Sevil Süleymani: İran Azərbaycanında qadınlara qarşı zorakılıqlar artıb
Dilşad Əliyarlı BMT və digər beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları qlobal pandemiya dövründə məişət zəminində zorakılıq hallarının armasının müşahidə edildiyini bildirir. Ekspertlər pandemiyanın qadınlara qeyri-proporsional təsirləri ilə bağlı xəbərdarlıq edərək narahatlıqlarını ifadə edirlər. Qadın və gender məsələləri üzrə tədqiqatçı, Kaliforniya ştatında San Diyeqo universitetində qadın hüquqları üzrə magistr dərəcəsi almış Sevil Süleymani İran Azərbaycanında […]
Simin Səbri: İran rejimi qadınları birbaşa hədəf alır
Dilşad Əliyarlı Qadın hüquqları fəalları son aylar İranda baş örtüyünə etiraz aksiyalarının qadın hüquqları sahəsində inkişafa doğru addım hesab etdiyini bildirir. Qadınlar bu dinc aksiyalar yolu ilə ölkədə qadın fundamental hüquqlarının tapdanması, özəl həyatlarının bütün sahələrinə müdaxilə etirazlarını ifafə edir. Güneyli qadın hüquqları müdafiəçisi Simin Səbri Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə İran […]
İran qadınlarının baş örtüyünə etirazları
Sosial şəbəkələrdə İranda keçən ilin sonu və bu ilin əvvəli keçirilmiş etiraz aksiyalarının simvolu olaraq baş örtüyünü çıxarmış qadının görüntülərinə bu günlər tez-tez rast gəlmək mümkündür. Müşahidəçilər son etiraz aksiyalarında qadınların fəallığını qeyd edir. ABŞ-da yaşayan güneyli qadın hüquqları müdafiəçisi Sevil Süleymani İranda qadınların etiraz aksiyalarında iştirakı və azərbaycanlı qadınların problemlərindən danışıb. Kaliforniyanın San Diyeqo […]
Hillari Klinton: Nominasiya qadınlar üçün tarixi bir mərhələdir
Dilşad Əliyarlı ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Amerika tarixində Ağ Ev uğrunda mübarizədə partiyanı təmsil edəcək ilk qadın kimi tarixə öz adını yazmış olduğunu deyib. Klinton Amerika tarixində əsas siyasi partiyadan prezidentliyə nominasiya olunacaq ilk qadındır. “Ölkəmizin tarixində ilk dəfə olaraq qadın Birləşmiş Ştatların prezidentliyinə əsas partiyadan nominasiya olunacaq”-deyə Klinton Bruklində onun qələbəsini təntənə […]
Beynəlxalq Qadınlar Günündə qadınların töhfələri tərənnüm edilir, problemlərə diqqət yetirilir
Dilşad Əliyarlı Dünya ölkələrində 8 mart Beynəlxalq Qadınlar Günü qeyd edildiyi zaman açıqlanmış hesabatlar qadınların siyasi, iqtisadi və sosial həyatına dəyişikliklər gətirilməsi səyləri qarşısında hələ də maneələrin olduğunu göstərir. Beynəlxalq qadın hərəkatının 100 ildən artıq tarixinə baxmayaraq, dünyanın bir sıra ölkələrində qadınlara qarşı gender zəminində ayrı-seçkilik davam edir. BMT-nin Qadın agenliyi (Gender Bərabəriyi və Qadınlara Bərabər […]
Şirin Ebadi – qadın hüquqları uğrunda mübarizənin beynəlxalq simvolu
Dilşad Əliyarlı “Qadınlar patriarxal mədəniyyətin qurbanlarıdır, lakin onlar eyni zamanda bu mədəniyyətin daşıyıcılarıdır. Unutmayaq ki, hər bir tiran anasının yanında böyüyüb.”-Şirin Ebadi, Nobel sülh mükafatı laureatı Tanınmış iranlı hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Şirin Ebadinin iyunun 21-də 68 yaşı tamam olur. Onunla bir neçə il bundan əvvəl Vaşinqtonda “Qızıl Qəfəs:Üç qardaş, üç seçim, bir tale” adlı yeni […]
Əfqanıstanın birinci xanımı Rula Qani Time jurnalının 100 ən nüfuzlu adamı siyahısında
Dilşad Əliyarlı “Time” jurnalının dünyanın ən nüfuzlu 100 adamı arasında bu il Əfqanıstanın birinci xanımı Rula Qani də göstərilib. Tanınmış yazıçı, “Çərpələng uçuran” kitabının müəllifi Xalid Hüseyni onun haqda təqdimatda yazıb ki, birinci xanım Rula Qaninin görünüşü Əfqanıstanda böyük təəccüb yaratmaya da bilər çünki 1920-ci illərdə kraliça Sürəyya da üzünü örtmürdü. Lakin onun yazdığına […]
Gülşiftə Fərahanidən İran ayətullahlarına növbəti itaətsizlik mesajı
Dilşad Əliyarlı Sürgündə yaşayan iranlı aktrisa Gülşiftə Fərahaninin Fransanın Eqoist (Egoiste) jurnalının üz qabığında çılpaq şəkli Tehran ayətullahlarına yeni itaətsizlik mesajı kimi qəbul edilir. Tehran rəsmiləri aktrisanın növbəti addımına reaksiya verməyiblər. Gülşiftə Fərahinin ağ-qara şəklinin müəllifi tanınmış fotoqraf Paolo Roversidir. Aktrisa “Eqoist” jurnalına verdiyi müsahibədə Fransada azad olduğunu deyib: “Paris qadının azad ola bildiyi yeganə […]
İŞİD-in qadınlara qarşı müharibəsi
Dilşad Əliyarlı Birləşmiş Ştatlar və müttəfiq ölkələr Suriyada və İraqda İslam Dövləti qrupu ilə mübarizə strategiyasını hazırladığı vaxt ekspertlər və insan haqları müdafiəçiləri ekstremist qrupun qadınlara qarşı xüsusilə qəddarlıqlar törətdiyi zorakılıqlara diqqət çəkir. Vaşinqtonda Vudri Vilson mərkəzində Yaxın Şərq şöbəsinin müdiri, tanınmış ekspert Hale İsfəndiyari Wall Street Journal qəzetində bu günlər yazdığı məqalədə […]
Səudiyyəli qadın aparıcının hicabsız efirə çıxması ətrafında qalmaqal
Dilshad Əliyarlı Səudiyyə Ərəbistanı televiziyasında qadın aparıcının xəbər proqramında efirə baş örtüyü olmadan çıxması ölkədə qalmaqala səbəb olub. Adının açıqlanmadığı qadın jurnalist dövlətə məxsus Əl-Əxbəriyyə tele kanalının xəbər proqramının aparıcısıdır. Xəbər proqramının videosu YouTube səhifəsində yerləşdirilib. Səudiyyə televiziyasının rəsmisi məsələyə dərhal aydınlıq gətirərək, xəbər proqramının Londondan yayımlandığını deyib. Gulf News xəbər saytına əsasən, Səudiyyə […]