Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 13-də keçirilən iclasında REAL Vətəndaş Hərəkatının lideri İlqar Məmmədovunprezidentliyə namizədliyini qeydə almayıb. REAL 41 247 seçici imzası təqdim etsə də, MSK imzalardan 4982-ni etibarsız hesab edib. Beləliklə tələb olunan 40 min seçici imzası bəs etmədiyindən MSK İlqar Məmmədovun namizədliyini qeydə almayıb. REAL Vətəndaş Hərəkatı isə seçkilərdə Milli Şuranın vahid […]
Altay Göyüşov: Oğurlanan səs vətəndaşın səsidir
Cəmil Həsənli: Hakimiyyət qarşısında güc görməlidir!
Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin qeydə alınmamasından sonra ehtiyat vahid namizəd tarix emləri doktoru Cəmil Həsənlinin namizədliyi irəli sürülüb. Mərkəzi Seçki Komissiyası artıq onun namizədlik müraciətini qəbul edərək Milli Şuraya imza vərəqələrini təqdim edib. Bu gün Modern.az-ın verdiyi məlumata görə isə, tələb olunan 40 min imzadan da çox – 45 […]
Aslan İsmayılov: Siyasətə meylim yoxdur
Azərbaycan Vəkillər Kollegiyası mayın 8-də vəkil Aslan İsmayılovun vəkillik fəaliyyətinin dərhal dayandırılması və vəkillikdən xaric edilməsi üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edib. Kollegiya həmçinin İsmayılovun “Aslan İsmayılov və partnyorları” Vəkil Bürosunun bağlanması barədə qərar verib. Qərarı müzakirə etmək üçün bu həftə Sərbəst Kürsüyə tanınmış vəkil Aslan İsmayılovu dəvət etmişik. Mayın 15-i Aslan İsmayılov […]
İlkin Rüstəmzadə: AzTv təbliğatına inanan bir cəmiyyətə sahibik
O, Azərbaycanda virtual həyatı reallığa gətirməyə nail olub. Əsasən Facebookda “event” yaratmaqla məşhurlaşıb. Amma onun “event” şəklində təşkil etdiyi etiraz aksiyalarına minlərlə insan toplaşıb. 12 yanvar və 10 mart “Əsgər ölümlərinə son!” və 26 yanvar “İsmayıllıya dəstək” aksiyalarının təşkilatçısı məhz o olub – İlkin Rüstəmzadə! Ən son aksiyadan öncə 6 gün müddətinə azadlıqdan məhrum edilsə […]
“Qazzetti”ni işlədən kimdir?
Bu veb səhifə cəmi iki həftə əvvəl yaranıb. Amma Azərbaycanda artıq çox sayda insan hər gün bu vebsayta baş çəkir. Söhbət Azərbaycanda baş verən gündəlik xəbərlərə satirik dad qatan “QAZZETTİ.COM”-dan gedir. Bu onlayn qəzetdə dərc edilən yumorlu yazıları gülmədən oxumaq mümkün deyil. Çoxları üçün bu portalı kimlərin təsis etdiyi və çalışdırdığı hələ də qaranlıq qalmaqdadır. […]
Erkin Qədirli: Sözdə birlikləri çox gördük. Yetər!
Fevralın 4-ü Nəsimi Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 233 və 315.2-ci maddələri ilə REAL Hərəkatının sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu haqqında həbs-qətimkan tədbiri seçib. Hər iki müxalifət lideri ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, o cümlədən hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və […]
Elşad Abdullayev: “400-dən çox ifşaedici videom var”
Son aylar gizli video görüntülər və açıqlamaları ilə Azərbaycanda gündəmdən düşməyən Elşad Abdullayev hər gün yeni ittihamlarla çıxış etməkdədir. Oxucularımızın çoxsaylı xahişlərini nəzərə alaraq Sərbəst Kürsüyə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevi dəvət etmişik. Hazırda Fransada yaşayan E.Abdullayev uzun sürən danışıqlardan sonra Sərbəst Kürsü canlı forumunda oxucularımız suallarını cavablandırmağa razılıq verib. Yanvarın […]
Həbib Müntəzir: Vahid namizəd mövzusu mənə artıq iqtidarın “Lazım gəlsin” söhbəti kimi qeyri-ciddi görünür
Sosial şəbəkə üzvləri Həbib Müntəziri onun statusları ilə tanıyır. Hökumətin tənqidçisi kimi tanınan Həbib Müntəzir haqda sosial şəbəkələrdə belə bir lətifə də dolaşır: Həbibin statuslarını hətta hökumət nümayəndələri də çox maraqla izləyir 🙂 Almaniyada yaşamasına baxmayaraq, çoxları Azərbaycan haqda məlumatları vaxtaşırı və satirik tonda almaq üçün onun Facebook statuslarını təqib edir. Ənənəvi tonda desək, Həbib […]
Bəxtiyar Hacıyev: Mən ölkədəki problemləri səsləndirmişəm və səsləndirəcəm!
İyun ayının 4-i Azərbaycan Ali Məhkəməsinin qərarı ilə gənc fəal Bəxtiyar Hacıyev şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb. Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də saxlanıb, mayın 18-də isə hərbi çağırışdanyayınma ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib. O həbsinin əsl səbəbinin aktiv ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirib. Hacıyev 2010-cu il parlament seçkiləri zamanı […]
Elnur Məcidli: “Bir il ərzində 100-dən çox kitab oxudum”
Mayın 15-də beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı AXCP fəalı Elnur Məcidli həbsdən azadlığa buraxılıb. Elnur Məcidli İctimai Palatanın 2011-ci il aprelin 2-də keçirdiyi etiraz aksiyasından sonra ictimai qaydanı pozma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Mayın 15-i həbsdən çıxmasına baxmayaraq, Elnur Məcidli may ayının 16-sı Amerikanın Səsinin Sərbəst Kürsüsündə oxucuların suallarını cavablandırıb. […]