Pensilvaniya ştatının Filadelfiya şəhərində Demokrat partıyasının qurultayında Birləşmiş Ştatların keçmiş Dövlət katibi, senatoru və birinci xanımı olmuş Hillari Klinton ABŞ prezidentliyinə ilk qadın namizəd kimi nominasiya alaraq tarixə düşdü.
Amerika tarixində ABŞ presidentliyinə ilk qadın namizəd kimi Hillari Klinton Demokrat partiyasından nominasiyanı Amerika nikbinliyinə əminliklə qəbul edib.
“Bu gün biz daha mükəmməl ittifaqa doğru gedən ölkədə mühüm bir mərhələyə qədəm qoymuşuq. İlk dəfə olaraq qadın prezidentliyə nominasiya olunub. Burada anamın qızı və qızımın anası kimi dayanaraq, bu günün gəlişinə görə çox xoşbəxtəm.”
Bu, Amerika Birləşmiş Ştatlarının 200 ildən artıq tarixində ilk dəfədir ki seçkilərdə aparıcı partiyanın namizədi qadın olur. Bu həm ölkənin, həm də Demokrat partiyasının tarixində əlamətdar bir hadisədir.
100 il bundan əvvəl Amerikada qadınların səsvermə hüququnun olmadığı halda bu gün Filadelfiyada Birləşmiş Ştatlar prezidentliyinə ilk dəfə olaraq qadın namizədin nominasiya alması ölkə tarixində olduqca əlamətdar bir gün kimi dəyərləndirilir.