Mayın 15-də beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı AXCP fəalı Elnur Məcidli həbsdən azadlığa buraxılıb. Elnur Məcidli İctimai Palatanın 2011-ci il aprelin 2-də keçirdiyi etiraz aksiyasından sonra ictimai qaydanı pozma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Mayın 15-i həbsdən çıxmasına baxmayaraq, Elnur Məcidli may ayının 16-sı Amerikanın Səsinin Sərbəst Kürsüsündə oxucuların suallarını cavablandırıb. […]
Elnur Məcidli: “Bir il ərzində 100-dən çox kitab oxudum”
Əli Kərimli: “Mübarizə aparan insanlara qarşı repressiya xeyli adamı çəkindirir”
Mayın 7-i İctimai Palatanın tərəfdarları toplaşma azadlığının pozulmasına etiraz olaraq Bakı meriyasının qarşısında piket keçirib. Bundan əvvəl isə aprelin 8-də və 22-də İP 20-ci Sahədə icazəli aksiya keçirib. Sərbəst Kürsünün bu həftəki qonağı İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir. CANLI FORUM çərşənbə günü, may ayının 9-da Bakı vaxtı ilə […]
Əbülfəz Qurbanlı: “Polisdə xüsusi adamlar məqsədli şəkildə “dəcəl və ərköyün” adamlar kimi bəslənir”
Quba hadisələri ölkədə yerli hakimiyyət nümayəndələri və icra başçılarından narazılığın nə ilə nəticələnə biləcəyinə bir nümunə oldu. İcra başçısının təhqiramiz çıxışı Quba xalqının qəzəbinə səbəb oldu, nümayişlərə, toqquşmalara, həbslərə gətirib çıxardı. Hadisələrin ardınca isə mart ayının 6-da AXCP Gənclər Təşkilatının üzvləri Bakıda siyasi məhbuslara azadlıq tələbi ilə etiraz aksiyası keçirib. Aksiya polis tərəfindən amansızcasına dağıdılıb. […]
Qüdrət Həsənquliyev: “Iran Azərbaycanda İrandakı kimi teokratik rejim qurmaq istəyir”
Bu yaxınlarda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası adlandırılması ilə bağlı təklifini yenidən gündəmə gətirdikdən sonra bəzi millət vəkilləri də bu təklifə dəstəyini ifadə edib. Onlar arasında Ana Vətən Partiyası sədrinin müavini Zahid Oruc və Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da var […]
Hikmət Hacızadə: Azərbaycan avtokratları üçün demokratiya onların ömürlük vəzifədə qalması, gəlir mənbəyi, özbaşınalığı üçün alətdir
2011-ci ildə Azərbaycanda demokratiyanın vəziyyəti sabit-ağır olaraq qaldı desək yanılmarıq. Artıq 2011-ci ili başa vurduq. Qarşıda isə uzun bir 2012-ci il gəlir. Bu il Azərbaycanda əsasən Eurovision ili kimi səciyyələndirilir. Bəs görəsən 2012-ci ildə Azərbaycanda demokratiyanın vəziyyətində bir dəyişiklik olacaqmı? 2012-ci ildə SƏRBƏST KÜRSÜ canlı forumunun ilk buraxılışı məhz bu məsələyə həsr etmişik: Azərbaycanda demokratiyanın […]
Təbriz və Urmiyədəki aksiyalar zamanı tutulanlar barədə dəqiq məlumat yoxdur
İnsafəli Hidayət Təbrizdən aldığımız xəbərlərə görə bu gün minlərlə insan Urmiə və Təbrizdə küçələrə axışaraq Urmiyə gölünün qurumasının qarşısını almaq üçün parlamentə verilən qanun layihəsinin rəddedilməsinə etirazlarını bildirib Urmu gölünün xilas edilməsinə çağırıblar. Təbrizdə əlaqə saxladığımız nümayiş iştirakçıları küçələrdə adamdan dəfələrlə çox təhlükəsizlik qüvvəsi olduğunu deyiblər. Onlar rəsmi paltardakı polis dəsdələrindən dəfələrlə çox mülki paltarda […]
Ceymstaun Fondunun rəhbəri: “ABŞ-ın Cənubi Qafqaza yönəlik konkret siyasəti yoxdur” (VİDEO)
Dağlıq Qarabağ son günlər əsas müzakirə mövzusu olaraq qalır. Mövzunun müzakirəsi intensivləşsə də, nizamlanmanın intensivləşməsinə dair hər hansı bir işarə görünmür, ən azı ictimaiyyət üçün. Kazan görüşü, Sergey Lavrovun Yerevan, Bakı və ardınca da Vaşinqtona səfərləri, indi də Azərbaycan xarici işlər nazirinin Moskvaya səfəri – tərəflərin münaqişənin nizamlanması istiqamətdə son aylar göstərdiyi səylərdir. Bunlar nədən […]