blank

Haqqımızda | Bizimlə əlaqə saxlayın

Bazar Ertəsi, 30 Aprel 2012Təbrizlilər çempionluğa doğru (VİDEO)

İran futbol çempionatında Təbriz şəhərini təmsil edən Traktor Sazi komandası güclü rəqibi Perspolis qarşısında böyük hesablı qələbə qazanaraq çempionlıq şanslarını saxlayıb. Belə ki, hazırda turnir cədvəlində II yerdə olan Traktor lider Sepahandan cəmi 3 xal geri qalır. 62 xala malik Təbriz klubundan sonra gələn komandanın (İstiqlal) 60 xalı var.
Çempionatın sona çatmasına iki tur qalır. Traktor Sazinin növbəti rəqibləri turnir cədvəlində sonuncu yerdə qərargahlaşan Mes Sarçeşmeh və 14-cü pillədə olan Malavan klublarıdır. Traktorun çempion olması üçün hazırda çempionatın lideri olan Sepahanın ən azı 1 oyunda məğlub olması, Təbriz təmsilçisinin isə hər iki matçda qələbə qazanması lazımdır.

Sizə Traktor Sazinin Perspolisi 4-1 hesabı ilə məğlub etdiyi oyunun video icmalını təqdim edirik.

 

çərşənbə, 18 Aprel 2012Chelsea – Barcelona ***CANLI***

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində Chelsea öz meydanında Barcelonanı qəbul edir. İlk hissədən sonra hesab 45-ci dəqiqədə D.Droqbanın qolu ilə 1-0 meydan sahiblərinin xeyrinədir. Matçı CANLI olaraq aşağıdakı linklərdən izləyin:

CHELSEA – BARLCELONA
Link -1 Link – 2 Link – 3

çərşənbə, 04 Aprel 2012Real Madrid – APOEL ***CANLI***

Keçən həftə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin Real Madrid APOEL-in qonağı olmuşdu və 3-0 hesabı ilə meydandan qalib ayrılmışdı.Digər oyun isə Portuqaliyada keçirilmişdi və orada da qonaqlaq oyunda qələbə qazanmışdılar: Benfika 0 – 1 Chelsea.

Bu gün isə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilir. Hər iki matçı sizə CANLI olaraq təqdim edirik:

REAL MADRİD – APOEL
Link -1 Link – 2 Link – 3

CHELSEA – BENFİKA
Link – 1 Link – 2 Link – 3

çərşənbə, 28 Mart 2012Barcelona – Milan ***CANLI***

Keçən həftə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində Milan öz meydanında Barcelonanı qəbul etmişdi. İtaliyada baş tutan oyun 0-0 hesabı ilə başa çatmışdı. Digər oyun isə Fransada keçirilmiş və ev sahibi Olimpik Marsel Almaniyanın Bayern Münih klubuna0-2 hesabı ilə məğlub olmuşdu.

Bu gün isə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilir. Hər iki matçı sizə CANLI olaraq təqdim edirik:

BARLCELONA – MİLAN
Link -1 Link – 2 Link – 3

BAYERN MÜNİH – OLİMPİK MARSEL
Link – 1 Link – 2 Link – 3

Bazar Ertəsi, 06 Fevral 2012Dünyanın ən pis penaltı zərbəsi? (VİDEO)

2011-ci il sentyabr ayının 6-da Misir kubokunda bəlkədə futbol tarixinin ən uğursuz və gülməli penaltı zərbəsi qeydə alınıbmış.
Guardian qəzeti iddia edir ki, aşağıdakı videoda göstərilən video bəlkə də tarixin ən uğursuz penaltisidir.
Hadisə Əl-Əhli ilə Kima Asvan arasında keçirilən oyunda baş verib. Əl-Əhlinin oyunçusu Əmir Sayoud penaltini yerinə yetirmək istərkən qapıçını aldatmağa çalışır və özündən asılı olmadan müvazinətini itirir və yıxılır. Amma yıxılmağına baxmayaraq o topa toxunmağı da bacarır.
Buna baxmayaraq hakim penalti zərbəsini qeyri-qanuni yerinə yetirdiyinə görə Əmir Sayoudu cəzalandırır. Bu azmış kimi referi yarım-müdafiəçiyə hətta sarı vərəqə də göstərir.
Penaltinin uğursuz yerinə yetirməsinə baxmayaraq Əl-Əhli komandası matçdan 4-0 hesablı qələbə ilə ayrılıb.

şənbə, 10 Dekabr 2011Real M.- Barcelona ***CANLI***

Bu gün  Bakı vaxtı ilə gecə saat 1:00-da Real Madrid öz meydanında Barcelonanı qəbul edəcək. Hər dəfə olduğu kimi bu dəfə də El classicoya maraq həddən artıq yüksəkdir.

Oyuna marağın yüksəkliyini nəzərə alıb bu oyuna sizə CANLI təqdim edirik. “Real”la “Barselona”nı üz-üzə gətirəcək matç Madriddəki “Santiaqo Bernabue” stadionunda keçiriləcək.

Hakimlər : David Fernández Borbalan (baş), Raul Cabanero Martinez (Yan), Jorge Canelo Prieto (Yan), Juan Manuel Lopez Amaya (4-cü hakim)

 

Real Madrid – Barcelona

CANLI 1
CANLI 2
CANLI 3
CANLI 4
CANLI 5
CANLI 6
CANLI 7
CANLI 8

çərşənbə, 07 Dekabr 2011Lille – Trabzonspor ***CANLI***

Çempionlar Liqası B qrupunda mübarizə aparan Türkiyə təmsilçisi Trabzonspor dekabrın 7-də Fransanın Lille komandasının qonağı olur. Keçən oyun Milan İnteri ilə 1-1 hesabıyla bərabərə qalan Trabzonspora İnterin CSKA-nı məğlub etməsi və ya bərabərə qalması halında Fransada bərabərlik də kifayət edir. CSKA İnterə qalib gəlsə, Fransada heç-heçə Trabzonsporu Avropa Liqasına aparır. Türkiyə təmsilçisi məğlub olsa belə Avropa Liqasına qatılmaq şansı olacaq. Bunun üçün İnterin CSKA-ya qalib gəlməsi labüddür. Oyun hər iki komanda üçün də həlledici olduğu üçün diqqətlər başlama fitinə yönəlib. Matçı CANLI olaraq aşağıdakı keçidlərdən izləyin:

 

Lille – Trabzonspor
CANLI – 1
CANLI – 2
CANLI – 3
CANLI – 4
CANLI – 5

çərşənbə, 07 Dekabr 2011Galatasaray – Fenerbahçe ***CANLI***

Türkiyə Super Liqasının bu gün İstanbul derbisi baş tutur. Galatasaray doğma arenada əzəli rəqibi Fenerbahçe klubunu qəbul edir. Çempionatın lideri olan qonaq komandanın aktivində 28 xal var. İkinci yerdə olan meydan sahibləri isə 25 xala malikdir. Fenerbahçe ilə xallarını bərabərləşdirmək üçün Galatasaraya qələbə lazımdır. Komandalar oyuna aşağıdakı heyətlərlə çıxır:

GALATASARAY
Muslera, Eboue, Ujfalusi, Semih, Hakan, Kazım, Selçuk İnan, Melo, Emre Çolak, Baros, Elmander

FENERBAHÇE
Volkan, Gökhan, Yobo, Bilica, Ziegler, Selçuk Şahin, Emre, Cristian, Caner, Bienvenu, Alex

Ehtiyat oyunçular:
Galatasarat: Ufuk, Çağlar, Ceyhun, Aydın, Reira, Ayhan, Servet

Fenerbahçe: Mert, Stoch, Özer, Semih, Serdar, Orhan, Dia

Oyunu şərhdəki linklərdən izləyə bilərsiniz

Cümə, 02 Dekabr 2011AVRO-2012-nin final mərhələsinin qrupları bəlli olur *CANLI*

2012-ci ildə Polşa və Ukraynada keçiriləcək Avropa Çempionatının final mərhələsində qrupları müəyyənləşdirmək üçün püşkatma keçirilir. Çempionatda iştirak edəcək komandalar aşağıdakı kimi səbətləşdirilib.

I səbət: Ukrayna, Polşa, İspaniya, Hollandiya

II səbət: Almaniya, İtaliya, İngiltərə, Rusiya

III səbət: Xorvatiya, Yunanıstan, Portuqaliya, İsveç

IV səbət: Danimarka, Fransa, Çexiya, İrlandiya

Blogumuz həmişə olduğu kimi bu mərasimi də sizə CANLI təqdim edir.

Tədbiri CANLI izləyin:

Link 1
Link 2
Link 3
Link 4
Link 5

Cümə Axşamı, 01 Dekabr 2011Makkabi – Beşiktaş ***CANLI***

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Türkiyənin Beşiktaş klubu İsraildə Makkabi Tel Aviv komandası ilə qarşılaşır. Beşiktaşın növbəti mərhələyə adlamasında bu oyunun mühüm rolu ola bilər. Belə ki, hazırda qrupda 6 xalla 2-ci yerdə olan Türkiyə təmsilçisi qrup liderindən 4 xal geri qalır. 3-ci yerdə olan Kiyev Dinamosu isə 5 xala malikdir. Makkabi Tel Aviv isə 1 xalla qrupda sonuncu yerdədir. Növbəti mərhələyə keçmək üçün klublara 1-ci və 2-ci yerləri tutmaq kifayət edir. Beşiktaşın isə II yerdə mövqeyini möhkəmləndirməsi üçün bu oyunda qalibiyyətə ehtiyacı var. Makkabi Tel Aviv – Beşiktaş oyununu sizə canlı təqdim edirik.

MAKKABİ TEL AVİV – BEŞİKTAŞ
CANLI – Link 1
CANLI – Link 2
CANLI – Link 3
CANLI – Link 4

Emil Quliyev

4 ildir Amerikanın səsinin əməkdaşıyam. İdmanın demək olar ki, bütün növlərinə, xüsusilə futbol, basketbol, böyük tennisə və şahmata böyük marağım var. 4 ilə yaxın futbol, 6 il basketbol və 3 il üzgüçülüklə məşğul olmuşam. İdman həyatımın önəmli bir hissəsi olduğu üçün onu həm də bloga çevirmək qərarına gəldim. Azərbaycanın ilk rəsmi idman bloguna xoş gəlmisiniz!

Videolarınızı bizə göndərin!

Bizi Facebookda izləyin

Featuring WPMU Bloglist Widget by YD