Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası dünyanın ən güclü klublarının reytinqini açıqlayıb.
Dünyanın ən güclü 400 klubunu əks etdirən reytinqdə Azərbaycanın yalnız bir klubu yer alıb: Qarabağ futbol klubu. Klub 70.5 xalla digər üç komanda ilə 313-cü yeri bölüşür. Qarabağla bu yeri bölüşən digər klublar El Nacional Quito (Ekvador), Asociación Deportivo Cali (Kolumbiya) və Busan I’Parkdır (Koreya Respublikası). Xatırladım ki, bu reytinq 2010-cu ilin oktyabrın 1-dən 2011-ci il sentyabrın 30-dək olan müddəti əhatə edir. Bundan əvvəlki reytinqdə isə Qarabağ klubu 308-ci yerdə qərarlaşmışdı. Qarabağın siyahıda geriləməsinə baxmayaraq
Dünyanın 400 ən güclü klubunun siyahısına Türkiyədən 6 klub daxil olub: Beşiktaş (86-cı yer), Trabzonspor (125), Gaziantepspor (175), Bursaspor (191), Fenerbahçe (222) və İstanbul Büyükşehir Belediyespor (283).
Reytinqin zirvəsində isə yenə də son bir neçə ildə göstərdiyi futbolla göz oxşayan Barselona klubudur. Barselonanın əzəli rəqibi Real Madrid isə 2-ci pillədədir. Qırmızı şeytanlar (Mançester Yunayted) 3-cü yerlərini möhkəmləndirib.
1. Barcelona (İspaniya)
2. Real Madrid (İspaniya)
3. Mançester Yunayted (İngiltərə)
4. Porto (Portuqaliya)
5. Şalke 04 (Almaniya)
6. Vélez Sarsfield (Argentina)
7. Bavariya (Almaniya)
8. İnter Milan (İtaliya)
9. Mançester Siti (İngiltərə)
10. Universidad Católica Santiago (Çili)