Mayın 15-də beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı AXCP fəalı Elnur Məcidli həbsdən azadlığa buraxılıb. Elnur Məcidli İctimai Palatanın 2011-ci il aprelin 2-də keçirdiyi etiraz aksiyasından sonra ictimai qaydanı pozma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Mayın 15-i həbsdən çıxmasına baxmayaraq, Elnur Məcidli may ayının 16-sı Amerikanın Səsinin Sərbəst Kürsüsündə oxucuların suallarını cavablandırıb. […]
Elnur Məcidli: “Bir il ərzində 100-dən çox kitab oxudum”
Əbülfəz Qurbanlı: “Polisdə xüsusi adamlar məqsədli şəkildə “dəcəl və ərköyün” adamlar kimi bəslənir”
Quba hadisələri ölkədə yerli hakimiyyət nümayəndələri və icra başçılarından narazılığın nə ilə nəticələnə biləcəyinə bir nümunə oldu. İcra başçısının təhqiramiz çıxışı Quba xalqının qəzəbinə səbəb oldu, nümayişlərə, toqquşmalara, həbslərə gətirib çıxardı. Hadisələrin ardınca isə mart ayının 6-da AXCP Gənclər Təşkilatının üzvləri Bakıda siyasi məhbuslara azadlıq tələbi ilə etiraz aksiyası keçirib. Aksiya polis tərəfindən amansızcasına dağıdılıb. […]
İntiqam Əliyev: 19 vicdan məhbusumuzun ağrısı mənim fiziki ağrılarımdan daha acıdır!
Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev dekabrın 7-də Vilnüsdən Bakıya dönərkən İstanbulun Atatürk hava limanında zorakılıqla üzləşdiyini bildirib. Hava limanda məmurun pis rəftarına etiraz edən cənab Əliyev Türkiyədən deportasiya olunmamışdan əvvəl iki dəfə döyüldüyünü deyib. Elə həmin gecə Bakıya qayıdan hüquq müdafiəçisini hava limanında çoxsaylı fəal qarşılayıb. Cənab Əliyev Türkiyədə vəkil tutduğunu və baş verən […]
Markus Löninq: Almaniya Cənubi Qafqazı azad görmək istəyir
Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondu “Azərbaycanda fərdi hüquq və azadlıqlar” mövzusunda dəyirmi masa keçirib. Azərbaycan hökumətinin insan hüquqları ilə bağlı siyasəti, siyasi və iqtisadi azadlıqlar ətrafında fikir mübadiləsi aparılıb. TAPDIQ FƏRHADOĞLU Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondu “Azərbaycanda fərdi hüquq və azadlıqlar” mövzusunda dəyirmi masa keçirib. Forumda Almaniya Hökumətinin İnsan Haqları və Humanitar Yardım […]
Almaniya ombudsmanını Bəxtiyar Hacıyevlə görüşə buraxmayıblar
Almaniya ombudsmanı deyib ki, Azərbaycanda bütün seçkilər demokratik standartlara cavab verməyib. Bu gün hər yerdə vətəndaşların əmlak hüquqları pozulur, Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsi də buna misaldır. TAPDIQ FƏRHADOĞLU “Üç günlük missiyamın məqsədi insan hüquqları sahəsində vəziyyətlə tanış olmaq və hökumətə tövsiyələr verməkdir”, – deyə Almaniya ombudsmanı Markus Loninq bu gün Bakıda keçirilən brifinqdə […]
Bəxtiyar Hacıyevin ‘Harvard’dakı professoru ilə müsahibə
Harvard Universiteti Beynəlxalq İnkişaf Mərkəzinin direktoru və tətbiqi iqtisadi inkişaf professoru Rikardo Hausmann deputatlığa keçmiş namizəd, həbsdəki gənc fəal Bəxtiyar Hacıyevin Harvard Universitetində magistr dərəcəsi aldığını təsdiqləyib və deyib: ” Bəxtiyar Hacıyevin əleyhinə onun Harvard Universitetinin Kennedi Hökumət Məktəbində yüksək rəqabətli hesab olunan İctimai Siyasət ixtisası üzrə magistr dərəcəsi aldığını inkar edən gözdənsalma kampaniyası aparılmasından […]