Şirin Ebadi – qadın hüquqları uğrunda mübarizənin beynəlxalq simvolu

Dilşad Əliyarlı “Qadınlar patriarxal mədəniyyətin qurbanlarıdır, lakin onlar eyni zamanda bu mədəniyyətin daşıyıcılarıdır. Unutmayaq ki, hər bir tiran anasının yanında böyüyüb.”-Şirin Ebadi, Nobel sülh mükafatı laureatı Tanınmış iranlı hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Şirin Ebadinin iyunun 21-də 68 yaşı tamam olur. Onunla bir neçə il bundan əvvəl Vaşinqtonda “Qızıl Qəfəs:Üç qardaş, üç seçim, bir tale” adlı yeni […]

Əfqanıstanın birinci xanımı Rula Qani Time jurnalının 100 ən nüfuzlu adamı siyahısında

Dilşad Əliyarlı   “Time” jurnalının dünyanın ən nüfuzlu 100 adamı arasında bu il Əfqanıstanın birinci xanımı Rula Qani də göstərilib. Tanınmış yazıçı, “Çərpələng uçuran” kitabının müəllifi Xalid Hüseyni onun haqda təqdimatda yazıb ki, birinci xanım Rula Qaninin görünüşü Əfqanıstanda  böyük təəccüb yaratmaya da bilər çünki 1920-ci illərdə kraliça Sürəyya da üzünü örtmürdü. Lakin onun yazdığına […]

Gülşiftə Fərahanidən İran ayətullahlarına növbəti itaətsizlik mesajı

Dilşad Əliyarlı Sürgündə yaşayan iranlı aktrisa Gülşiftə Fərahaninin Fransanın Eqoist (Egoiste) jurnalının üz qabığında çılpaq şəkli Tehran ayətullahlarına yeni itaətsizlik mesajı kimi qəbul edilir. Tehran rəsmiləri aktrisanın növbəti addımına reaksiya verməyiblər. Gülşiftə Fərahinin ağ-qara şəklinin müəllifi tanınmış fotoqraf Paolo Roversidir. Aktrisa “Eqoist” jurnalına verdiyi müsahibədə Fransada azad olduğunu deyib: “Paris qadının azad ola bildiyi yeganə […]

Aunq San Su Çi – demokratiya uğrunda mübarizənin beynəlxalq simvolu

Dilşad Əliyarlı     Birma parlamenti konstitusiyaya veteran demokratiya müdafiəçisi Aunq San Su Çinin prezident seçilməsinə yol aça biləcək dəyişikliklərin edilməsinə imkan verməyib. Tanınmış demokratiya uğrunda mübariz, Nobel Sülh mükafatı laureatı Aunq San Su Çi 2015-ci ilin noyabrında keçiriləcək prezident seçkilərində iştirak etmək istədiyini ictimaiyyətə bəyan edib. Lakin Birmada hərbi xunta hökuməti dövrünün konstitusiyasına əsasən, […]

Qlobal gender bərabərliyi uzun illərdən sonra mümkün ola bilər

Dilşad Əliyarlı Dünya İqtisadi Forumunun açıqladığı yeni illik hesabatda son 10 ildə dünyanın bir sıra ölkələrində qadınlar və kişilər arasında bərabərliyin təmin olunmasında müsbət inkişafların olduğu qeyd edilib. Lakin bununla belə, gender bərabərliyi indeksinə dair hesabatda göstərilir ki, qlobal səviyyədə qadınlar və kişilər arsında bərabərliyin təmin olunması üçün uzun illər lazım ola bilər. 2006-cı ildən […]

İŞİD-in qadınlara qarşı müharibəsi

Dilşad Əliyarlı     Birləşmiş Ştatlar və müttəfiq ölkələr Suriyada və İraqda İslam Dövləti qrupu ilə mübarizə strategiyasını hazırladığı vaxt ekspertlər və insan haqları müdafiəçiləri ekstremist qrupun qadınlara qarşı xüsusilə qəddarlıqlar törətdiyi zorakılıqlara diqqət çəkir. Vaşinqtonda Vudri Vilson mərkəzində Yaxın Şərq şöbəsinin müdiri, tanınmış ekspert Hale İsfəndiyari Wall Street Journal qəzetində bu günlər yazdığı məqalədə […]

Səudiyyəli qadın aparıcının hicabsız efirə çıxması ətrafında qalmaqal

   Dilshad Əliyarlı Səudiyyə Ərəbistanı televiziyasında qadın aparıcının xəbər proqramında efirə baş örtüyü olmadan çıxması ölkədə qalmaqala səbəb olub. Adının açıqlanmadığı qadın jurnalist dövlətə məxsus Əl-Əxbəriyyə tele kanalının xəbər proqramının aparıcısıdır. Xəbər proqramının videosu YouTube səhifəsində yerləşdirilib. Səudiyyə televiziyasının rəsmisi məsələyə dərhal aydınlıq gətirərək, xəbər proqramının Londondan yayımlandığını deyib. Gulf News xəbər saytına əsasən, Səudiyyə […]

Əfqanıstan qadınları – müasir tarix fotolarda

Dilşad Əliyarlı Tvitterdə paylaşılan bu foto-şəkildə 1972-ci ildə Kabil küçələrində gənc əfqan qadınlar göstərilir. 1970-ci illərə qədər neytral ölkə olan Əfqanıstan Amerika Birləşmiş Ştatları və Sovet İttifaqı tərəfindən maliyyə yardımı alırdı. Ölkədə qadın hüquqları sahəsində islahatlar həyata keçirilmişdi. 1979-cu ildə Sovet İttifaqının müdaxiləsi, on il sürən vətəndaş müharibəsi, esktremist Taliban qüvvələrinin hakimiyyətə gəlməsi qadınların ictimai […]

Türkiyə seçkiləri: siyasət və qadın hüquqları

 Dilşad Əliyarlı Türkiyədə seçkiqabağı kampaniyada Qəzza əsas mövzuya çevrilsə də, qadın hüquqları və qadınlara qarşı zorakılıq kimi problemlər keçən il Gezi etirazlarından sonra ölkədə getdikcə dərinləşməkdə olan siyasi və mədəni qütbləşmənin mərkəzində qalmağa davam edir. Baş nazir Rəcəp Tayyib Ərdoğan keçən həftə sonu Qara dəniz sahilindəki Ordu şəhərində seçicilərlə görüşdə İsrailə qarşı kəskin tənqidlə çıxış […]

Malala Yusifzai: Bir kitab və bir qələmlə dünyanı dəyişdirmək istəyən qız

Dilşad Əliyarlı “Bir kitab, bir qələm, bir uşaq və bir müəllim dünyanı dəyişdirə bilər. Gəlin öz hüquqlarımızı müdafiə edək, mübarizə edək.”-Malala Yusifzai Qızların təhsil hüquqlarını müdafiə edən əslən pakistanlı fəal Malala Yusifzai məktəbdən qaçırılmış nigeriyalı qızlara dəstək məqsədilə ad günündə Nigeriyaya səfər edib. Malala Yusifzainin ad günü BMT tərəfindən beynəlxalq Malala günü elan edilib. Hər […]