Showing Archived Posts

Partizan – Neftçi ***CANLI***

Posted September 20th, 2012 at 2:51 pm (UTC-4)
Leave a comment

Bu gün “Neftçi” Azərbaycan futbol tarixində yeni bir səhifə açır. Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirməklə Avropa kuboklarının həlledici mərhələsində ilk dəfə oynayan Azərbaycan komandasıdır. “İnter” və “Rubin”lə eyni qrupda yarışan “Neftçi”nin ilk rəqibi “Partizan”dır. Belqraddakı Partizan stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 00.05-də başlayıb və qarşılaşmanı çex FİFA referisi Libor […]

Azərbaycan – Avstriya

Posted October 7th, 2011 at 11:59 am (UTC-4)
Leave a comment

Azərbaycan yığma komandası Avropa Çempionatı 2012-ci il təsnifat mərhələsi çərçivəsində Avstriya yığması ilə qarşılaşır. Son iki oyunda 4 xal toplayaraq azarkeşlərini sevindirən milli yığma komandaya ümidlər böyükdür. Bakıdakı Dalğa Arena keçirilən oyunu sizə canlı təqdim edirik. CANLI CANLI CANLI CANLI

Dünya reytinqinə düşən Azərbaycanın yeganə klubu (VİDEO)

Posted October 4th, 2011 at 11:06 am (UTC-4)
Leave a comment

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası dünyanın ən güclü klublarının reytinqini açıqlayıb. Dünyanın ən güclü 400 klubunu əks etdirən reytinqdə Azərbaycanın yalnız bir klubu yer alıb: Qarabağ futbol klubu. Klub 70.5 xalla digər üç komanda ilə 313-cü yeri bölüşür. Qarabağla bu yeri bölüşən digər klublar El Nacional Quito (Ekvador), Asociación Deportivo Cali (Kolumbiya) və Busan […]

AZƏRBAYCAN Qazaxıstana qalib gəlməklə tarix yazdı (VİDEO)

Posted September 6th, 2011 at 10:53 am (UTC-4)
Leave a comment

Azərbaycanın futbol üzrə yığma komandası keçən həftənin cümə günü Avropa Çempionatı 2012 çərçivəsində keçirilən oyunda Belçika millisindən bir xal qoparandan sonra bu gün diqqətlər yenidən Azərbaycan yığmasına yönəlmişdi. Millinin bugünki rəqibi reytinq baxımından Belçikadan daha zəif rəqib idi. Azərbaycanın yer aldığı qrupun autsayderi olan Qazaxıstan yeganə 3 xalını Astanada Azərbaycanla keçirdiyi matçda qazanmışdı. Bu oyun […]

Azərbaycan 0 – 1 Makedoniya (VİDEO)

Posted August 10th, 2011 at 9:48 am (UTC-4)
Leave a comment

Avqustun 10-da Bakı vaxtı ilə 20:00-da futbol üzrə Azərbaycan milli yığma komandası makedoniyalı həmkarları ilə yoldaşlıq matçı keçirib. Oyunda Azərbaycan yığması çoxsaylı qol vəziyyətləri yaratsa da, onlardan yararlana bilməyib və rəqibin azsaylı hücumlarından birinin məntiqi sonluqla bitməsindən sonra matç 0-1 hesabı ilə başa çatıb. Oyunun təhlükəli anlarını izləyə bilərsiniz:

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Medal Lövhəsi

Loading...

Medalların tam siyahısını olimpic.org veb səhifəsində izləyə bilərsiniz: olympic.org

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin