Azərbaycan Vəkillər Kollegiyası mayın 8-də vəkil Aslan İsmayılovun vəkillik fəaliyyətinin dərhal dayandırılması və vəkillikdən xaric edilməsi üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edib. Kollegiya həmçinin İsmayılovun “Aslan İsmayılov və partnyorları” Vəkil Bürosunun bağlanması barədə qərar verib.
Qərarı müzakirə etmək üçün bu həftə Sərbəst Kürsüyə tanınmış vəkil Aslan İsmayılovu dəvət etmişik. Mayın 15-i Aslan İsmayılov sizin suallarınızı cavablandırıb.
—————————————————————————————————————————————————-
21:00 / 15 may 2013
Axşamınız xeyir, Sərbəst Kürsünün növbəti sayında xoş gördük. Canlı forumun moderatoru həmişə olduğu kimi Emil Quliyevdir. Sərbəst Kürsüdə qonağımız isə vəkillik fəaliyyətinin dayandırılması haqda Vəkillər Kollegiyasında qərar çıxarılan tanınmış vəkil Aslan İsmayılovdur.
21:02
Emil Quliyev [moderator]: Aslan müəllim, axşamınız xeyir olsun. Sərbəst Kürsüyə xoş gəlmisiniz.
21:03
Aslan ismayılov: Xoş gününüz olsun.
21:06
Emil Quliyev: Çox sağ olun.
Birbaşa ilk suala keçmək istəyirəm. Sualı daimi izləyicimiz Fariz Ələkbərov göndərib. O yazır:
– Salam Aslan müəllim.
Məhkəmə nə zaman qərar çıxaracaq? Niyə şikayət etmək istəmirsiniz qərardan?
21:10
Cavab: Bu günə qədər Rəyasət heyətinin qərarını almamışam. Aldıqdan sonra müraciət edəcəm. Onların isə müraciət edib etməməsini bilmirəm.
21:11
Sual [Umud]: Bəy 90 ların əvvəli Heydər Əliyevə ağsaqqal demək,2003-cü ildə İlham Əliyevin yanında dayanmaq sonrada rejimin əleyhinə danışmağınız nə qədər səmimidir ?!
21:22
Cavab: Umud bəy, 1993-cü ildə Heydər Əliyevi müdafiə edəndə onu şəxs kimi yox, Rəhim Qazıyev, Surət Hüseynov və digərlərinin köməkliyi ilə rus ordusunun növbəti dəfə Azərbaycana girməsinin qarşısını ala biləcək ölkə başçısı kimi müdafiə etmişəm. Bu gün o durum təkrarlansa yenə eyni addımı ataram. 2003-cü ildə İlham Əliyevin yanında dayanmamışam. Ancaq o seçildikdən sonra EXO qəzetində “İnqilab – niyə də yuxarıdan başlamasın” adlı yazı ilə çıxış etmişəm. Bu gün də o yazı ilə tanış olsaz məqsədimin İlham Əliyevi müdafiə etmək yox, Azərbaycanda islahatlar yolu ilə dəyişikliyə nail olmaq istəyi olduğunu görərsiniz. Məni heç vaxt hakimiyyətdə fərdlər maraqlandırmayıb və fərdlərin də Azərbaycana xoşbəxtlik gətirəcəyinə inanmıram. Bu gün də Azərbaycanda köklü dəyişikliklərin inqilab yolu yox, islahat yolu ilə olmasını arzulayıram. XX əsrin əvvəllərində məşhur Rusiya reformatoru Stolıpinin bolşeviklərə xitabən dediyini bu gün üçün təkrarlasaq “Kimlərəsə böyük təlatümlər lazımdır, mənə isə böyük Azərbaycan”. Məni qeyri-səmimilikdə ittiham edən oxucudan xahiş edərəm ki, facebook səhifəmdə olan, bu günə saxlanılan arxivimdəki videomateriallara baxsınlar.
21:23
Sual [Rıza Talebi]: Bakıda yaşıyan Güneyli Qaçqınlar Haqqında Huquqsal İşləmlərin Başlanmasına Necə Baxırsınız, Onların Haqqlarını Kim Savunacaqdır? Siz Belə Bir işlər Meyliniz Var Mı? Dəstək Verə Bilərmisiniz?
21:25
Cavab: Əgər söhbət İran Azərbaycanından Bakıya gəlmiş qardaş-bacılarımızdan gedirsə bu günə qədər mənə müraciət edən olmayıb. Əgər müraciət edən olarsa kömək etməyə çalışaram. Sadəcə bu sahədə heç bir təcrübəm yoxdur.
21:26
Sual [Fatima Qasimova]: Bu qərardan sonra prezidentliyə namizədliyinizi vermək haqda heç düşünmüsünüzmü?
21:32
Cavab: Bu günə qədər heç bir siyasi partiyada təmsil olunmamışam. Siyasətə meylim yoxdur. Bu günki mənim mövqeyim vaxtilə rəhmətlik jurnalist Elmar Hüseynovla birgə razılaşdırılmışdır. Hər ikimizin arzumuz heç vaxt hakimiyyətə iddialı olmayan şəxslərdən ibarət qrup şəklində cəmiyyətdə baş verən nöqsanları tənqid etmək və imkan çərçivəsində cəmiyyətin inkişafına kömək edəcək fikirləri yaymaq olmuşdur. Artıq bir dəfə 1999-cu ildə tam eyni ssenari ilə məni vəkillikdən xaric etmişdilər. O vaxt da çoxları mənim siyasətə qoşulacağımı təxmin edirdilər. Bir daha qeyd edirəm 1989-cu ildən bu günə arxivi araşdıranlar mənim mövqeyimdə heç bir dəyişikliyin baş vermədiyini görərlər. Bu sahədə mənimlə həmfikir olacaq istənilən şəxslə əməkdaşlıq etməyə hazıram.
21:33
Sual [Togrul]: 1.Men sizin semimiliyinize inanmaq isteyirem.
Niye siz Butun bu Olanlari dunya seviyyesine qaldirmirsiniz?Axi Azerbaycan cox pis veziyyetdedir?Rushvetxorluq bash alib gedir.hec bir idarede rushvetsiz adi bir ishi gormek olmur.Meselen adi arayisha 2 manat alirlar.bu ishlerin axiri hara gedir?
2.Gomruk:danishmaq bele mumkun deyil orada bash verenler haqqinda.dehshetdii.
rusumdan bashqa malin oz qiymeti qeder rusum alirlar.
Cavab: 1996-cı ildən 2010-cu ilədək daim insan haqları, rüşvətxorluq və korrupsiya ilə bağlı çoxsaylı ölkələrdə müxtxəlif konfranslarda, tədbrilərdə iştirak etmişəm və daim Azərbaycanda olan insan haqlarının pozulmasından, rüşvətxorluq və korrupsiyanın tüğyan etməsindən danışmışam. 1999-cu ilin mart ayında ABŞ-da olarkən konqresdə, senatda, Ag evdə, dövlət departamentində, Korneqi fondunda, Demokratiya institutunda, Kolumbiya, Fordom, Pitsburq Universitetlərindəki çıxışlarımda, Azadlıq radiosunun Vaşinqton ofisində 2 saatlıq birbaşa yayım zamanı mətbuat konfransında məhz yuxarıdakı halları konkret faktlarla, adlarla vurğulamışam. Mart ayının 10-u Bakıya qayıtmışam 18-i isə Vəkillər Kollegiyasından xaric edilmişəm. Azərbaycandakı problem tək arayış verənlər və gömrükdə deyil. Bu problem bütövlükdə idarəetmə sistemindədi. İdarəetmə sistemi isə məhz korrupsiyaya arxalanır.Azərbaycanda elə mühit yaradılıb ki, istənilən şəxsi istənilən sahədə qanunu pozmağa yaxud qanunu pozanlardan asılı vəziyyətdə olmağa məcburdur. Ona görə bütövlükdə idarəetmə sistemi dəyişməlidir. Və bütün bu neqativlərin aradan götürülməsini 30 illik hüquqşünas təcrübəmə arxalanaraq ancaq və ancaq bütün sahələrdə keçiriləcək demokratik seçkilərdə görürəm.
21:41
Emil Quliyev [moderator]: Fuad Həsənov email vasitəsilə belə bir sual göndərib:
Aslan İsmayılov: Bəli, yeni müqavilələr bağlaya bilmərəm. Artıq bağlanmış müqavilələr üzrə işimi davam etdirəcəm. 1999-cu ildən sonra olduğu kimi qanunvericilikdə nəzərdə tutulan nümayəndəlik institutundan istifadə edərək mülki işlər üzrə vətəndaşların hüquqlarını qorumaqla məşğul olacam.
Sual [Agahuseyn]: Salam.
Rəhim Qazıyevin sizi debata çağırmasına münasibətiniz və belə bir debata hazırsınızmı? Təşəkkür
Cavab: Bu cür faydasız işlərə vaxtımı itirməyəcəm.
Sual [Rufet]: Size qarsi bu addimin konkret sebebi varmi? yoxsa umumi son zamanlar sert tenqidlerinizle baglidir?
Cavab: Konkret bir səbəb yoxdur. Dəqiq olanı odur ki, bütün baş verənlər mənim ictimai fəaliyyətimlə, yəni, gördüyüm korrupsiya faktlarını konkret adlar çəkməklə ictimaiyyətə çatdırmağımdır. Təxmin etdiyim odur ki, icraatımda olan bir neçə qanunsuz olaraq sahibkarların əmlaklarının əllərindən alınmasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adını dəfələrlə çəkməyim səbr kasasını daşdırıb. Bu gün gördüyüm odur ki, zorla insnaların əmlaklarını əlindən alanlar bu addımı bütün ictimaiyyətin gğzü qarşısında atmaqdan çəkinmirlər ancaq adlarını hallandıranları çarmıxa çəkməyə hazırdırlar.
Sual [Azer]: Salam. Siz bu il keçirilecek prezident seçkilerinde heç bir saxtakarlığa yol verilmeyeceyine inanırsınızmı?
Cavab: Xeyr
Sual [Samire]: Bu il kecirilecek seckilerle bagli daha bir sual: bu il hakimiyyet deyisikliyinin bas vereceyine inanirsinizmi?
Cavab: İnanmaq istəyirəm.
Emil Quliyev [moderator]: Fatima Qasımova daha bir sual göndərib:
Aslan İsmayılov: Bir daha təkrar edirəm, siyasətlə məşğul olmaq fikrim yoxdur. Ziyalılar Forumunun ilk günündən iştirakçısı olmuşam. Baxışlarımızda fikir ayrılığı olduğuna görə az müddət sonra oradan ayrılmışam və işlərində uğurlar arzulamışam.
Sual [Asim]: Salam Aslan muellim!
Sizce size olan tezyiqlerin arxasinda hansi konkret bir shexs dayanib?
Cavab: Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bu proseslərə rəhbərlik etməsinə şübhəm yoxdur.
Sual [Kamil]: 2005-ci ildə olduğu kimi yenidən vəkillik fəaliyyətinizi bərpa edə bilərlərmi?
Cavab: Əlbəttə. Birinci, sifariş verənlər VK-ya gğstəriş verib qərarlarını dəyişdirə bilərlər. İkinci, onların tezliklə məhkəməyə müraciət etməsini təmin edib, məhkəmənin işinə müdaxilə etməzlər.
Sual: [Fariz Alekberov]: Bəs siz bu il prezident seçkilərində kimi dəstəkləyəcəksiniz?
Cavab: Bu günə dəstəkləyəcəyim namizəd yoxdur.
Sual [Günel Kərimli]: N!DAçı gənclərin həbsinə münasibətinizi öyrənmək istəyərdim. (Sual email vasitəsilə daxil olub)
Cavab: N!DAçı gənclərdən Zaur Qurbanlını şəxsən müdafiə edirəm. Onun haqqında nəinki həbsinə cinayət işi qaldırılmasına belə heç bir əsas yoxdur. Baş verənlər isə sadəcə aktiv gəncləri siyasi fəaliyyyətlərindən çəkindirmək məqsədi güdür. Bü günki hakimiyyət bütün gənclərdən pavlik morozovlar-irəliçilər düzəltmək istəyir. Haqqını tələb edən, rüşvətsiz, korrupsiyasız, azad vətəndaş cəmiyyətində yaşamaq istəyən bütün gənclər bu günki hakimiyyət üçün həqiqətən təhlükədir. Bu proseslərdə yeganə təsəlli verən odur ki, Zaur, Rəşad, Rəşadət və digər gənclərin tutduqları yoldan dönmək fikirləri yoxdur, onlara qarşı olan təqiblərdən qorxmurlar və mübarizələrində israrlıdırlar.
Emil Quliyev [moderator]: Fikrət Nəsibli sizin fəaliyyətinizə yüksək dəyər verdiyini yazır:
– Aslan muellim Allahdan arzu edirem sizi bizlere cox gormesin.Men ve ailem yaxinlarim cemiyyetde geden butun aktual problemlere sizin bele yaxindan canla basla movqeyinizi,insanlarin huquqlarinin gobud sekilde pozulmasina munasibetinizi komeyinize alqislayiriq.Size qarsi olan haqsizliqlari lenetleyirik
Cavab: Teşekkür edirəm və bir daha dediyim bir fikri təkrarlayıram: atdığım bütün addımları birinci növbədə özüm, ailəm və doğmalarım üçün atıram. Çünki bizim Azərbaycandan harasa getmək fikrimiz yoxdur. Baş verən qanunsuzluqlar isə hər birimizin qapımızı istənilən vaxt döyə bilər. Ona görə hesab edirəm ki, doqquz milyonluq hər bir azərbaycanlı ancaq özünə qarşı olan haqsızlıqla bağlı deyil, istənilən qanunsuzluğa qarşı mənim göstərdiyim təpkini göstərməlidir. Bu halda biz hər birimizin hüququmuzu qorumuş olarıq. Bu gün Azərbaycanda olan ən böyük çatışmamazlığı insanların özlərinə yox, hamının haqqını qoruyacaq hansısa ağ atlı oğlana güvənməsidir. Qətiyyətlə deyirəm: ağ atlı oğlanı gözləməyin, o, heç vaxt gəlməyəcək.
Sual [Etibar Süleymanov]: Salam Aslan muellim!!! sizin prezidentliye namizetliyinizi vermek fikriniz varmi???? mene ele gelirki siz namizet olsaniz sizi etrafinizda saglam guveler toplasar!!!!! siz insanlari inandra bilersiniz ki olkeye yenilik lazimdi!!!!
Cavab: Hər birinizə təşəkkür edirəm, ancaq bu suala artıq bir neçə dəfə cavab vermişəm.
Sual [Rafiq Hetemov]: Rustem İbrahimbeyovun prezidentliye namizəd olması iddiasına munasibetiniz necedir? O namized olsa, onu destekleyersinizmi?
Cavab: Onun namizəd olacağına inanmıram. Hesab edirəm ki, biz xalq olaraq gələcəyimizi gənclərdə görməliyik. Rüstəm İbrahimbəyov isə artıq keçmişdir.
Sual [Rəfiqə Salmanova]: O gün AZTV-də sizin haqqınızda reportaj verdilər. Baxmısınız? Sizə qarşı bu qədər aqressiya nədən irəli gəlir?
Cavab: 1999-cu il vəkillikdən xaric edildikdən sonra o dövr qüvvədə olan qanunvericiliyə əsasən lisenziya ilə müdafiəni həyata keçirirdim. Az sonra hakimiyyət nümayəndələri Nazirlər Kabinetinin qərarı ilə ümumilikdə lisenziya qaydalarını ləğv etdilər və mən cinayət işlərinə çıxmaqdan məhrum oldum. Bundan sonra etibarnamə əsasında mülki işlər üzrə məhkəmələrdə nümayəndə kimi çıxış etməyə başladım. Mənim yeganə gəlir mənbəyimin hüquqi biliyimin olduğunu bilən hakimiyyət nümayəndələri Aztv-nin baş xəbərlərində mənim əleyhimə 5 dəqiqəlik veriliş hazırladılar. Bu verilişdə vətəndaşları mənə müraciət etməməyə, kiv-lərə isə mənim adımın qarşısında vəkil sözünü yazmamağa çağırdılar. Əks halda deyilənlərə əməl etməyənləri məhkəmə ilə hədələdilər. Məqsəd məni çörəklə sınağa çəkmək idi. Şükür Allaha insanlar mənə müraciət etdi və mən nümayəndəlik etməklə ailəmə çörək pulu qazandım. Bu yaxınlard belə bir verilişin olub-olmamasından isə xəbərsizəm.
Sual [Kanan]: Ziyalılar Forumu ilə baxışlarınızda fikir ayrılığı olduğuna görə oradan ayrıldığınızı söylədiniz. Hansı fikir ayrılıqları var idi?
Cavab: İlk günlərdən Ziyalılar Forumunun üzvləri dəfələrlə siyasətlə məşğul olmayacaqlarını bəyan etsələr də az sonra Eldar Namazov və digərlərinin sirf siyasətlə məşğul olduqlarını gördüm, bu barədə bir neçə dəfə fikrimi bildirdim, dəstək görmədiyimdən sadəcə ayrılmağı üstün tutdum. Sonrakı hadisələr, ZF-nin bəzi üzvlərinin EL hərəkatına transferi mənim düz olduğumu göstərdi.
Emil Quliyev [moderator]: Aslan müəllim, vaxtınızı ayırıb iki saat ərzində oxucularımızın çox saylı suallarına cavab verdiyiniz üçün oxucularımız və Amerikanın Səsi adından sizə təşəkkürümü bildirirəm.
Aslan İsmayılov: Təşəkkür edirəm.
9 responses to “Aslan İsmayılov: Siyasətə meylim yoxdur”
Bəy 90 ların əvvəli Heydər Əliyevə ağsaqqal demək,2003-cü ildə İlham Əliyevin yanında dayanmaq sonrada rejimin əleyhinə danışmağınız nə qədər səmimidir ?!
1.Men sizin semimiliyinize inanmaq isteyirem.
Niye siz Butun bu Olanlari dunya seviyyesine qaldirmirsiniz?Axi Azerbaycan cox pis veziyyetdedir?Rushvetxorluq bash alib gedir.hec bir idarede rushvetsiz adi bir ishi gormek olmur.Meselen adi arayisha 2 manat alirlar.bu ishlerin axiri hara gedir?
2.Gomruk:danishmaq bele mumkun deyil orada bash verenler haqqinda.dehshetdii.
rusumdan bashqa malin oz qiymeti qeder rusum alirlar.
Salam Aslan müəllim.
Məhkəmə nə zaman qərar çıxaracaq? Niyə şikayət etmək istəmirsiniz qərardan?
Salam.
Rəhim Qazıyevin sizi debata çağırmasına münasibətiniz və belə bir debata hazırsınızmı? Təşəkkür
Salam.Siz bu il keçirilecek prezident seçkilerinde heç bir saxtakarlığa yol verilmeyeceyine inanırsınızmı?
Salam Aslan muellim!
Sizce size olan tezyiqlerin arxasinda hansi konkret bir shexs dayanib?
Aslan muellim Allahdan arzu edirem sizi bizlere cox gormesin.Men ve ailem yaxinlarim cemiyyetde geden butun aktual problemlere sizin bele yaxindan canla basla movqeyinizi,insanlarin huquqlarinin gobud sekilde pozulmasina munasibetinizi komeyinize alqislayiriq.Size qarsi olan haqsizliqlari lenetleyirik
salam Aslan muellim!!! sizin prezidentliye namizetliyinizi vermek fikriniz varmi???? mene ele gelirki siz namizet olsaniz sizi etrafinizda saglam guveler toplasar!!!!! siz insanlari inandra bilersiniz ki olkeye yenilik lazimdi!!!!
salam Aslan bey.. sadece mene maraqlidi sizin fikirleriniz… Isa bey yada Eli bey hakimiyyete gelerse nese ireliye dogru deyisikler ede bileceklerine inanirsinizmi?/