ABŞ-ın keçmiş prezidenti Bill Klinton və 2016-cı il seçkilərində demokrat namizəd Hillari Klintonun qızı Çelsi Klinton prezident Trampın oğlu Barreni internet trollarından müdafiə edib.
“Barron Trampın bütün uşaqlar kimi uşaq olmaq hüququ var”-Çelsi Klinton həm Facebook, həm də Tvitter sosial media saytlarında yazıb.
Barron Trump deserves the chance every child does-to be a kid. Standing up for every kid also means opposing @POTUS policies that hurt kids.
— Chelsea Clinton (@ChelseaClinton) January 22, 2017
Çelsi Klinton eyni zamanda, Hillari Klintonla gərgin rəqabət apardıqdan sonra prezident seçilmiş Donald Trampın siyasətini tənqid edib.
“Hər bir uşağın müdafiəsinə qalxmaq həm də prezidentin uşaqlara zərərli siyasətini də tənqid etmək deməkdir”-Çelsi Klinton Tvitter səhifəsində eyni mesajda əlavə edib.
Yanvarın 20-də ABŞ-ın 45-ci prezidenti kimi Donald Trampın Vaşinqtonda andiçmə mərasimi və bundan sonrakı parad zamanı 10 yaşlı Barron Tramp internetdə gülüş hədəfinə çevrilib, onun ünvanına zarafatlar və təhqiramiz ifadələr söylənilib.
Çelsi Klinton sosial mediada mesajlarını NBC tele şirkətinin Saturday Night Live komediya şousunun yazarı Keyti Riçin (Katie Rich) Tvitter səhifəsində Barron haqda şərhindən sonra yazıb. Barron Trampın “ev şəraitində təhsil alanlar arasında ilk silahlı hücumçu olacağı” haqda yazdığı şərhə internetdə dərhal təndiqi reaksiyalar verilib və ssenarist onu silməyə məcbur olaraq üzr istəyib.
I sincerely apologize for the insensitive tweet. I deeply regret my actions & offensive words. It was inexcusable & I’m so sorry.
— Katie Rich (@katiemaryrich) January 23, 2017
NBC şirkəti bu insidentdən sonra Keyti Riçi işdən azad edib. Lakin mövzu ictimaiyyət arasında müzakirə edilməyə davam edir.
Hazırda gənclərə qarşı təhqir və zorakılıq əleyhinə kampaniya aparan sosial fəal Monika Levinski də Barron Trampı Tvitterdə yazdığı şərhdə müdafiə edib.
“Bütün uşaqlar təhqir və istehzadan müdafiə olunmalıdır.”
all children need to be protected from bullying + mockery. (incl #barrontrump). let’s be better than this. https://t.co/CH3IfdpQpu
— Monica Lewinsky (@MonicaLewinsky) January 23, 2017
Bu insident çoxlarının fikrincə, Amerikanın siyasi həyatında bir normanın dəyişilməz olaraq qaldığını göstərir. Bu da ölkənin birinci övladlarının şəxsi həyatının toxunulmazlığıdır.
Ağ Evin mətbuat xidməti verdiyi açıqlamada bu prinsipə bundan sonra da riayət ediləcəyini gözlədiyini bildirib.
“Prezidentin övladlarının siyasi diqqətdən kənarda böyüməsi imkanı uzun zamandır mövcud bir ənənədir. Ağ Ev bu ənənənin bütünlüklə davam etdiriləcəyini gözləyir.”
Prezident Klintonun hakimiyyəti dövrü özü də ölkənin birinci övladı olan Çelsi Klinton bunun nə demək olduğunu çox gözəl bilir. Klintonlar xüsusilə də o zaman birinci xanım olan Hillari Klintonun Çelsinin Ağ Evdə özəl həyatının qorunmasına olduqca böyük diqqət verirdi. O zaman12 yaşı olan Çelsi Klinton buna baxmayaraq Saturday Night Live komediya şousunun gülüş hədəfinə çevrilmişdi.
Bundan öncə Cimmi Karterin qızı Eymi Karter gülüş və zarafatların hədəfi olub.
Bill Klintondan sonra hakimiyyətə gəlmiş Corc Buş oğulun əkiz qızları Cenna və Barbara da medianın və eyni komediya şousunun zarafatlarının diqqət mərkəzində olub. O zaman 19 yaşları olan qızların kollec həyatının bəzi detalları mediada müzakirə edilib, xəbər başlıqlarına çıxarılıb.
Barak Obamanın iki qızı Saşa və Maliya haqda sosial mediada tənqidi və bəzən irqçi xarakterli şərhlərin yazılması kimi hallar yadda qalıb.
Bütün bunlara baxmayaraq, Ağ Evdə prezident övladlarının özəl həyatına “müdaxilə”lər belə bir neçə epizodla bitir. Sosial media dövründə isə bunların ictimailəşdirilməsi və yayılması kimi, reaksiyalarının da miqyası genişlənib.
Əslində, Donald Tramp Ağ Evdə ilk prezident sərəncamını imzalayan zaman Barronun ögey bacısı İvankanın qucağındakı kiçik oğlu ilə “gözbağlıca” oynaması ictimaiyyət tərəfindən çox müsbət qarşılanıb. Bu da öz növbəsində, ictimaiyyətin prezident övladlarına adətən müsbət yanaşdığına daha bir işarədir. Bəzi şərhçilər bunun hətta cəmiyyət üçün tipik bir cəhət olduğunu hesab edir.
ABŞ prezidentlərinin övladları bəzən onların özləri qədər diqqət cəlb edir. Buna görə də onların ailə üzvlərinin, xüsusilə də gənc övladlarının özəl həyatının qorunması birinci ailənin prioritetinə çevrilir. Ağ Evdə prezident Kennedinin oğlu Condan sonra yenidən ölkənin birinci oğul olacaq Barron Tramp da istisna deyil.