Səudiyyə Ərəbistanı qadınlarının həyatında tarixi dəyişiklik-kralın fərmanı ilə qadınların avtomobil sürməsinə icazə verildi
Dilşad Əliyarlı Səudiyyə Ərəbistanı qadınları nəhayət onların avtomobil sürməsinə icazə verilməsini böyük sevinc hissi ilə qarşılayaraq, bunu gələcək dəyişikliklərin müjdəçisi kimi qəbul edib. Dövlət mətbuatının verdyi məlumata görə, Səudiyyə Ərəbistanı kralı Salmanın fərmanı ilə qadınların kişilərlə bərabər avtomobil sürməsinə bundan sonra icazə veriləcək. Fərmanın 2018-ci ilin iyun ayında qüvvəyə minəcəyi bildirilir. Qadın hüquq müdafiəçiləri və […]
2015-ci ildə qadınların həyatında yadda qalan hadisələr
Dilşad Əliyarlı Angela Merkel Almaniya kansleri Angel Merkel “Time” jurnalının ilin adamı seçildi. Almaniyanın təkcə ilk qadın deyil, həm də kommunist Şərqdə anadan olub boya-başa çatmış ilk lideri kimi olan xamım Merkel kansler kimi hakimiyyətdə 10-cu ilini qeyd etdi. Merkel Forbes jurnalının hər il açıqladığı dünyanın ən nüfuzlu 100 qadını siyahısında da ən […]
İŞİD-in qadınlara qarşı müharibəsi
Dilşad Əliyarlı Birləşmiş Ştatlar və müttəfiq ölkələr Suriyada və İraqda İslam Dövləti qrupu ilə mübarizə strategiyasını hazırladığı vaxt ekspertlər və insan haqları müdafiəçiləri ekstremist qrupun qadınlara qarşı xüsusilə qəddarlıqlar törətdiyi zorakılıqlara diqqət çəkir. Vaşinqtonda Vudri Vilson mərkəzində Yaxın Şərq şöbəsinin müdiri, tanınmış ekspert Hale İsfəndiyari Wall Street Journal qəzetində bu günlər yazdığı məqalədə […]
Məryəm Mirzəxani- riyaziyyat üzrə ən yüksək mükafatı almış ilk qadın
Dilşad Əliyarlı ABŞ universitetinin iranlı professoru Məryəm Mirzəxani riyaziyyat sahəsində ən prestijli Filds mükafatını alan ilk qadın kimi tarixə düşüb. Mükafat Məryəm Mirzəxaniyə Seulda Cənubi Koreyanın ilk qadın prezidenti Park Qın He tərəfindən təqdim edilib. 37 yaşlı riyaziyyatçı-alim Harvard universitetini bitirib və hazırda Kaliforniya ştatında Stanford universitetinin professorudur. Məryəm Mirzəxaninin riyaziyyat sahəsində uğurları hələ çox […]
Əfqanıstan qadınları – müasir tarix fotolarda
Dilşad Əliyarlı Tvitterdə paylaşılan bu foto-şəkildə 1972-ci ildə Kabil küçələrində gənc əfqan qadınlar göstərilir. 1970-ci illərə qədər neytral ölkə olan Əfqanıstan Amerika Birləşmiş Ştatları və Sovet İttifaqı tərəfindən maliyyə yardımı alırdı. Ölkədə qadın hüquqları sahəsində islahatlar həyata keçirilmişdi. 1979-cu ildə Sovet İttifaqının müdaxiləsi, on il sürən vətəndaş müharibəsi, esktremist Taliban qüvvələrinin hakimiyyətə gəlməsi qadınların ictimai […]
Türkiyə seçkiləri: siyasət və qadın hüquqları
Dilşad Əliyarlı Türkiyədə seçkiqabağı kampaniyada Qəzza əsas mövzuya çevrilsə də, qadın hüquqları və qadınlara qarşı zorakılıq kimi problemlər keçən il Gezi etirazlarından sonra ölkədə getdikcə dərinləşməkdə olan siyasi və mədəni qütbləşmənin mərkəzində qalmağa davam edir. Baş nazir Rəcəp Tayyib Ərdoğan keçən həftə sonu Qara dəniz sahilindəki Ordu şəhərində seçicilərlə görüşdə İsrailə qarşı kəskin tənqidlə çıxış […]
Qadın, ailə və karyera
Dilşad Əliyarlı “Məndən xüsusilə də qadınlar tez-tez soruşur ki, ailə həyatını elmi karyera ilə necə uzlaşdıra bilirəm. Deməliyəm ki asan deyil.”-Mariya Küri, ilk qadın Nobel mükafatı laureatı. Müasir qadın özünü büsbütün ailəyə, yoxsa karyeraya həsr etmək kimi dilemmanı həll etmək üçün öz həyatında balans yaratmağa çalışır. Bu mürəkkəb dilemma qarşısında qadınlar karyeranı üstün tutarkən ailəyə […]
Qadının müvəffəqiyyət düsturu
Dilşad Əliyarlı Müasir dövrdə qadının imkanları artdıqca onun narahatlıqları və qayğıları da çoxalır. Əvvəllər sadəcə ənənəvi ana və həyat yoldaşı kimi əsas funksiyaları yerinə yetirən qadın kişilərlə bərabər siyasi kampaniyalarda və mürəkkəb cərrahiyyə əməliyyatlarında iştirak edir, böyük şirkətlərin başında durur, milyardlarla kapitala sahib olur. Qadınlar bu gün təkcə öz ölkələrində deyil, beynəlxalq səviyyədə nüfuz qazana […]