Həkim Xəyalə Balabəyova: Pandemiya ilə mübarizə aparmaq üçün yalnız bir üsulumuz var – vaksinasiya olmaq

Dilşad Əliyarlı Pandemiyanın başlamasından sonra keçən müddət ərzində mütəxəssislər görünməmiş nailiyyət əldə edərək, ən qısa zamanda xəstəliyə qarşı effektiv peyvəndlər hazırlaya bilib. Amerika Birləşmiş Ştatlarında və daha bir neçə ölkədə Pfizer-Biontech və Moderna şirkətlərinin hazırladıqları vaksinlərin təsdiqindən sonra onların tətbiqinə başlanıb. Britaniyada AstraZeneca əczaçılıq şirkəti və Oksford universitetinin birgə hazırladığı vaksinin təsdiqindən sonra isə səhiyyə […]

Üzeyir Hacıbəylinin musiqisi Amerikada – musiqişünas Aida Hüseynova ilə söhbət

Dilşad Əliyarlı Sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi tamam oldu. Üzeyir Hacıbəylinin musiqisi müasir dövrdə Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda dünyanın ən tanınmış musiqiçiləri tərəfindən ifa edilir. Amerika Birləşmiş Ştatlarında “Leyli və Məcnun” operasının iki quruluşda tamaşaya qoyulması Azərbaycan musiqisinin ABŞ-da və dünya miqyasında tanıdılmasında müstəsna rol oynayıb. “Leyli və Məcnun” dünya […]

Könül Məmmədova: Sosial məsafə və maskalar ən effektiv qorunma vasitələridir

Dilşad Əliyarlı Dünya boyu mütəxəssislər koronavirusa qarşı peyvəndin hazırlanması üzərində işi davam etdirdiyi vaxt tibb mütəxəssisləri virusun səbəb olduğu COVİD-19-a yoluxmuş xəstələrin müalicəsində onlarla müxtəlif preparatdan istifadə edir. ABŞ-ın Konnektikut ştatında Qriniç xəstəxanasında çalışan tibb işçisi Könül Məmmədova Amerikanın Səsinə müsahibəsində tətbiq edilən son müalicə üsulları və yoluxmaların qarşısını almaq üçün effektiv qorunma metodlarından danışıb. ABŞ-ın […]

Aida Tsixiseli: Məhdudiyyətlərin yüngülləşdirilməsi o demək deyil ki, xəstəlik yoxdur

Dilşad Əliyarlı  Amerika Birləşmiş Ştatlarında koronavirus epidemiyasının episentri olmuş Nyu Yorkda keçən həftədən etibarən karantin məhdudiyyətlərinin tədricən aradan qaldırılmasına başlanılıb. Bu həftənin bazar ertəsi günündən Nyu Yorkda iqtisadi fəaliyyətlərin bərpası ikinci fazaya daxil olub. Çoxları Nyu Yorkun normallaşma yolunda olduğunu bildirir. Lakin bir sıra ekspertlər həyatın normal məcraya düşməsi üçün hələ uzun müddət tələb olunduğunu […]

Keçmiş prezident Obama: Qadınlar dünya problemlərini həll edə bilər

Dilşad Əliyarlı   ABŞ-ın keçmiş prezidenti Barak Obama deyib ki, dünya qadınlar tərəfindən idarə edilsə, daha yaxşı yer ola bilərdi. Sinqapurda liderlik mövzusunda özəl bir tədbirdə danışan Obama əlavə edib ki, dünyadakı bir çox problemlər öz vəzilərində qalan adətən yaşlı kişilər tərəfindən yaradılıb. “Onlar hakimiyyətdən yapışır, özlərinə arxayın deyillər, onların ideyaları köhnəlmişdir, enerjiləri, yeni fikirləri […]

Fəridə Buyuranla Bakıda kulinariya turu

Dilşad Əliyarlı Nar və zəfəran, ətirli ədvalar, payız meyvələri, qurudulmuş meyvə və çeşidli tutmalar – bu`qurmanlar cənnəti`ndə qonaqlara hər cür dadlar təklif edilir. Bakının kulinariya mənzərəsi ilə tanışlıq Yaşıl Bazarda başlayır. Fəridə Buyuran mətbəx və mədəniyyət turunun iştirakçılarını təzə yerli məhsullarla tanış edir. Beynəlxaq mükafatlara layiq görülmüş və ABŞ-da Azərbaycan mətbəxi haqda ilk  “Nar və zəfəran: Azərbaycana kulinariya […]

Lalə Bəylər – Minnesota universitetinin 13 yaşlı azərbaycanlı tələbəsi

Minnesota ştatında yaşayan 13 yaşlı Lalə Bəylər bu yaxınlarda Minnesota Universitetinin İstedadlı Gənclər Riyaziyyat proqramına qəbul edilib. Lalə Bəylər və onun atası, Minnesota Universitetinin professoru Anar Əhmədov Amerikanın Səsinə müsahibədə Amerikada təhsil, uşaqlarda riyaziyyat və dəqiq elmlərə marağın təşviq edilməsi və Lalənin gələcək planlarından danışıblar.​ “Mən riyaziyyata kiçik yaşlarımdan maraq göstərmişəm. Atam və anam da […]

ABŞ-ın qadınlardan ibarət yığması futbol üzrə 4-cü dəfə dünya çempionu oldu

ABŞ-ın qadınlardan ibarət milli yığması bazar günü Fransanın Lion şəhərində futbol üzrə dünya çempionatında Niderland yığması üzərində 2:0 hesabı ilə qələbə çalaraq, 4-cü dəfə çempion titulunu qazanıb. Dünya çempionatının finalında ABŞ yığmasının rəqibi olan Niderland Avropa çempionudur. ABŞ yığması dörd il bundan əvvəl 2015-ci ildə Yaponiya yığması üzərində qələbə çalaraq dünya çempionu olmuşdu. Qadınlararası futbol […]

Eren Özmen – Amerikanın türk əsilli milyarder qadını

Dilşad Əliyarlı Forbes jurnalı dünyanın ən zəngin insanlarının yeni siyahısını açıqlayıb. Amerika Birləşmiş Ştatları dünyada milyarderlərin sayına görə rekord 607 nəfərlə birinci yeri tutur. Dünyada 20 ən zəngin insandan 14-ü Amerikadadır. Dünyanın ən zəngin üç adamı isə Amazon şirkətinin təsisçisi Ceff Bezos, Bill və Melinda Geyts Fondunun prezidenti Bill Geyts və Amerika biznes maqnatı və […]

ABŞ-ın birinci xanımları: Mühacirlərin uşaqları valideynlərindən ayrılmamalıdır

Dilşad Əliyarlı     ABŞ-ın birinci xanımları Tramp administrasiyasının Birləşmiş Ştatlara qeyri-qanuni keçən mühacirlərə qarşı dözümsüzlük siyasətinin nəticəsi olaraq sərhəddə uşaqları valideynlərindən ayırmaq praktikasını tənqid edib. Tramp administrasiyasi bu addımın mühacirlərin ölkəyə qeyri-qanuni gəlməsinin qarşını almaq üçün atıldığını deyərək, immiqrasiya siyasətini müdafiə edir. ABŞ-ın Meksika ilə sərhədində yaranmış vəziyyət hər iki siyasi partiyanı təmsil edən […]