Showing Archived Posts

Rəşadət Axundov həbsxanadan Amerikanın Səsinin suallarını cavablandırıb

Posted January 29th, 2014 at 1:47 pm (UTC-4)
6 comments

2013-cü ildə ağır ittihamlarla həbs edilən N!DA Vətəndaş Hərəkatının üzvlərinin yanvarın 30-da növbəti məhkəməsi keçiriləcək. Onlar arasında Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundov da var. 1 ilə yaxındır  həbsdə olan Rəşadət Axundov Sərbəst Kürsü vasitəsilə oxucularımızın və sosial şəbəkə iştirakçılarının suallarını cavablandırmağa razılıq verib. Rəşadət Axundova suallarınız və şərhlərinizi aşağıdakı ŞƏRHLƏR bölməsində yaza bilərsiniz. Suallar […]

Tural Abbaslı: “Biz hər zaman prinsiplər üzrə hərəkət etmişik”

Posted January 7th, 2014 at 5:08 pm (UTC-4)
7 comments

Müsavat Partiyası Demokratik Qüvvələrin Milli Şurasını tərk edib. Bu barədə qərar Müsavat Partiyasının yanvarın 6-da keçirilən divanında qəbul edilib. Məsələni müzakirə etmək üçün bu həftə Sərbəst Kürsüyə Müsavat Partiyasının divan üzvü Tural Abbaslını dəvət etmişik. Yanvarın 8-də Tural Abbaslı oxucularımızın suallarını cavablandırıb. ———————————————————————————————————————————— 21:00 / 08 yanvar 2014 Sərbəst Kürsüdə hamınızı xoş gördük. Canlı forumun […]

Xədicə İsmayılova: ARDNŞ-dən dedilər ki, Anar Əliyevi tanımırıq

Posted December 11th, 2013 at 11:46 am (UTC-4)
4 comments

Bu günlərdə Global Witness təşkilatı “Anonim Azərbaycan: Azərbaycan Dövlət Neft Şirkəti və niyə Hasilat Sənayeləri Şəffaflığı Təşəbbüsü irəli getməlidir” hesabatını açıqlayıb. Hesabatda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyəti barədə mübahisəli məqamlar ortaya qoyulub. Bu, son illərdə açıqlanan Azərbaycanla bağlı mübahisəli hesabatların növbətisidir. Hesabatı müzakirə etmək üçün araşdırmaçı jurnalist, Azərbaycanla  bağlı bir çox araşdırmaların müəllifi Xədicə […]

Rahim Hacıyev: “Azadlığ”ın kağız variantı dayansa, saytın fəaliyyəti mümkün olmayacaq

Posted October 30th, 2013 at 10:34 am (UTC-4)
3 comments

Azərbaycanın müasir tarixinin ilk müstəqil qəzetlərindən biri olan Azadlıq qəzeti maliyyə sıxıntıları ilə üzləşərək bağlanmaq təhlükəsi ilə üzləşib. Qəzet rəsmiləri isə deyir ki, maliyyə sıxıntıları prezident seçkilərindən dərhal sonra qəzetə qarşı təzyiqlərin artması ilə bağlıdır. Qəzet dünən dəstək kampaniyası keçirdiyi bir vaxt Yasamal rayon Məhkəməsi Azadlıq qəzetini daha 3 min manat cərimə edib. Qəzetin düşdüyü […]

İsa Qəmbər: Diplomatik normalara zidd davranış iqtidara yeni problemlər yaradacaq

Posted October 16th, 2013 at 9:58 am (UTC-4)
19 comments

Keçən həftə Azərbaycanda keçirilən prezident seçkilərində bəzi beynəlxalq qurumların mənfi münasibət bildirməsindən sonra müxalif Milli Şura və onun prezidentliyə namizədi Cəmil Həsənli razılaşdırılmış etiraz mitinqi keçirib. Minlərlə insanın iştirak ilə keçən bu mitinqdən sonra  Milli Şura oktyabr ayının 20-nə növbəti mitinq təyin edib. Demokratik Qüvvələrin Milli Şurasının gələcək fəaliyyəti  barədə oxucularımızın suallarına cavab tapmaq üçün […]

Altay Göyüşov: Oğurlanan səs vətəndaşın səsidir

Posted September 17th, 2013 at 4:01 pm (UTC-4)
10 comments

  Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 13-də keçirilən iclasında REAL Vətəndaş Hərəkatının lideri İlqar Məmmədovunprezidentliyə namizədliyini qeydə almayıb. REAL 41 247 seçici imzası təqdim etsə də, MSK imzalardan 4982-ni etibarsız hesab edib. Beləliklə tələb olunan 40 min seçici imzası bəs etmədiyindən MSK  İlqar Məmmədovun namizədliyini qeydə almayıb. REAL Vətəndaş Hərəkatı isə seçkilərdə Milli Şuranın vahid […]

Cəmil Həsənli: Hakimiyyət qarşısında güc görməlidir!

Posted September 4th, 2013 at 9:20 am (UTC-4)
22 comments

Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin qeydə alınmamasından sonra ehtiyat vahid namizəd tarix emləri doktoru Cəmil Həsənlinin namizədliyi irəli sürülüb. Mərkəzi Seçki Komissiyası artıq onun namizədlik müraciətini qəbul edərək Milli Şuraya imza vərəqələrini təqdim edib. Bu gün Modern.az-ın verdiyi məlumata görə isə, tələb olunan 40 min imzadan da çox – 45 […]

Xədicə İsmayıl: “Xəbər çatdırılıb ki, mənimlə bağlı daha ciddi planları var”

Posted August 6th, 2013 at 11:53 am (UTC-4)
3 comments

Azad Avropa/AzadlıqRadiosu iyulun 26-da internetdə Xədicə İsmayılovanın qeyri-qanuni yolla əldə edilmiş intim videosunun nümayiş etdirilməsindən sonra Azərbaycan hökumətini jurnalistə qarşı şantaj və hədə-qorxu kampaniyası ilə bağlı təhqiqat aparmağa çağırıb. Bəyanatda deyilir ki, Xədicə İsmayılovanın reporatjları prezidentin ailəsinin milyonlarla dollar məbləğində maliyyə fəaliyyətləri ilə məşğul olduğunu göstərir. AzadlıqRadiosunun əməkdaşı ilə bağlı son hadisələri müzakirə etmək üçün […]

BLOGLAR