Son aylar gizli video görüntülər və açıqlamaları ilə Azərbaycanda gündəmdən düşməyən Elşad Abdullayev hər gün yeni ittihamlarla çıxış etməkdədir. Oxucularımızın çoxsaylı xahişlərini nəzərə alaraq Sərbəst Kürsüyə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevi dəvət etmişik. Hazırda Fransada yaşayan E.Abdullayev uzun sürən danışıqlardan sonra Sərbəst Kürsü canlı forumunda oxucularımız suallarını cavablandırmağa razılıq verib. Yanvarın […]
Elşad Abdullayev: “400-dən çox ifşaedici videom var”
Eynulla Fətullayev: “İlham Əliyev çox ağıllı, dərin təhlilə malik olan güclü siyasətçidir”
Son həftə ərzində sosial şəbəkələrdə sabiq vicdan məhbusu Eynulla Fətullayev və onun bəzi fikirləri sərt tənqidlə üzləşib. Tənqidlərə səbəb hazırki hüquq müdafiəçisinin həmrakı Emin Hüseynov, sabiq həmkarı Şahvələd Çobanoğlu və Xədicə İsmayılova, daha sonra kino-rejissor Rüstəm İbrahimbəyov haqqında fikirləridir. Başlıca mübahisə isə Facebook-da iqtisadi ekspert Zöhrab İsmayılın bu məlumatı öz tənqidi şərhi ilə bölüşməsindən və […]
Həbib Müntəzir: Vahid namizəd mövzusu mənə artıq iqtidarın “Lazım gəlsin” söhbəti kimi qeyri-ciddi görünür
Sosial şəbəkə üzvləri Həbib Müntəziri onun statusları ilə tanıyır. Hökumətin tənqidçisi kimi tanınan Həbib Müntəzir haqda sosial şəbəkələrdə belə bir lətifə də dolaşır: Həbibin statuslarını hətta hökumət nümayəndələri də çox maraqla izləyir 🙂 Almaniyada yaşamasına baxmayaraq, çoxları Azərbaycan haqda məlumatları vaxtaşırı və satirik tonda almaq üçün onun Facebook statuslarını təqib edir. Ənənəvi tonda desək, Həbib […]
Ərəstun Oruclu: Qərbdə qoşun yeritmə praktikası son vasitə kimi qəbul edilir
Bir il yarım əvvəl Suriyada Prezident Bəşar Əl-Əsəd hökumətinə qarşı başlanan kütləvi nümayişlər artıq kuliminasiya nöqtəsinə çatmaqdadır. BMT ölkənin bəzi yerlərində vətəndaş müharibəsinin getdiyini etiraf edib. İyulun 18-də isə Suriya dövlət televiziyası intiharçı hücumçunun Dəməşqdə Dövlət Təhlükəsizlik binasını partladaraq Suriyanın müdafiə naziri Davud Racanı və bir neçə başqa rəsmini ağır yaraladığını bildirib. Dövlət televiziyası hücum […]
Bəxtiyar Hacıyev: Mən ölkədəki problemləri səsləndirmişəm və səsləndirəcəm!
İyun ayının 4-i Azərbaycan Ali Məhkəməsinin qərarı ilə gənc fəal Bəxtiyar Hacıyev şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb. Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də saxlanıb, mayın 18-də isə hərbi çağırışdanyayınma ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib. O həbsinin əsl səbəbinin aktiv ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirib. Hacıyev 2010-cu il parlament seçkiləri zamanı […]
Elnur Məcidli: “Bir il ərzində 100-dən çox kitab oxudum”
Mayın 15-də beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı AXCP fəalı Elnur Məcidli həbsdən azadlığa buraxılıb. Elnur Məcidli İctimai Palatanın 2011-ci il aprelin 2-də keçirdiyi etiraz aksiyasından sonra ictimai qaydanı pozma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Mayın 15-i həbsdən çıxmasına baxmayaraq, Elnur Məcidli may ayının 16-sı Amerikanın Səsinin Sərbəst Kürsüsündə oxucuların suallarını cavablandırıb. […]
Əli Kərimli: “Mübarizə aparan insanlara qarşı repressiya xeyli adamı çəkindirir”
Mayın 7-i İctimai Palatanın tərəfdarları toplaşma azadlığının pozulmasına etiraz olaraq Bakı meriyasının qarşısında piket keçirib. Bundan əvvəl isə aprelin 8-də və 22-də İP 20-ci Sahədə icazəli aksiya keçirib. Sərbəst Kürsünün bu həftəki qonağı İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir. CANLI FORUM çərşənbə günü, may ayının 9-da Bakı vaxtı ilə […]
Samir Əsədli: “Mitinqi gözdən salmağa çalışanlar bizi yox, özlərini gözdən salırlar”
Martın 17-də Bakıda Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin təşkilatçılığı ilə sanksiyalaşdırılmış mitinqi keçirilib. Mindən çox insanın qatıldığı mitinqdə “Qarabağ”, “Siyasi məhbuslara azadlıq”, “Təhsildə rüşvətə yox” şüarıları səsləndirilib. Aksiyanın rəsmi hissəsindən sonra keçirilən konsertdə rokçu Camal Əlinin ifası münaqişə və davaya səbəb olub. Baş vermiş hadisəni müzakirə etmək üçün Sərbəst Kürsüyə mitinqin təşkilatçılarından Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin […]