Qızmar yay günləri istidən necə qorunmalı?

Posted August 10th, 2011 at 12:11 pm (UTC-5)
Leave a comment

Isti hava şəraiti bəzən xoş gəlsə də, hədsiz temperatur ciddi sağlamlıq problemlərinə yol aça bilər. Daşqınlar, qasırğalar və digər təbii fəlakətlərlə yanaşı, isti hava öldürücü ola bilər. Ekspertlər ən ziyanlı hava şəraiti kimi günorta ilə gecə tempereturunun yaxın olmasını göstərirlər. Həkimlər isti havalarda çoxlu su içməyi, günəş altına çıxmamağı, gen və açıq rəngli paltarlar geyməyi məsləhət görür. Qalın paltar, fiziki fəaliyyət və rütubətin kombinasiyası bədən temperaturunu təhlükəli səviyyəyə qaldıra bilər. Əzələlərdə ağrı ilk siqnal hesab edilir. Ağırçəkili və spirtli içki içənlər bu şəraitdə böyük təhlükə ilə üzləşə bilər. Isti hava qan təzyiqi yüksək olanlar, ürək-damar xəstələri, azyaşlı uşaqlar və yaşlılar üçün öldürücü ola bilər. Isti hava bədənin susuzlaşmasına da yol açır ki, bu da öz növbəsində işləmək qabiıliyyətini azaldır. Bədənin suyunun 5 faiz azalması işləmək qabiliyyətini 30 faiz endirir. Bədənin duzlarının itirilməsi əzələlərin funksiyasını zəiflədir. Alimlər deyir ki, bədənin hərarəti 42 dərəcədən yüksək olsa, bu halda orqan və toxumalar bişməyə başlayır. Təcili yardım göstərilməsə, ölüm halı qaçılmaz ola bilər.

Belə hallarda dərhal həmin şəxs günəş altından çəkilməli, ayaqları 30 sm qaldırılmalı, paltarı çıxarılmalı və bədənin soyudulması üçün buz və sudan istifadə edilməlidir. Boyun nahiyəsi və qoltuqlar altına buz qoyulmalıdır. Adi hallarda iki litr maye qəbul edilməlidirsə, isti havada qəbul edilən suyun həcmi daha artıq olmalıdır.

Bu qızmar yay günləri düşünürəm ki, bu, heç də pis məsləhət deyil.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories