Showing Archived Posts

Altay Göyüşov: Cümhuriyyət kimliyimiz, Rəsulzadə isə Cümhuriyyətin pasportudur

Posted November 27th, 2013 at 10:51 am (UTC-4)
13 comments

Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 2014-cü ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur. Məsul dövlət qurumlarına yubileyin keçirilməsinə dair konkret tədbirlər planı hazırlamaq tapşırılıb. Bir çox müşahidəçilər son illər Azərbaycan Cümhuriyyətinin banilərindən […]

Rauf Arifoğlu:120-140 min nüsxə qəzetimizi ticari dövrüyyədən çıxarıblar

Posted November 12th, 2013 at 4:58 pm (UTC-4)
3 comments

“Azərbaycan” nəşriyyatı noyabrın 12-dən “Azadlıq” qəzetinin çapını dayandırıb. Qəzetin çapının nə vaxt bərpa ediləcəyi məlum deyil. Yeni Müsavat qəzeti də çapı dayandırmamaq uğrunda mübarizə aparır. Bu qəzetin də qarşıdakı günlərdə çapını dayandıracağı istisna olunmur. Qəzetlərin çapı ilə bağlı yaranmış son problemləri müzakirə etmək üçün bu həftə Sərbəst Kürsüyə Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlunu […]

Rahim Hacıyev: “Azadlığ”ın kağız variantı dayansa, saytın fəaliyyəti mümkün olmayacaq

Posted October 30th, 2013 at 10:34 am (UTC-4)
3 comments

Azərbaycanın müasir tarixinin ilk müstəqil qəzetlərindən biri olan Azadlıq qəzeti maliyyə sıxıntıları ilə üzləşərək bağlanmaq təhlükəsi ilə üzləşib. Qəzet rəsmiləri isə deyir ki, maliyyə sıxıntıları prezident seçkilərindən dərhal sonra qəzetə qarşı təzyiqlərin artması ilə bağlıdır. Qəzet dünən dəstək kampaniyası keçirdiyi bir vaxt Yasamal rayon Məhkəməsi Azadlıq qəzetini daha 3 min manat cərimə edib. Qəzetin düşdüyü […]

İsa Qəmbər: Diplomatik normalara zidd davranış iqtidara yeni problemlər yaradacaq

Posted October 16th, 2013 at 9:58 am (UTC-4)
19 comments

Keçən həftə Azərbaycanda keçirilən prezident seçkilərində bəzi beynəlxalq qurumların mənfi münasibət bildirməsindən sonra müxalif Milli Şura və onun prezidentliyə namizədi Cəmil Həsənli razılaşdırılmış etiraz mitinqi keçirib. Minlərlə insanın iştirak ilə keçən bu mitinqdən sonra  Milli Şura oktyabr ayının 20-nə növbəti mitinq təyin edib. Demokratik Qüvvələrin Milli Şurasının gələcək fəaliyyəti  barədə oxucularımızın suallarına cavab tapmaq üçün […]

Xədicə İsmayıl: “Xəbər çatdırılıb ki, mənimlə bağlı daha ciddi planları var”

Posted August 6th, 2013 at 11:53 am (UTC-4)
3 comments

Azad Avropa/AzadlıqRadiosu iyulun 26-da internetdə Xədicə İsmayılovanın qeyri-qanuni yolla əldə edilmiş intim videosunun nümayiş etdirilməsindən sonra Azərbaycan hökumətini jurnalistə qarşı şantaj və hədə-qorxu kampaniyası ilə bağlı təhqiqat aparmağa çağırıb. Bəyanatda deyilir ki, Xədicə İsmayılovanın reporatjları prezidentin ailəsinin milyonlarla dollar məbləğində maliyyə fəaliyyətləri ilə məşğul olduğunu göstərir. AzadlıqRadiosunun əməkdaşı ilə bağlı son hadisələri müzakirə etmək üçün […]

Şahvələd Çobanoğlu: Qəzet köşklərini bağlayır, jurnalistlərə ev verirlər

Posted July 23rd, 2013 at 3:44 pm (UTC-4)
2 comments

İyul ayının 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir. Elə həmin gün 155 jurnalistə evə verilib. Bununla yanaşı Milli Mətbuat Günü bir neçə jurnalist peşə fəaliyyətinə görə qətlə yetirilən jurnalistlərin məzarını ziyarət edib. Azərbaycanda mətbuatın durumunu müzakirə etmək üçün bu həftə Sərbəst Kürsüyə tanınmış jurnalist Şahvələd Çobanoğlunu dəvət etmişik. İyulun 24-ü Şahvələd Çobanoğlu oxucularımızın […]

Bəxtiyar Hacıyev: Elə təəssürat var ki, artıq hamı dostlarımızın həbsi ilə barışıb

Posted June 25th, 2013 at 10:57 am (UTC-4)
13 comments

Bu gün gənc fəal Bəxtiyar Hacıyev Facebook statusu vasitəsilə prezident İlham Əliyevin Brüsseldə səsləndirdiyi sözlərə ironik şəkildə haqq qazandıraraq Azərbaycanda siyasi məhbus olmadığını deyib. “Olsaydı, indiyə qədər onların azad olunması tələbi ilə heç olmasa, 20-ci sahədə icazəli aksiya keçirilərdi” – deyə keçmiş vicdan məhbusu bildirib. Bəxtiyar Hacıyev 7 üzvü həbs olunmuş NİDA VH-nin icazəli aksiyaya […]

Eldar Namazov: Hamını bir araya gətirə biləcək şəxs Rüstəm İbrahimbəyovdur!

Posted June 11th, 2013 at 1:28 pm (UTC-4)
8 comments

Azərbaycanda prezident seçkilərinə 4 ay qalmış, ölkənin gündəmində olan əsas məsələ Milli Şuradır. Artıq qurumda ilk təyinatda baş tutub. Belə ki, sədri Rüstəm İbrahimbəyov rəhbər seçildikdən sonra sərəncam imzalayaraq “EL” hərəkatının sədri Eldar Namazovu Milli Şuranın İcra Aparatının rəhbəri təyin edib. Milli Şuranın bundan sonrakı fəaliyyətinin necə olacağına aydınlıq gətirmək və Milli Şura  barədə suallara […]

Aygün Pəncəliyeva: Adnan və Eminin həbsindən sonra bütün qorxularımı atmışdım

Posted April 30th, 2013 at 4:23 pm (UTC-4)
4 comments

7 üzvü həbsdə olan N!DA Vətəndaş Hərəkatının fəaliyyətində son zamanlar  ləngimə hiss edilməkdədir. Martın 7-də N!Da-nın fəalları Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlu, martın 14-də Rəşad Həsənov həbs edilib. Martın 30-da “Nida”çı Üzeyir Məmmədli və Rəşadət Axundov, aprelin 1-də isə Zaur Qurbanlı barəsində həbs qəti imlan tədbiri seçilib. N!DA fəallarının hamısı Cinayət Məcəlləsinin 228.3-cü […]

İlkin Rüstəmzadə: AzTv təbliğatına inanan bir cəmiyyətə sahibik

Posted March 26th, 2013 at 3:37 pm (UTC-4)
28 comments

O, Azərbaycanda virtual həyatı reallığa gətirməyə nail olub. Əsasən Facebookda “event” yaratmaqla məşhurlaşıb. Amma onun “event” şəklində təşkil etdiyi etiraz aksiyalarına minlərlə insan toplaşıb. 12 yanvar və 10 mart “Əsgər ölümlərinə son!” və 26 yanvar “İsmayıllıya dəstək” aksiyalarının təşkilatçısı məhz o olub – İlkin Rüstəmzadə! Ən son aksiyadan öncə 6 gün müddətinə azadlıqdan məhrum edilsə […]

BLOGLAR