Moda dünyası koronavirusa qarşı mübarizəyə necə kömək edir

Dilşad Əliyarlı   Bu günlər Nyu York dizayneri Kristiano Siriano sosial media şəbəkəsində 100 min maska hazırladığını elan edərək, dəstək göstərənlərə və donorlara təşəkkürünü bildirib. Nyu Yorkda fəaliyyət göstərən dizayner Mayl Kors və keçmiş model Haydi Klumun da bir vaxtlar münsiflər heyətinin tərkibində olduğu “Project Runway” şousunun qalibi olmuş Kristiano Siriano epidemiyanın yayıldığı vaxtdan şəhər […]

Ağ qızılgül və qara donlar-Grammy mükafatlarının təqdimatı mərasimində qadın bərabərliyinə dəstək mesajları

Dilşad Əliyarlı   Musiqi və əyləncə dünyasının ulduzları Nyu Yorkda ötən gecə Grammy mükafatlarının 60-cı təqdimatı mərasimində qadınların bərabərliyinə dəstək mesajlarını qara və ağ rənglərdə geyimləri ilə verib.   Ağ qızılgül və qara donlar Hollivudda başlayan TimesUp kampaniyası ilə həmrəyliyin nümayişidir.   Mayli Sayrus (Miley Cyrus), Beyonse (Beyonce), Ledi Qaqa (Lady Gaga) qırmızı xalıya qara rəngli donlarda, […]

Melaniya Trampın Asiya turu zamanı geyimləri moda ekspertlərinin müsbət rəyini alıb

ABŞ-ın birinci xanımı Melaniya Trampın Asiya turu zamanı geyimləri əvvəlki səfərlərdə olduğu kimi bu dəfə də moda ekspertlərinin diqqət mərkəzində olub.   Ekspertlərin fikrincə, xarici səfərlərdə birinci xanımın geyim tərzi müəyyən mənada onun Ağ Evdə tutduğu mövqeyi ilə yanaşı, eyni zamanda, Ağ Evdə mövcud əhval-ruhiyyəni başa düşmək üçün bir imkan verir.     Asiya turu […]

Arzu Hüseynova: Azərbaycan milli geyimləri əsas ilham mənbəyimdir

Dilşad Əliyarlı     Kaliforniyanın Los Anceles şəhərində yaşayan azərbaycanlı dizayner Arzu Hüseynovanın bu yaxınlarda “Bir arzu bir gerçəklikdir” adlı layihəsinin təqdimatı olub. Bu layihə qüsurları olan qızlara bir gün model olmaq imkanı verilir. Arzu Hüseynova Amerikanın Səsinə müsahibəsində yeni layihəsindən və dizayner kimi fəaliyyətindən danışıb. Dilşad Əliyarlı: Dizayner olmaq arzusu nə vaxt yaranıb və […]

İkinci Yelizaveta – hər zaman dəbli kraliça

Dilşad Əliyarlı “Mən kraliçanı geyindirmirəm. Karliça özü-özünü geyindirir. Biz onu geyimlə təmin edirik-burada fərq var.” Ser Hardi Amis, kraliça Yelizavetanın dərzisi. İyunun 10-da Britaniya kraliçası İkinci Yelizavetanın yubileyi qeyd edildi.  27 yaşında Britaniya taxtına sahib olmuş İkinci Yelizaveta populyar monarxiniya olmaqla yanaşı, həm də dünyanın ən yüksək zövqə malik eleqant kraliçası kimi bir imicə malikdir.  […]

Səkinə İskəndər-Vaşinqtonun stilinə yeni rənglər gətirən dizayner

Dilşad Əliyarlı   Virciniya ştatında yaşayan azərbaycanlı dizayner və sahibkar Səkinə İskəndər Vaşinqtonun moda həyatına yeni çalar gətirə bilib. Artıq bir neçə ildir Səkinə İskəndər Türkiyə və Azərbaycan dizaynerlərinin geyim və aksessuarlar kolleksiyalarını amerikalılara tanıtdırır. Bu yaxınlarda onun sahibi olduğu Take 5 butikində keçirilən moda şousunda Türkiyənin tanınmış dizaynerlərinin geyimləri nümayiş etdirilib. Qadınlara həsr edilmiş […]

Keçən əsrlərdə qadınların matəm geyimi-Metropoliten muzeyində yeni sərgi

Dilşad Əliyarlı Müasir qadının qarderobunu bu gün qara don olmadan təsəvvür etmək mümkün deyil. Lakin istər adi iş günü ofisdə, istərsə də axşam ziyafət, ya da əyləncə yelərində qadını şıq və eleqant göstərən qara don əslində bir zamanlar matəm geyimi hesab edilirdi. Bu günlər Nyu-Yorkda Metropoliten muzeyinin Anna Vintur Kostyum mərkəzində bir əsr ərzində qadınların […]

Amerikanın birinci xanımları və əfsanəvi dizayner Oskar de la Renta

Dilşad Əliyarlı     Əfsanəvi dizayner Oskar de la Renta yarım əsrdən artıqdır Caklin Kennedidən tutmuş Mişel Obamaya qədər Amerikanın birinci xanımları üçün geyimlər dizayn etmişdi. İstər Hillari Klinton və Lora Buşun inaqurasiya donları və ya Jaklin Kennedinin Hindistana səfəri zamanı geydiyi sarımtıl don olsun, istərsə də bu yaxınlarda Mişel Obamanın Ağ Ev moda təhsili […]