Showing Archived Posts

Metyu Brayza: Amerika şirkətlərinə Azərbaycanda işləmək çətindir

Posted September 28th, 2011 at 9:46 pm (UTC+4)
Leave a comment

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə Amerikanın Azərbaycandakı səfiri Metyu Brayzanın görüşü olub. Klub üzvləri qarşısında çıxış edən səfir Brayza Amerika biznesinin Azərbaycana münasibəti, Azərbaycanda Amerika investisiyalarının perspektivləri və problemlərdən danışıb. O, Amerika şirkətlərinin Azərbaycanda geniş əlaqələr qurmasına tərəfdar olduğunu bildirib. Səfirin sözlərinə görə, son 7 ildə enerji sektorunun inkişafı nəticəsində Azərbaycan iqtisadiyyatında 300 faiz […]

Azərbaycanda redaktorların mediaya baxışı, yenə jurnalist həbs edilib

Posted September 21st, 2011 at 9:13 pm (UTC+4)
Leave a comment

Redaktorlar Birliyinin toplantısında Xural qəzetinin bölgə müxbiri Aydın Canıyevin barəsində 2 ay müddətinə seçilmiş həbs qətimkan tədbiri, bu qəzetlə bağlı baş verən son olaylar, Gündəm Xəbər qəzetində vergi yoxlamaları, qəzetin baş redaktoru və təsisçisinin barəsində qaldırılmış cinayət işi, Ayna və Zerkalo qəzetlərinin, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşı İdrak Abbasovun və ailə üzvlərinin üzləşdiyi təzyiqlərlə […]

Azərbaycan və Türkiyənin milli kimlik fəlsəfəsi

Posted September 16th, 2011 at 9:29 pm (UTC+4)
Leave a comment

Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi “Azərbaycan Xalq Cümhuriyyəti-93” layihəsi çərçivəsində “21-ci əsrdə Türkiyə və Azərbaycanda kimlik məsələsi: müasir milli dövlətlərin öncəki vəziyyətlərinə qayıdış” mövzusunda konfrans keçirib. Konfransda soyuq müharibədən sonrakı dövrdə Türkiyə və Azərbaycanın daxili və xarici siyasəti təhlil edilib. Ekspertlərin fikrincə, hazırda Azərbaycan 1918-ci il tipli demokratik respublika modelindən uzaqlaşmaqdadır, Türkiyədə də dövlət institutları […]

Amerikanın Azərbaycandakı səfirliyində 11 sentyabr terror qurbanları anılıb

Posted September 13th, 2011 at 12:13 am (UTC+4)
Leave a comment

Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza Nyu-York və Vaşinqtonda törədilmiş 11 sentyabr terror hücumlarının onuncu ildönümü ilə bağlı rəsmi xatirə mərasimi təşkil edib. Mərasimdə Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev, Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov, Müdafiə Nazirliyinin və digər rəsmi qurumların […]

Posted in Genel

Bakıda ərzaq məhsullarının qiyməti 4,9 faiz artıb

Posted September 5th, 2011 at 7:45 pm (UTC+4)
Leave a comment

Bu ilin avqustunda paytaxt Bakının istehlak bazarında ərzaq məhsullarının qiyməti 4,9% artıb. Turan agentliyinin məlumatına görə, son bir ayda ərzaq məhsullarının qiymətlərindən, mal əti-21,4%, qoyun əti-12,5%, toyuq əti-2,9%, kərə yağı-3,2%, yumurta-33,3%, şəkər -15,4% artıb. Digər ərzaq məhsullarının qiymətləri isə dəyişməz qalıb. Respublikanın digər iri şəhərlərindən Naxçıvanda-3%, Gəncədə-3,3%, Lənkəranda-3,6%, Mingəçevirdə-3,7%, Qubada isə -3,4% bahalaşma qeydə alınıb. […]

Zəlimxan Məmmədli: Gürcüstan hakimiyyət orqanlarında azərbaycanlıların təmsilçiliyi zəifdir

Posted September 2nd, 2011 at 9:24 pm (UTC+4)
Leave a comment

Borçalı Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli Amerikanın Səsi radiosuna müsahibəsində Gürcüstanda yaşayan azərbaycanlıların problemlərindən danışıb. Onun fikrincə, Gürcüstanda azərbaycanlıların əsas problemləri təhsil, dövlət və hökumət qurumlarında, eləcə də seçkili orqanlarda təmsilçiliyinin az olması ilə bağlıdır. O, torpaqla bağlı problemlər olduğunu da bildirib. Sual: Gürcüstanda yaşayan azərbaycanlıların mövcud problemləri nədir? Cavab: Bəzən, yanlış olaraq inteqrasiya problemini qabardırlar. […]

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>