad televiziya olmadigi ucun cemiyyatda olan problemlari cekib internet vasite ila xalqa catdirmaq. Fotoqrafliq sozudnan zehlem gedir. Fotoreporter foto blogger desak daha duz olar. Cunki vizual yaradiciliqa daha cox hevesim var.
22:41
Sual [Arzu]:Salam, Mehman! Sizcə Səyyad Əlizadə ilə bağlı gördüyünüz iş etdiyiniz böyük işlərdən sonra reputasiyanıza ziyan vurmur ki?22:44
Cavab: Heç elə düşünmürəm. Tərsinə reputasiyamı daha da ucaltdı show biznesa yenilik gatirdiyim ucun.
22:45
Sual: Pəşakar video production şirkəti yaratmaq haqda düşünmüsünüzmü?
22:50
Cavab: Düşünürəm deyəndə ki, artıq yaratmışıq. Satirik Siyasi video production. Adını da SANCAQ production qoymuşuq.
22:53
Emil Quliyev [moderator]:Mehman çox sağ ol, dəvətimizi qəbul edib, iki saatını bizə ayırdığın üçün
Sənə fəaliyyətində uğurlar arzu edirik!
22:55
Mehman Hüseynov: Buyurun Emil bəy. Sizlərə də təşəkkürlər dəvət etdiyiniz üçün. Çox sağ olun.
22:59
Emil Quliyev: Dəyməz!
Oxucularımıza da öz dəyərli sualları və şərhləri üçün minnətdarıq. SƏRBƏST KÜRSÜ – Sizin Bloqunuzdur!  Sərbəst Kürsünün nğvbəti sayında görüşənədək.

21 responses to “Mehman Hüseynov: İşlərimi Səyyad Əlizadə ilə davam etdirməyi düşündüm!”

  1. Speechless says:

    Bashga hec kim galmayib kursuye cagirmaga?!

  2. seymur says:

    Slama necesiniz?menim sualim budur siz xalqi ayaga qaldirib gozel gune cixacaxsiniz?eger ogune cixacaxsinizsa o gun deyil misal ucun,suriya,misir,liviya onlar helede qirilmagdadilar

  3. Axşamınız xeyir. Sualım budu > Səyyad Alizadə səni məhkəməyə versə özüvü necə müdafiə eləməyi düşünürsən?

  4. Anonim says:

    1.kak vi reagiruyete na kritiku v vaw adres ? wto vi otvecaete koqda vas kritikuyut ? 🙂
    2.skolko let yavlayetes bloggerom i kak vam eto priwlo v qolovu zanimatsa etoy deyatelnostyu ? 🙂
    3.izvinite , a u vas devuwka est ? 😀

  5. Vahid says:

    Menim Mehman beyden sualim budur,
    Neden bir medeni feal olaraq ama medeni davranmir. Bir çox zaman Facebook statuslarında terbiyeden uzaq soyuşlər yazır. Düşünmürmü soyuşu toplum insan hormətini aşagilayır.

  6. Kamil Quliyev says:

    Mehman, Səyyad Əlizadə deyirdi ki, Mehman kimdi? O özünü təsdiq etməyib. Sən özünü necə və kim kimi təqdim edərdim. Özün haqqında bir qədər ətraflı danışa bilərsənmi?

    Təşəkkürlər,
    Maraqlı videolarını gözləyirik.

  7. mehman HOST-dan niye cixdin?

  8. Ülvi says:

    Hazırda hansısa videonu üstündə işləyirsən? Müğənnilərlə bağlı növbəti videon nə vaxt olacaq

  9. Farida says:

    Mehman,mən bildiyimə görə sizin təhsil aldığınız fakultə tamamilə jurnalistikadan uzaqdı,mediaya marağınız hardan yarandı və ya səbən

  10. Mehman bəy, siz şəkillərini çəkdiyiniz insanlara şəkilləri niyə vermirsiniz?

  11. Ismail says:

    Mehman,fotoqraf kimi ozunu kifayet qeder tesdiq elemisen.Fotoreportyor olaraq da mence kifayet qeder tecruben var.Bes bu sahede her hansi bir master-klass vermek,telim kechirdmek niyyetin var?
    2.RATI’den elave hansisa metbu orqanla elaqen var?

  12. emin axundov says:

    salamlar. Mehman bey, hem muxalifetin, hem de iqtidarin aksiyalarin lente alirsan. Bunu nece izah etmek olar?

  13. Emin İbadov says:

    Evvela, bir neçe insanın üzünü turşudsanız da ekser insanların üzünü güldürdüyünüz üçün teşekkürler! Melum mahnını ABŞda prezident namizedlerinin de (Mitt Romney ve Barack Obama) videolarına montaj edib eylenceli videolar hazırlanmış, bu videolar YouTube’da paylaşılmışdı. Sizce buna benzer videolar Azerbaycan siyasetçileri, xüsusile de prezidenti haqqında hazırlana bilermi. Cavabınızın sebebini de deseniz şad olaram. Ümumiyyetle, sizce xalqımız niye zarafatla tehqiri ayırd ede bilmir?

  14. Facebook dostun says:

    Səncə Vuqar Səfərlidən yaxşı fotoqraf çıxarmı?

  15. Orxan Ehmedoğlu says:

    Salam. Menim 2 Sualım var. 1.Sizce Azerbaycanda hakimiyet xalqa bağlıdı yoxsa xalq hakimiyyete. ?

    2. Sizin hakimiyyetin adamı olduğunuzu deyirler bu ne derecede doğrudu ?

  16. Esma Nur Məmmədli says:

    əzəl axır səni ilim -ilim itirəklərdə ölkədən bilirsənmi ??? və güvəndiyin atavıvın vəzəfəsidə yetməyəcək dadıva bilirsənmi bunuda ? 😀

  17. Cavid says:

    tv yaratmaq maraqlı video çarxlar hazırlamaq fikri necə olduki sizdə yarandı? və niyə məs fotoqraflıq ?

  18. Arzu says:

    Salam,Mehman! Sizcə Səyyad Əlizadə ilə bağlı gördüyünüz iş etdiyiniz böyük işlərdən sonra reputasiyanıza ziyan vurmur ki?

  19. Seymur says:

    Mehman Ilham Eliyevin shexsi fotoqrafi olmaq isteyerdin? 😀

  20. Yasar says:

    Yashasin Iran

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR