“Neftçi” Azərbaycan futbol tarixində yeni bir səhifə açıb. Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirməklə avrokubokların həlledici mərhələsində ilk dəfə oynayan Azərbaycan komandası olub.
“İnter” və “Rubin”lə eyni qrupda yarışan “Neftçi”nin ilk rəqibi “Partizan” olub. Belqraddakı “Partizan” stadionunda baş tutan oyunda “Neftçi” bir neçə dəfə qola yaxın olsa da, fərqlənə bilməyib. Rəqib komandada qol vura bilmədiyindən oyun 0:0 hesabı ilə başa çatıb. Bununla da “Neftçi” avrokubokların həlledici mərhələsində ilk xalımızı qazanan komanda olub.
Bu gün “Neftçi” Azərbaycan futbol tarixində yeni bir səhifə açır. Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirməklə Avropa kuboklarının həlledici mərhələsində ilk dəfə oynayan Azərbaycan komandasıdır.
“İnter” və “Rubin”lə eyni qrupda yarışan “Neftçi”nin ilk rəqibi “Partizan”dır. Belqraddakı Partizan stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 00.05-də başlayıb və qarşılaşmanı çex FİFA referisi Libor Kovarik idarə edir.
Qeyd edək ki, “Neftçi” cari mövsümdə avrokuboklara Çempionlar Liqasında başlayıb. Gürcüstanın “Zestafoni” klubuna qalib gələn (3:0, 2:2) təmsilçimiz İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) yenilib (0:4, 2:2). Avropa Liqasının play-off mərhələsində isə Cənubi Kiprin APOEL klubuna qalib gəlib (1:1, 3:1).
Sizə Azərbaycan futbolu üçün tarixi olan bu matçı canlı təqdim edirik:
Azərbaycanın flaqmanı Neftçinin ilk dəfə Avropa Liqasında qrup mərhələsinə qalması azərbaycanlılar üçün bu ilki Avropa liqalarını daha da maraqlı edir. Belə ki, bu gün UEFA Çempionlar Liqası yeni mövsümə başlayır. İlk gün 8 oyun keçirilir və bugünki bütün oyunları buradan canlı izləmək imkanınız var. Günün ən maraqlı oyunlarından biri Madriddə baş tutur. Madrid Realı doğma azarkeşləri önündə İngiltərə premyerliqasının son ilinin ən güclü komandası olan Mançester Sitini qəbul edir. A, B, C və D qruplarında keçiriləcək oyunları aşağıdakı linklərdən canlı izləyə bilərsiniz.
Bu gün Azərbaycan futbolunda tarix yazıla bilər. Avropa Liqasının play-off mərhələsində mübarizə aparan “Neftçi” ilk dəfə bir klubumuzun qrupda çıxışını təmin edərək, futbol tariximizin ən böyük uğurunu imza atmamağın astanasındıdı.
Bundan əvvəl “Qarabağ” play-off mərhələsinə qədər irəliləsə də, qrupa düşə bilməmişdi. İndi isə “Neftçi” belə bir şans qazanıb. Futbol tariximizdə yeni bir səhifə açmaq üçün sadəcə APOEL səddəini aşmaş lazımdı.
Bakıdakı oyun 1:1 hesabı ilə başa çatdığından “Neftçi”yə səfərdə daha böyükhesablı heç-heçə və ya qələbə lazımdı. Meydan sahibləri isə 0:0-la da qrupa düşəcək.
Oyunu aşağıdakı keçidlərdən canlı olaraq izləyə bilərsiniz:
Azərbaycan Olimpiya Yığması XXX London Yay Olimpiya Oyunlarını 10 medalla 30-cu başa vurdu. İdman mütəxəssisləri bu nəticəsini Azərbaycan üçün böyük uğur hesab edir. Sizə Olimpiadada medal qazanan Azərbaycan idmançılarının əvvəlki titullarını təqdim edirik:
Toğrul Əsgərov – 2008-2009-cu illərdə yeniyetmələr arasında keçirilən Avropa çempionatının qalibi, 2010-cu ilin gənclər arasında keçirilən Avropa çempionatının qalibi və dünya ikincisi, Moskvada keçirilən böyüklərin dünya çempionatının gümüş mükafatçısıdır. 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanmışdır.
Şərif Şərifov – 2009-cu ildə o, Dünya çempionatında bürünc medal qazanıb. Bir il sonra Avropa çempionatında 2-ci olan Şərifov 2011-ci ildə dünya çempionu tituluna yiyələnib. Həmin il həmçinin Avropa çempionatının bürünc, Bakıda keçirilən Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl qran-pri” beynəlxalq turnirinin final mərhələsinin qızıl medalını qazanıb. Londona 2011-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən dünya çempionatında qalib olmaqla lisenziya qazanan Şərif Olimpiadada Türkiyə, ABŞ, İran ve Puerto-Rika idmançılarını məğlub edərək Azərbaycana qızıl medal qazandırıb.
Rövşən Bayramov – İki qat Olimpiya ikincisi (2008; 2012). 2009-cu ildə Dünya çempionatında bürünc medal qazanıb. 2011-ci ildə isə o, dünya çempionu adına yıyələnib. Rövşən həmçinin ikiqat Avropa ikincisidir. O, 2008-ci ildə FİLA tərəfindən ilin ən güclü yunan-Roma güləşçisi adını qazanıb.
Mariya Stadnik – 2008-ci ildə Gənclər arasında Avropa çempionatında 1-ci olan qadın güləşçi eyni ildə Pekin Olimpiya Oyunlarında bürünc medal qazanıb. 2009-cu ildə dünya çempionu olan 2011-ci ildə bir pillə geriyələyərək ikinci oluv. O, üçqat Avropa çempionudur (2008: 2009: 2011). Londonda isə o, finalda məğlub olaraq gümüş medal qazanıb.
Valentin Xristov – 56 kq-da yarışan Xristov 2011-ci ildə Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatının bürünc medalçısıdır. O, 2012-ci ildə Türkiyənin Antalya şəhərində Avropa çempionu adına yiyələnib. Yeniyetmələr arasında dünya rekordçusu Londonda bürünc medalla kifayətlənib.
Məhəmmədrəsul Məcidov – 2011-ci ilin oktyabr ayında Bakı şəhərində keçirilən boks üzrə dünya çempionatında 91+ çəkidə qızıl medal alıb. 2012-ci il London Yay olimpiya oyunlarının bürünc mükafatçısı olub.
Teymur Məmmədov – 2011-ci il Dünya Çempionatında 91 kq çəki dərəcəsində gümüş medal qazanıb. Eyni ildə Avropa çempionu olan Teymur Londonda bürünc medalı aktivinə yazıb.
Emin Əhmədov – London Olimpiadasında bürünc medal qazanıb
Yuliya Ratkeviç – 2009-cu ildə Dünya Çempionu olan güləşçi bir il sonra ikinci yeri tutub. Yuliya həmçinin 2011-ci ilin Avropa Çempionudur. O da Londonda bürünc mükafatçı kimi fəxri kürsüyə çıxıb.
Xetaq Qazyumov – 2008-ci ilin Olimpiya üçüncüsü 2009-cu ildə Dünya ikincisi olub. Bir il sonra isə Xetaq Dünya Çempionatında qızıl medal qazanıb. London Olimpiadası onun üçün bürünc medalla yadda qalıb.
Azərbaycan olimpiya yığmasının 32 idmançıdan ibarət qrupu bu gün XXX Yay Olimpiya oyunlarında iştirak etmək üçün Londona yola düşüb. İdmançılar iyulun 27-dən avqustun 12-dək Britaniyanın paytaxtında olacaq.
Yığmanın ikinci qrupu isə avqustun 4-də Londona yola düşəcək. Olimpiya oyunlarında Azərbaycanı 53 idmançı təmsil edəcək. Onlar 16 idman növü üzrə yarışacaqlar (2008-ci il olimpiadasında Azərbaycandan 11 növ üzrə 44 atlet iştirak edib).
İlk dəfə olaraq Azərbaycan beş yeni idman növündə təmsil olunacaq – kanoe, akademik avarçəkmə, velosiped idmanı, idman gimnastikası və qılıncoynatma.
İdman şərhçilərinin fikrincə, bəzi azərbaycanlı olimpiyaçıların qalıb gəlmək şansı var. Belə ki, cüdoçu Elnur Məmmədliyə (81 kq.) böyük ümidlər var. O, Pekin Olimpiadasındakı uğurlarını təkrarlamağa ümid edir. E.Məmmədli oyunların açılışında Azərbaycan yığmasının bayrağını daşıyacaq.
Qızıl medala iddiaçılar arasında sərbəst güləşçi Şərif Şərifov ( 84 kq), Yunan-Roma güləşi üzrə Rövşən Bayramov (55 kq.), boksçu Məhəmmədrəsul Məcidov (91 kq.) və Yelena Vıstropova (qadın boksu, 75 kq.) var.
Teymur Məmmədov (boks, 91 kq.), Əfqan Bayramov (ağır atletika, 69 kq.), Valentina Xristova (ağır atletika, 56 kq.), Xetaq Qaysumov (sərbəst güləşçi, 96 kq.), Həsən Əliyev (Yunan-Roma güləşi, 60 kq.), Pekin Olimpiadasının bürünc mükafatçısı Mariya Stadnik (qadın güləşi, 48 kq.) , Sergey Bezuqlıy-Maksim Prokopenko (kanoe, 1000 m.) və Valentina Demyanenkonun (kanoe, 200 m.) mükafat qazanmaq şansları var.
Onların hamısı son illər dünya və Avropa birinciliklərinin çempionları və mükafatçıları olublar. 53 azərbaycanlı idmançıdan 41-i Olimpiadada ilk dəfə olaraq iştirak edir.
Olimpiyaçıların həvəsləndirilməsi məqsədilə dövlət və Milli Olimpiya Komitəsi (MOK) qaliblərə və mükafatçılara, həmçinin onların məşqçilərinə pul mükafatı müəyyən edib.
Belə ki, Azərbaycan prezidentinin sərəncamı ilə birinci yeri qazanan idmançı üçün 400 min manat, onun məşqçisi üçün 200 min manat, ikinci yer üçün müvafiq olaraq 200 min manat və 100 min manat, üçüncü yer üçün 100 min manat və 50 min manat pul mükafatı müəyyən olunub.
MOK aşağıdakı pul mükafatını müəyyən edib: birinci yerə görə idmançıya 200 min manat, məşqçiyə 100 min manat, ikinci yer müvafiq olaraq 100 min manat və ya 50 min manat, üçüncü yer 50 min manat və 25 min manat.
Beləliklə, pul mükafatlarının ümumi məbləği belə olacaq: qalib 600 min manat (770 min dollara yaxın), gümüş mükafatçı 300 min manat (385 min dollara yaxın), bürünc mükafatçı 150 min manat (192, 5 min dollara yaxın).
Olimpiya oyunlarına hazırlığa dövlət büdcəsindən 14 mln. 785 min manat (19 mln. dollara yaxın) vəsait ayrılıb.
İyulun 25-də Londonun Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılacaq. İyulun 28-də Azərbaycan Günü keçiriləcək və ölkənin mədəniyyəti təqdim olunacaq.
Azərbaycanlı idmançılar müstəqil dövlətin təmsilçiləri kimi olimpiadalarda 1996-cı ildən çıxış edir. İndiyədək 4 yay olimpiadasında idmançılar 16 medal qazanıb. Sonuncu Pekin olimpiadasında Azərbaycan bir qızıl, iki gümüş və dörd bürünc medal qazanıb.
İran futbol çempionatında Təbriz şəhərini təmsil edən Traktor Sazi komandası güclü rəqibi Perspolis qarşısında böyük hesablı qələbə qazanaraq çempionlıq şanslarını saxlayıb. Belə ki, hazırda turnir cədvəlində II yerdə olan Traktor lider Sepahandan cəmi 3 xal geri qalır. 62 xala malik Təbriz klubundan sonra gələn komandanın (İstiqlal) 60 xalı var.
Çempionatın sona çatmasına iki tur qalır. Traktor Sazinin növbəti rəqibləri turnir cədvəlində sonuncu yerdə qərargahlaşan Mes Sarçeşmeh və 14-cü pillədə olan Malavan klublarıdır. Traktorun çempion olması üçün hazırda çempionatın lideri olan Sepahanın ən azı 1 oyunda məğlub olması, Təbriz təmsilçisinin isə hər iki matçda qələbə qazanması lazımdır.
Sizə Traktor Sazinin Perspolisi 4-1 hesabı ilə məğlub etdiyi oyunun video icmalını təqdim edirik.
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində Chelsea öz meydanında Barcelonanı qəbul edir. İlk hissədən sonra hesab 45-ci dəqiqədə D.Droqbanın qolu ilə 1-0 meydan sahiblərinin xeyrinədir. Matçı CANLI olaraq aşağıdakı linklərdən izləyin:
4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!