ABŞ prezidenti Donald Trampın böyük qızı İvanka Tramp və keçmiş prezident Bill Klinton və prezidentliyə Demokrat partiyasından keçmiş namizəd Çelsi Klinton keçmiş prezident Barak Obamanın qızı Malia haqda mediada mənfi imic yaratmağa çalışan məqalələri tənqid ediblər.
Həm İvanka Tramp, həm də Çelsi Klinton Malianın özəl həyatına müdaxiləni pisləyiblər. Malia keçmiş prezident Barak Obamanın böyük qızıdır.
Mühafizəkar meylli media tərəfindən bu həftə internetdə yayılan video görüntülərdə hazırda Harvard universitetində təhsil alan Maliya Obamanın futbol oyunundan öncə bir gənclə öpüşdüyü və ağzından siqaret tüstüsü çıxardığı iddia olunur.
İvanka Tramp sosial mediada məsələyə müdaxilə edərək, Twitter səhifəsində yazıb:
Malia Obama should be allowed the same privacy as her school aged peers. She is a young adult and private citizen, and should be OFF limits.
— Ivanka Trump (@IvankaTrump) November 24, 2017
Malia Obamanın öz həmyaşıdları kimi eyni dərəcədə özəl toxunulmazlığına imkan veriməlidir. O, gənc və özəl vətəndaşdır və onun şəxsi həyatına müdaxilə edilməməlidir.
Bundan sonra Çelsi Klinton da Twitter səhifəsində Maliyanın müdafiəsinə qalxıb.
Malia Obama’s private life, as a young woman, a college student, a private citizen, should not be your clickbait. Be better.
— Chelsea Clinton (@ChelseaClinton) November 24, 2017
Malia Obamanın gənc qadın, kollec tələbəsi və bir vətəndaş kimi özəl həyatı sizin xəbər başlığınız olmamalıdır.
ABŞ prezidentlərinin övladlarının özəl həyatına media tərəfindən müdaxilə ictimaiyyət tərəfindən adətən mənfi qarşılanır.
Bill Klintonun hakimiyyəti dövrü özü də Amerikanın birinci övladı olmuş Çelsi Klinton sosial mediada bundan əvvəl də prezident övladlarının özəl həyatının müdaxiləyə qarşı mesajlarla çıxış edib.
Bu ilin əvvəl Çelsi Klinton prezident Trampın kiçik oğlu Barronu İnternet trollarından müdafiə etmişdi.