Showing Archived Posts

Türkiyə – Fransa *CANLI* (Basketbol)

Posted September 7th, 2011 at 10:58 am (UTC-4)
Leave a comment

Avropa Basketbol Çempionatında növbəti mərhələyə adlayan Türkiyə millisi B qrupunun lideri Fransa ilə qarşılaşır. Matçı CANLI aşağıdakı linkdən izləyin. TÜRKİYƏ – Fransa CANLICANLI

Avstriya – Türkiyə *CANLI*

Posted September 6th, 2011 at 2:34 pm (UTC-4)
Leave a comment

Avro-2012 çərçivəsində bu gün Avstriya öz meydanında Türkiyə millisini qəbul edir. Türkiyə hazırda Almaniyadan sonra A qrupunda ikinci pillədədir. Türklər qələbə qazansa, qrupda ikinci yeri təmin etmək uğrunda vacib addım atmış olacaq. Qrupda heç bir komandanın 100 faizlik nəticə göstərmiş Almaniya millisini qabaqlamaq şansı yoxdur. Həmişə olduğuu kimi matçı CANLI yayımlayırıq!!! Avstriya – TÜRKİYƏ CANLI […]

AZƏRBAYCAN Qazaxıstana qalib gəlməklə tarix yazdı (VİDEO)

Posted September 6th, 2011 at 10:53 am (UTC-4)
Leave a comment

Azərbaycanın futbol üzrə yığma komandası keçən həftənin cümə günü Avropa Çempionatı 2012 çərçivəsində keçirilən oyunda Belçika millisindən bir xal qoparandan sonra bu gün diqqətlər yenidən Azərbaycan yığmasına yönəlmişdi. Millinin bugünki rəqibi reytinq baxımından Belçikadan daha zəif rəqib idi. Azərbaycanın yer aldığı qrupun autsayderi olan Qazaxıstan yeganə 3 xalını Astanada Azərbaycanla keçirdiyi matçda qazanmışdı. Bu oyun […]

12 dev adamdan möhtəşəm qalibiyyət (Basketbol)

Posted September 5th, 2011 at 11:07 am (UTC-4)
Leave a comment

Avropa Basketbol Çempionatında Böyük Britaniyanın Polşaya qalib gəlməsi ilə 2-ci mərhələni təmin edən Türkiyə yığması bəlkə də çempionatın ən maraqlı matçında İspaniya yığması ilə qarşılaşırdı. Bu oyuna qədər İspaniya keçirdiyi 5 oyundan 100 faizlik nəticə ilə qrup lideri idi. Türkiyənin 12 dev adamı dünən Polşadan gözlənilməz məğlubiyyət alaraq tərəfdarlarını üzmüşdü. Ancaq 12 dev adam bu […]

Azərbaycan – Belçika ***CANLI***

Posted September 2nd, 2011 at 11:51 am (UTC-4)
Leave a comment

Azərbaycanın futbol üzrə yığma komandası Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Belçika yığmasını qəbul edir. Matçı yüksək keyfiyyətlə aşağıdakı linkdən izləyə bilərsiniz. Hesabın nece olacağına dair fikirlərinizi isə şərhlər bölmasində yazın. AZƏRBAYCAN  – Belçika (Tofiq Bəhramov stadionu/Bakı) CANLI

İngiltərə – Azərbaycan *CANLI* (U-21 futbol)

Posted September 1st, 2011 at 2:43 pm (UTC-4)
Leave a comment

Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası Avropa Çempionatının təsnifat mərhələsində İngiltərə yığması ilə qarşılaşır. Matçın 4-cü dəqiqəsində ingilislər hesabı açıb. Sizə bu oyunu CANLI izləmək imkanı yaradırıq. Buyurun, Azərbaycan gənclərinin oyununu izləyin! Watch live video from poke059 on www.justin.tv

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin