Müsavat Partiyasının Məclisi partiyanın başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. 2003-cü ildə namizəd olmuş İsa Qəmbər bu dəfəki seçkilərdə qələbəsinə əminlik ifadə edib. Onun fikrincə, son video qalmaqalları Azərbaycanın hakim rejimini tamamilə ifşa edib, onun korrupsiyaya uğradığını və hakimiyyətin kriminal xarakterini nümayiş etdirib. Oxucularımızın suallarını cavablandırmaq üçün […]
Showing Archived Posts
İsa Qəmbər: “Emin Milli savadlı, təşəbbüskar bir gəncdir!”
Son günlər sosial şəbəkələrin başlıca müzakirə mövzularından biri Müsavat Partiyası başqanı İsa Qəmbərdir. Əvvəlcə gənc yazıçı Emin Millinin Müsavat başqanını illərdir partiya rəhbərliyində qalmasını sual etməsi və daha sonra İsa Qəmbərin 2013-cü ildə prezidentliyə yenidən namizəd olacağını bəyan etməsi bizi bu dəfə Sərbəst Kürsüyə məhz cənab Qəmbəri dəvət etməyə sövq etdi. Avqustun 29-u Sərbəst Kürsünün […]
İsa Qəmbər: Güneyli-Quzeyli Azərbaycana canımız qurban!
Aprel ayının 8-i müxalifət qüvvələrini birləşdirən İctimai Palata Bakıda mitinq keçirib. “Siyasi məhbuslara azadlıq!” “Yeni parlament seçkiləri keçirilsin!”, “Rədd olsun yoxsulluq!”, “Bizə Eurovision deyil, Qarabağ lazımdır!”, “İstefa! ”şüarları qaldırılmış mitinqdə minlərlə insan iştirak edib. Müxalifət mitinqdə 10 mindən çox, Bakı şəhər Baş Polis İdarəsi isə 1200 nəfərin iştirak etdiyini iddia edir. Mitinq zamanı növbəti aksiyanın […]