Posted June 30th, 2011 at 4:46 pm (UTC-4)
Bu gün EUFA-nın İsveçrənin Nyon şəhərindəki baş qərargahında Çempionlar Liqası və Avropa Liqasında I və II təsnifat mərhələlərində mübarizə aparacaq klubların püşkatma mərasimi keçirilib. Qeyd edək ki, bu il Azərbaycanı Avropada Neftçi (Çempionlar Liqası), Qarabağ, Xəzər Lənkəran və AZAL futbol komandaları təmsil edəcək. Püşk atmanın nəticələrinə görə, Azərbaycan çempionu Neftçi klubu Çempionlar Liqası təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın Dinamo (Zaqreb) komandası ilə qarşılaşacaq. Oyunlar iyul ayının 12-si və 19-da baş tutacaq.
Avropa Liqasına gəldikdə isə, burada Azərbaycan təmsilçilərindən ikisi mübarizəyə birinci mərhələdən, biri isə ikinci mərhələdən başlacaq. Ötən bir neçə ildə azərbaycanlı azarkeşlərə sevinc bəxş edən Ağdamın Qarabağ komandasının bu il I mərhələdəki rəqibi Litvanın FK Banga klubudur. FK Banga üzərində qələbə qazanacağı təqdirdə Ağdam klubunun növbəti rəqibi Farer adalarının Streymur komandası olacaq.
Püşk AZAL-a daha çətin rəqib seçib. Bakı klubu Minsk Dinamosu ilə qarşılacaq, qələbə qazanacağı təqdirdə isə, II mərhələ çərçivəsində Türkiyənin Qaziantərspor klubu Azərbaycana səfər etməli olacaq.
Avropa Liqasına II mərhələdən qatılacaq Xəzər Lənkəran klubu isə Təl Əvivin Makkabi komandası ilə qarşılaşacaq. I mərhələnin oyunları 30 iyun – 7 iyulda, II mərhələnin oyunları isə 14-21 iyulda keçiriləcək.
Çempionlar Liqası:
II mərhələ
12 iyul Dinamo Zaqreb – Neftçi (ilk oyun)
19 iyul Neftçi – Dinamo Zaqreb (cavab görüşü)
Avropa Liqası:
I mərhələ
30 iyun
FK Banga – Qarabağ (ilk oyun)
Dinamo Minsk – AZAL (ilk oyun)
7 iyul
Qarabağ – FK Banga (cavab görüşü)
AZAL – Dinamo Minsk (cavab görüşü)
II mərhələ
14 iyul (ilk oyunlar)
Xəzər Lənkəran – Makkabi Təl Əviv
Streymur – Qarabağ/Banga
AZAL/Minsk – Gaziantepspor
21 iyul (cavab görüşləri)
Makkabi Təl Əviv – Xəzər Lənkəran
Qarabağ/Banga – Streymur
Gaziantəpspor – AZAL/Minsk