Dilşad Əliyarlı

 

ABŞ Konqresinin demokrat qadın qanunvericiləri

ABŞ Konqresinin demokrat qadın qanunvericiləri

 

ABŞ Konqresinin Nümayəndələr Palatasında azlıqda olan demokratların lideri Nensi Pelozi Demokrat partiyasından qadın qanunvericilərlə Kapitoli binasının önündə şəkil çəkdirib. Kaliforniya ştatını təmsil edən Nensi Pelozi 2007-ci ildən 2011-ci ilə qədər ABŞ Konqresinin Nümayəndələr Palatasının ilk qadın spikeri olub. ABŞ-ın 114-cü Konqresi Amerika tarixində Nümayəndələr Palatasında ən çox qadının təmsil olunduğu qanunvericilik orqanıdır. Palatada 84 qadın qanunverici təmsil olunub, onların 65-i demokratdır.

ABŞ Konqresinin Nümayəndələr Palatasında demokrat azlığın lideri Nensi Pelozi

ABŞ Konqresinin Nümayəndələr Palatasında demokrat azlığın lideri Nensi Pelozi

Bu həftə işə başlayan Konqresin Nümayəndələr Palatası və Senatda rekord sayda – 104 qadın qanunverici təmsil olunub. Lakin buna baxmayaraq, noyabr ayında ara seçkilərdən sonra hər iki palataya respublikaçıların nəzarət etdiyi ABŞ Konqresində qanunvericilərin böyük hissəsini ağ irqə mənsub kişilər təşkil edir.

ABŞ Konqresinin Nümayəndələr Palatasında 435, Senatda isə 100 yer var.

 

Konqresin Nümayəndələr Palatasında seçilmiş ən gənc qanunverici Elis Stefanik

Konqresin Nümayəndələr Palatasında seçilmiş ən gənc qanunverici Elis Stefanik

Nümayəndələr Palatasında qadınların sayı əvvəlki Konqreslə müqayisədə 80-dən 84-ə çatıb. Senatda qadınların sayı əvvəlki kimi 20 olaraq qalır. Qadınların Konqresdə sayı indi 100-dən yuxarı olsa da, bu, yalnız ABŞ-ın qanunvericirilik orqanında parlamentarilərin 20 fazini təşkil edir.

ABŞ Konqresinə seçilmiş ilk qaradərili respublikaçı qanunverici Mia Lov

ABŞ Konqresinə seçilmiş ilk qaradərili respublikaçı qanunverici Mia Lov

Yeni Konqresdə Nümayəndələr Palatasında seçilmiş ən gənc qanunvericinin 30 yaşı var. Nyu York ştatını təmsil edən respbublikaçı qanunverici Elis Stafanik Amerika tarixində Nümayəndələr Palatasında seçilən ən gənc qanunvericidir. Yuta ştatının Salt Leyk Siti dairəsindən Nümayəndələr Palatasına seçilən Mia Lovun da adı Konqresdə yer qazanan ilk qara dərili respublikaçı qanunverici kimi tarixə düşüb.