“Qazzetti”ni işlədən kimdir?

Posted February 26th, 2013 at 11:19 am (UTC-4)
11 comments

Bu veb səhifə cəmi iki həftə əvvəl yaranıb. Amma Azərbaycanda artıq çox sayda insan hər gün bu vebsayta baş çəkir. Söhbət Azərbaycanda baş verən gündəlik xəbərlərə satirik dad qatan “QAZZETTİ.COM”-dan gedir. Bu onlayn qəzetdə dərc edilən yumorlu yazıları gülmədən oxumaq mümkün deyil. Çoxları üçün bu portalı kimlərin təsis etdiyi və çalışdırdığı hələ də qaranlıq qalmaqdadır. Beləliklə, Sərbəst Kürsünün növbəti qonağı, daha doğrusu bu dəfə qonaqları Qazettinin təsisçisi və redaktorlarıdır. Onların kimliyini forum başlayanadək gizli saxladıq.

Fevralın 27-də QAZETTİ komandası oxucularımızın suallarını cavablandırıb.

—————————————————————————————————————————-

21:00/27 fevral 2013

Salam əziz Sərbəst Kürsü oxucuları, canlı forumda yenidən sizinlə qonaqlarımız arasında moderatorluğu mən edəcəm – Emil Quliyev. Elan etdiyimiz kimi bugünkü qonaqlarımız “Qazzetti.com”un təsisçiləridir. Bəs onlar kimdir? Beləliklə . . .

Musa Əfəndi İstanbuldan, İlham Əkbərli Bakıdan, Teymur Cahangir isə Ankaradan Sərbəst Kürsüyə qoşulur. Qazzetti komandası bu üç nəfərdən ibarətdir.

21:04

Emil Quliyev [moderator]: Salam dostlar, daha doğrusu, həmkarlar : ) Ümid edirəm, həmkar sözünə etiraz etməzsiniz. Sərbəst Kürsüdə hər üçünüzü xoş gördük.

21:06
Musa: Hamınızı salamlayıram.
Teymur: Salamlar.
İlham: Xoş gördük

21:07
EQ: Yeni başlatdığınız layihəyə görə sizi təbrik edirəm və ilk suala keçmək istəyirəm. Gülər adlı oxucumuz soruşur: Qazzetti nə deməkdir?

21:10
Musa:
Saytı qurmamışdan əvvəl bir çox ad haqda düşündük. Soxulcan qoymağı da fikirləşmişdik. Bu qədər dərinə getmişdik yəni. Sonra, qazzetti qoymağı qərara aldıq. Qazzetti-nin xüsusi bir mənası yoxdu. Qazzetti də…

21:12
Sual [Misha]:
Sən Allah o Bəxtiyar xəbərini kim yazmışdı? #adcek

21:16
İlham Əkbərli:
Onu mən yazmamışdım, balaca qardaşım yazmışdı..əlim dəyib, çəkdim, gör necə çıxıb? Bu Mişa da yəqin  Mixail Sakaşvilidi. Bakıdadı axı. Salam deyirik Mişaya.
Musa Əfəndi:
Can sağlığı, atasına da çoxlu-çoxlu uğurlar.

21:19
Emil Quliyev [moderator]: John adlı bir nəfər yazıb ki, “Bextiyar xeberini biz yazmışdıq”. Buna münasibətiniz?

21:23
Teymur: Belə İlhamı yaxşı tanımıram, amma mən bilən onun John adında balaca qardaşı yoxdu.
İlham Əkbərli:
John həmişə belə eləyir də. Bütün xəbərlərin altına girib yazır ki, mən yazmışam. “Bizi Johnnan usandırdı, cəfadan yar usanmazmı ?!” misrasını həsr edirik ona.

21:26
Sual [Vüqar]: Salam. Saytınız xoşuma gəlir, amma hərdən qrammatik səhvlər də olur. Onlara da fikir versəniz, əla olardı.

21:31
Musa: Bu məsələdə maksimum səliqəli olmağa çalışırıq. Bir xəbəri yazan kimi həmin dəqiqə çap etmirik. Hamı oxuyur, üstündə düzəliş edir. Amma hərdən xəbərlərimiz elə gülməli olur ki, öz gözümüzdən də qaçır bu xırdalıqlar. Amma “ş” yerinə “w” yazanlara qarşı da tolerant deyilik.
İlham:
Vaxtı saxlayırıq 🙂

21:32
Emil Quliyev: Vurğun Maşiyev Twitter vasitəsilə soruşur:

– Qazzettinin arzusu nədir?

21:40
Musa: Mən İlhamı, Teymuru 4-5 ildir tanıyıram. Elə o vaxtdan bir işə girmək, beş-üç manat pul qazanmaq istəyirdik. Axırda həmişə McDonald’sda offisiant işləməkdə qərarlaşırdıq. Sonra “Theonion” saytının azərbaycanca versiyasını açmaq qərarına gəldik. Tvitterdə, facebook-da yazırdıq. Yazdıqlarımız müsbət qarşılanırdı. Amma bu işə ciddi yanaşırdıq bir tərəfdən də. Facebook səhifəsi, ya da blog həddində qalmasın dedik. Saytı qurduq. Məqsəd satiramızı daha böyük kütlələrə çatdırmaqdır, istəyirik Azərbaycan xalqı səviyyəli zarafatlara güasdffghjkl… Zarafat bir yana, tək arzumuz Qarabağın alınmağıdır.

İlham: Bu Qazzettinin arzusudu. Mən də İlhamıyam, İlham mənbəyi.
Musa: Teymur da bizim Teymur əmimizdi.

21:41
EQ: Etibar Salmanlı Twitterdən soruşur:

– Sizə xəbər yazıb yollansa onları paylaşacaqsınızmı ?

21:48
İlham Əkbərli: Etibar Salmanlı twitterdən soruşursa, ona niyə biz cavab veririk? Twitter versin də. Aralarına girmiş kimi olmayaq…
Teymur Cahangir: Zarafat bir yana, saytda xəbər göndər bölməsi var. Ordan göndərə bilər. Gülməlidisə, səliqəlidirsə, zor xəbərdisə, bomba xəbərdisə, əlbəttə dərc edərik.
Musa Əfəndi: Hə, xəbərlər gülməli olsun. Şey yaransın. Xoş arzular arzulayıram.

21:51
Sual [Aydın Camal – twitter]: Həyata ikinci dəfə gəlsəydiniz Qazzettini yaradardınızmı?

21:59
İlham Əkbərli: Aydın Camal bu sualı gülməli sual kimi vermək də artıq gülməli deyil e qardaş…
Teymur: Lap üçüncü dəfə də gəlsəydik edərdik, bəs Aydın Camal həyata ikinci dəfə gəlsəydi yenə bu sualı verərdi?

22:01
Sual [Ilaha]: Sizi bu qədər uzaq coğrafiyalarda birləşdirən dəyər nədir?:)
Bir də cap olunmaq isterdiz, ya belə daha uğurludur sizcə?
Bol enerji və uğurlar:)

22:10
Ilham: Uzaq coğrafiya deyilki. İki qardaş ölkədi də. Hacıbəy demiş bizi kimsə ayıramaz, siz də aramıza nifaq toxumları səpməyin. Çap məsələsinə də Hacıbəy müəllimdən sitat gətirirəm ki, bu bizim üzerimize çok böyük mesuliyyet koyar, ona görə hələ düşünmürük bunu.
Teymur: Arzuları üçün İlahə xanıma təşəkkür edirik.
Musa: Çap məsələsində yəqin kitab çıxarmağı nəzərdə tutub xanım. Analoji saytlar kitab çıxarıb, amma fəaliyyətə başladıqlarından 8-9 ildən sonra. O vaxta qədər biz hamımız ciddi yazıçılar olacağıq. Bu formatda  olmasa da, başqa formatda kitablarımız çıxa bilər :))

22:12
Sual: [Orxan Ata – Twitter]
: Qazzettinin idarə heyətinə sualım budur ki, bu qədər suala necə cavab verməyi fikirləşirsiniz? Əvvəl fikirləşmişdiniz bu haqda?

22:15
Musa:
Sualların hamısına vaxt çərçivəsində cavab verməyi planlaşdırırıq. Amma, vaxt çatmasa Bəxtiyar Hacıyev demiş, vaxtımızı donduracağıq. Orxan Ataya bu gözəl sual üçün təşəkkür edirik. O yeganə adamdır ki, bizim onunla ata zarafatımız var. Orxan atasına da çoxlu-çoxlu uğurlar.
Ilham: Biz istəsək hələ Emin Millinin də suallarına cavab verərik amma istəmirik, vermirik. Orxan Atayada həmişə diqqətlə qulaq asırıq. Ata nəsihəti faydasız olmaz..

22:17
Emil Quliyev [moderator]: Turan Yusifova sizə uğurlar arzulamaqla məşğuldur.

22:20
Musa: Turan bizim saytın kraliçasıdır. O olmasaydı, biz Amerikalara qədər gedib çıxammazdıq, ordan Amerikanın səsinə səs verəmməzdik.
Teymur: Bizə çox xeyri dəyib. Biz də ona uğurlar arzulayırıq!

22:23
EQ: Toğrul Həsənzadə Twitterdə Qazzettini belə şərh edir:

– Boş olanda flaşmob eliyən insanların qəzeti @qazzetti

22:28
Musa Əfəndi: Biz boş adamlar deyilik. Boş vaxtımız çox olmur. Mən Boğaziçində oxuyuram, Teymur ODTÜ-də. İlham da BDU, kibernetika məzunudur. Ciddiyik biz, fikrimiz ciddidi, Qazzetti qız olsaydı, onunla evlənərdik. Flashmobla da yaxından uzaqdan əlaqəmiz yoxdu. “Ş” yerinə “W” yazanlara baxdığımız gözlə baxırıq moberlərə.
İlham Əkbərli: Adımızdan yalan məlumatlar yaymayın, xahiş edirik. biz ciddi xəbər saytıyıq. Mober qız görsək, uzağı yaxınlaşıb deyərik ki, xanım mober nömrəniz neçədi ? əlaqəmiz ancaq belə ola bilər.
Teymur Cahangir: Sayta gündəlik girişlərə baxaraq deyirəm ki, Azərbaycanda bu qədər mober yoxdu.

22:30
Sual [Ninja]: Salam, sizcə Qazzettinin belə tezlikle məşhurlaşmasının sebebi nedir ? Buna rəqabətsizlik səbəb ola bilərmi? Öncədən təşəkkürlər və uğurlar:)

22:38
Musa: Qazzettinin belə tez məşhurlaşmasının səbəbi apardığımız, uğurlu daxili və xarici PR siyasəti, o cümlədən, çiçəklənən zarafatlarımızdır. Rəqabətsizliyin böyük təsiri olduğunu düşünmürük. Belə layihələrdə vacib olan davamlılıqdır. Səhifə və ya bloq formatında başlayıb, amma davam edə bilməyənlər də var.
İlham: Ninjaya da təşəkkürlər və uğurlar. Həyatımda heç Ninjaya uğurlar arzulamamışdım, həyəcanlandım.
Musa: Biz də sonradan təşəkkür edirik. Öncədən edə bilməsək də.

22:40
Sual [Cavid Ağa – Twitter]: Qazzettinin yaradıcılarına sualım budur ki, evdəkilərin xəbəri var?

22:43
Ilham: Mənim “evim sensin” Cavid Ağa…
Teymur: Mamaya demişəm, papa bilsə öldürər.
İlham: Musa Effendi bu suala cavab vermək istəmir, şəxsi həyatı ilə deyil, sənəti ilə gündəmə gəlmək istəyir… Növbəti suala keçə bilərik.
Musa: Hə, evdə oturub kasetə yazırlar indi.

22:45
Sual [Demet Kurtbas]: Qazzetti’yi Türkiye de biliyor! Şimdiden bu kadar ilgi toplaması
cesur paylaşımlarının sonucudur. Başarılar diliyorum, takibinizdeyim:)

22:48
Musa: Türkiyədə ən az iki nəfər – mənlə Teymur sayta ilk gündən mütəmadi giririk. Sən demə çox imiş. Mənim otaq yoldaşım da türkdür. O da tez-tez girir oxuyur. Tam başa düşməsə də “hacı sizin şiveniz çok güzel eheh” deyir.
Teymur: Türkiyə hər məsələdə olduğu kimi bunda da Azərbaycanın yanındadı. Demet xanıma çox təşəkkür edirik!

22:50
Sual [Etibar Salmanlı – Twitter]: Saytınıza gündəlik neçə nəfər daxil olur, yəni İP nə qədərdir ?

22:52
İlham: Saytımıza giriş o qədər çoxdu ki, vallah İPini yığa bilmirik 🙂
Teymur: Dediyim kimi Azərbaycanda bu qədər mober yoxdu.

22:53
Sual [Atabəy Ağalarbəyli]: Kasıbçılığı da #qzztt edəcəksiz?

22:54
Musa:  Biz bu suala Twitterdə cavab verəcəyik.
Ilham Akberli:  Allah kasıbçılığın üzünü #qzztt eləsin ay Atabəy, nə deyim vallah.

22:55
Sual [EvezBaku – Twitterdən]: Bruce Lee döyər, yoxsa Van Dame?

22:56
Musa: Van Dam döyər, çünkü onun tapancası var.
Teymur: Van Persie döyər.

22:58
Sual [Vurğun Maşiyev – Twitter]: Nə vaxt köşklərdə Qazzetti almaq üçün sıra olacaq?

22:58
Musa:  Biz – azərbaycanlılar sırada durmağı bacaranda. Bəxtiyar Hacıyevin sözləri ilə bitirim, Növbəsizsiniz? Növbə sizsiniz!

22:59
Emil Quliyev [moderator]: Çox sağ olun, mən hər üç qazzettiçiyə iki saat ərzində oxucularımızın suallarını cavablandırdıqları üçün təşəkkürümü bildirirəm və yeni başlayan, amma uğurla başlayan fəaliyyətinizdə daha da uğurlu olmağı arzulayıram.

23:00
Musa:  Mən də öz adımdan hamıya təşəkkür edirəm. Bizə bu fürsəti verdiyiniz üçün minnətdarıq. Avqust ayında Teymurun ad günü olacaq. İndidən təbrik edirəm fürsətdən istifadə edib.
Ilham Akberli:  Çox sağolun. Qarşıdan gələn 8 mart münasibəti ilə də bütün qızlara qazzetti hədiyyə edirəm.
Teymur:  Hər kəsə təşəkkürlər. Bir qazzetti eləyirik. Çox sağolun!

23:00
Emil Quliyev: Mən qazzettiçilərlə yanaşı oxucularımıza da xüsusilə twitterdə göstərdikləri fəallığa görə minnətdarlığımı bildirirəm. Sərbəst Kürsü sizin bloqunuzdur. Gələn görüşlərədək…

11 responses to ““Qazzetti”ni işlədən kimdir?”

  1. misha says:

    Sən Allah o Bəxtiyar xəbərini kim yazmışdı? #adcek

  2. güler says:

    Qazzetti nə deməkdir?

  3. Vüqar says:

    Salam. Saytınız xoşuma gəlir, amma hərdən qrammatik səhvlər də olur. Onlara da fikir versəniz, əla olardı.

  4. john says:

    bextiyar xeberini biz yazmışdıq

  5. Ilaha says:

    Sizi bu qeder uzaq cografiyalarda birleshdiren deyer nedir?:)
    Bir de cap olunmaq isterdiz,ya bele daha ugurludur sizce?
    Bol enerji,,ve ugurlar:)

  6. Turan Yusifova says:

    Uğurlu layihədir, təbrik edirəm Qazzettiçiləri 🙂

  7. Ninja says:

    Salam,sizce Qazzettinin bele tezlikle meşhurlaşmasının sebebi nedir ? Buna reqabetsizlik sebeb ola bilermi?Önceden teşekkürler ve uğurlar:)

  8. Demet K. says:

    @demetkurtbas: Qazzetti’yi Türkiye de biliyor! Şimdiden bu kadar ilgi toplaması
    cesur paylaşımlarının sonucudur. Basarılar diliyorum, takibinizdeyim:)

  9. Araz Aze says:

    uğurlar arzulayırıq… həmişə yaninizdayıq, kef eliyin 🙂

  10. […] qonağı, daha doğrusu bu dəfə qonaqları Qazettinin təsisçisi və redaktorlarıdır. Forumun tam mətnini buradan oxuya bilərsiniz. Forumu ixtisarla təqdim […]

  11. Tatyana says:

    Salamlar evvelceden Movzuya gore teeiukkrlsremizi bildiririk.Basqalarini deye bilmerem,amma Bizim sexsen ses verdiyimiz cox hormetli Muxtar Babayev bizim yasadigimiz mehellenin abadlasdirilmasinda cox isler gormus ve sakinlerle gorusmusdur. İndi hal-hazirda yasadigimiz 10mk-da yalniz iki problem var ki, bunlardan biri su problemidir, digeri ise evlere cekilecek istilik problemidir. umid edirəm ki, yaxin zamanlarda biz sakinlerin problem gorduyu istilik ve su problemi de oz hellini tapacaqdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR