ABŞ-ın birinci xanımı Melaniya Trampın Asiya turu zamanı geyimləri əvvəlki səfərlərdə olduğu kimi bu dəfə də moda ekspertlərinin diqqət mərkəzində olub.

ABŞ-ın birinci xanımı Melaniya Tramp Çin prezidenti Şi Tsinpinin xanımı Penq Liyuanla Pekində ABŞ prezidenti Donald Trampın şərəfinə ziyafətə gələrkən

 

Ekspertlərin fikrincə, xarici səfərlərdə birinci xanımın geyim tərzi müəyyən mənada onun Ağ Evdə tutduğu mövqeyi ilə yanaşı, eyni zamanda, Ağ Evdə mövcud əhval-ruhiyyəni başa düşmək üçün bir imkan verir.

 

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Çin prezidenti Şi Tsinpin və onun xamımı Penq Liyuanla Pekində

 

Asiya turu ərzində Melaniya Tramp Gucci, Fendi, Dolce & Gabbana kimi aparıcı moda evlərinin geyimlərində olub.

 

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Tokio yaxınlığında ABŞ hərbi hava qüvvələrinin Yokota bazasında Amerika əsgərlərini salamlayır

 

Çində prezident Şi Tsinpinin ABŞ prezidenti və birinci xanımın şərəfinə verdiyi ziyafətdə Melaniya Trampın geydiyi don çoxlarının diqqətini cəlb edib. Melaniya Tramp Gucci moda evinin üstü güllü naxışlarla bəzədilmiş kimono stilində donunda olub və Manolo Blahnik brendinin açıq çəhrayı rəngli  hündürdaban ayaqqabılarını geyib.

 

ABŞ-ın birinci xanım Melaniya Tramp Tokioda Yaponiyanın baş naziri Şinzo Abenin xanımı Akie Abe ilə Mikimoto mirvari mağazasında foto çəkdirən zaman

 

Yaponiyada Tokioda baş nazir Şinzo Abenin xanımı Akia Abe ilə məşhur Mikimoto mirvari şirkətini ziyarət edən zaman Melaniya Tramp Fendi moda evindən paltoda olub.

 

ABŞ-ın birinci xanımı Melaniya Tramp Böyük Çin səddini ziyarət edən zaman

 

Böyük Çin səddini ziyarət edən Melaniya Tramp Amerika moda dizaynerləri Mary-Kate and Ashley Olson brendinin ağ rəngli yun ətəyi və qara rəngli uzun boğaz köynək sviterində olub və bu ansamblı Dolce & Gabbana moda evinin qara rəngli paltosu və ayaqqabı dizayneri Christian Louboutin-in yastı daban ayaqqabıları ilə tamamlayıb. Onun bu görünüşü moda ekspertləri tərəfindən müsbət rəylər alıb.

 

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Cənubi Koreya paytaxtı Seulun hava limanında

 

Melaniya Trampın Asiya səfəri zamanı ən çox diqqət çəlb etmiş geyimlərindən biri onun ispan dizayner Delpozonun dizayn etdiyi tünd bənövşəyi rəngli paltosu olub. Bu görünüşü tamamlamaq üçün Melaniya Tramp Christian Louboutin-in dizayn etdiyi göy rəngli hündürdaban ayaqqabılar geyib.

 

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Yaponiya imperatoru Akihito və imperiatriça Miçiko ilə Tokioda imperator sarayının qarşısında görüşən zaman