“Yelkənsiz” qalan Yelkən Federasiyası

Posted August 16th, 2011 at 9:50 am (UTC-4)
Leave a comment

Bu yaxınlarda Azərbaycan Yelkən İdmanı Federasiyasının vitse-prezidenti Nuru Axundov tutduğu vəzifədən istefa verib.

Maraqlıdır ki, bu haqda lent.az-a məlumat verən cənab Axundov işsiz qalmaq istəmədiyi üçün bu addımı atdığını bildirib. Vitse-prezidentin sözlərinə görə, federasiyada heç bir şərait olmadığından idmançıların hazırlığı aşağı səviyyədədir, yarışlar demək olar ki, keçirilmir. O hətta vaxtilə genişmiqyaslı fəaliyyət göstərən yaxta klubun da artıq söküldüyündən gileylənib: “Baxmayaraq ki, federasiyada çalışdığım vaxt əmək haqqı alırdım, amma heç bir iş görə bilmirdim. Heç kim mənə federasiyanı tərk etməli olduğumu deməyib. Sadəcə, işsiz otura bilmədiyimdən, vəzifəmdən istefa vermişəm”.

Vitse-prezidentlikdən istefa verən N.Axundov artıq özünə məşğuliyyət və fəaliyyəət növü də tapıb. Hazırda Şıx çimərliyində xilasedici kimi fəaliyyət göstərir və kifayət qədər gərgin iş rejimində çalışdığını bildirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin