O, Azərbaycanda virtual həyatı reallığa gətirməyə nail olub. Əsasən Facebookda “event” yaratmaqla məşhurlaşıb. Amma onun “event” şəklində təşkil etdiyi etiraz aksiyalarına minlərlə insan toplaşıb. 12 yanvar və 10 mart “Əsgər ölümlərinə son!” və 26 yanvar “İsmayıllıya dəstək” aksiyalarının təşkilatçısı məhz o olub – İlkin Rüstəmzadə! Ən son aksiyadan öncə 6 gün müddətinə azadlıqdan məhrum edilsə […]
İlkin Rüstəmzadə: AzTv təbliğatına inanan bir cəmiyyətə sahibik
Zaur Qurbanlı: “Mən Məhəmmədlə, Bəxtiyarla, Şahinlə fəxr edirəm!”
N!DA Vətəndaş Hərəkatı! – Təşkilat 2 il əvvəl təsis edilsə də, 10 martda keçirilən “Əsgər ölümlərinə son!” aksiyasınadək əsasən gənclər arasında populyar idi. Ancaq aksiyadan bir neçə gün öncə 3 üzvünün hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq dövlət çevrilişində və narkotik vasitələrin daşınmasından ittiham olunduqdan və üzvlərin Azərbaycandakı telekanallar vasitəsilə yayımlanan ifadələrindən sonra bütün Azərbaycanda danışılan başlıca […]
“Qazzetti”ni işlədən kimdir?
Bu veb səhifə cəmi iki həftə əvvəl yaranıb. Amma Azərbaycanda artıq çox sayda insan hər gün bu vebsayta baş çəkir. Söhbət Azərbaycanda baş verən gündəlik xəbərlərə satirik dad qatan “QAZZETTİ.COM”-dan gedir. Bu onlayn qəzetdə dərc edilən yumorlu yazıları gülmədən oxumaq mümkün deyil. Çoxları üçün bu portalı kimlərin təsis etdiyi və çalışdırdığı hələ də qaranlıq qalmaqdadır. […]
Turqut Qəmbər: O televizor məndən də yaşlıdır
Məhkəmə icraçıları yanvarın 12-də əsgər ölümlərinə qarşı etiraz aksiyasında iştiraka görə inzibati cərimə kəsilmiş gənc fəalların evlərində əmlakın siyahıya alınmasını və müsadirəsini həyata keçirir.Aksiya zamanı yüksək cərimə olunanlardan 5 nəfər – Turqut Qəmbər, Rəşad Həsənov, Ülvi Həsənli, Tural Abbaslı və Əbülfəz Qurbanlı prinsipial olaraq cərimələri ödəməkdən imtina etdiklərini bildiriblər. Fevralın 19-u Nida Vətəndaş Hərəkatının idarə […]
Erkin Qədirli: Sözdə birlikləri çox gördük. Yetər!
Fevralın 4-ü Nəsimi Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 233 və 315.2-ci maddələri ilə REAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu haqqında həbs-qətimkan tədbiri seçib. Hər iki müxalifət lideri ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, o cümlədən hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və […]
Elşad Abdullayev: “400-dən çox ifşaedici videom var”
Son aylar gizli video görüntülər və açıqlamaları ilə Azərbaycanda gündəmdən düşməyən Elşad Abdullayev hər gün yeni ittihamlarla çıxış etməkdədir. Oxucularımızın çoxsaylı xahişlərini nəzərə alaraq Sərbəst Kürsüyə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevi dəvət etmişik. Hazırda Fransada yaşayan E.Abdullayev uzun sürən danışıqlardan sonra Sərbəst Kürsü canlı forumunda oxucularımız suallarını cavablandırmağa razılıq verib. Yanvarın […]
Qənimət Zahid: Azadlıq yarananda Qubadlıda rota komandiri idim!
Dekabrın 24-də Azərbaycanın ilk müstəqil mediası – “Azadlıq” qəzetinin 23 yaşı tamam olub. Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından, baş redaktor Nəcəf Nəcəfovun rəhbərliyi ilə qəzetin ilk sayı 1989-cu il dekabrın 24-də işıq üzü görüb. Kommunist rejimi dövründə hökm sürənalternativsizlik səbəbi ilə qəzetin ilk nömrələri Azərbaycan boyu əldən-ələ gəzir, bütün meydanlarda, küçələrdə, evlərdə oxunurdu. Keçmiş kommunist rejiminin […]
Rəsul Quliyev: İştirak etməyə nail olsam mən, ola bilməsəm Əliyev!
1996-cı ildən ABŞ-a mühacirət etmiş Azərbaycan Milli Məclisinin keçmiş spikeri Rəsul Quliyev Azərbaycanın siyasi gündəmini diqqətdə saxlayan siyasətçilərdəndir. Açıq Cəmiyyət Partiyasının lideri habelə 2013-cü ildə prezidentliyə namizəd olacağını bəyan edib. 1990-cı illərdə Azərbaycanın siyasi həyatında mühüm rol oynamış Rəsul Quliyev 2013-cü ili hakimiyyət dəyişikliyi üçün son şans kimi görür. Bu və digər məsələlərlə bağlı oxucularımızın […]
Mehman Hüseynov: İşlərimi Səyyad Əlizadə ilə davam etdirməyi düşündüm!
Adətən Sərbəst Kürsüyə Azərbaycanda virtual məkanın gündəmini zəbt edən insanları dəvət etməyə çalışırıq. Bu dəfə də ənənəmizə sadiq qalırıq, ancaq məsələ ondadır ki, video blogger Mehman Hüseynovun hazırladığı video artıq sosial şəbəkələrdən kənara çıxaraq Azərbaycan televiziyalarının diqqətini cəlb edib. Belə ki, Mehman Hüseynovun Azərbaycan müğənnisi Səyyad Əlizadənin Metropoliten mahnısının görüntülərini cənubi koreyalı müğənninin məşhur “Gangnam […]