Amerika Siyasətində Abort

Posted August 28th, 2012 at 10:43 am (UTC-5)
Leave a comment

Missuri ştatında ABŞ senatına namizədliyini vermiş Todd Akinin bircə kəlməsi onun siyasi karyerasına az qala nöqtə qoydu.  Abortla bağlı sualı cavablandıran Akin indiyədək də çoxlarına müəmmalı qalan “legitim zorlama” ifadəsi işlətdi.  Sual verən şəxs abort əleyhdarı kimi tanınan Akinin zorlama baş verdiyi və hamiləliklə nəticələndiyi halda öz mövqeyində qalıb-qalmayacağını bilmək istəyirdi.  Akinin dediyindən belə çıxdı ki, həqiqi (?) zorlamaya məruz qalmış qadın hamilə olmasının qarşısını təbii yolla ala bilər.

Akinin konkret nə demək istəydiyini indiyədək də tam başa düşən yoxdur.  Fakt budur ki, Todd Akin Amerika siyasətində on illərdir ki, aktuallığını qoruyub saxlamış abort debatının növbəti qurbanına çevrildi.  Və təkcə Akin özü yox.  Seçki kampaniyasının gedişatından belə görünür ki, Demokratlar Akinin dediklərini bütün Respublikasçıların kollektiv boyunundan asmaqla rəqiblərini noyabr ayında keçiriləcək seçkilərdə məğlub etməyə can atırlar.  Prezident Obamadan tutmuş Konqres kürsüsü uğrunda mübarizə aparan Demokrat namizədlər Akin skandalını qabartmaqla və abort məsələsini gündəmə gətirməklə qadın seçicilərin əksəriyyət təşkil etdiyi elektoratın rəğbətini qazanmağa çalışır.

Avropa və başqa demokratik ölkələrdə yaşayan adamlar üçün Amerikada abort məsələsinə verilən önəm bəlkə də qəribə səslənir.  Bir çox demokratiyalarda abortla bağlı mübahisəli heç nə yoxdur: Əgər qadın uşaq doğmaq istəmirsə, bu, onun seçimidir.  Amma dindar puritanların xələfləri olan amerikalılar üçün abort bir əxlaq məsələsidir.  Əsasən mühafizəkar təmayüllü evangelik və katolik xirstianların çoxu aborta qətl kimi baxır və 1973-cü ildə ABŞ Ali Məhkəməsinin abortu qanuniləşdirən məşhur qərarını ləğv etmək üçün xeyli səy göstərirlər.

Dindarların siyasətdəki nüfuzunu dərk etmək üçün namizədlərin bu mövzu ilə necə ehtiyatla davrandığına nəzər salmaq kifayət edərdi.  2008-ci il seçki mövsümündə o vaxtkı namizəd Barak Obama abortla bağlı sualı cavablandırmaqdan imtina edərək bu məsələdə mövqe bildirmək iqtidarında olmadığını demişdi.  Ondan əvvəl, 2004-cü ildə dini mənsubiyyəti katolik olan amma abort tərəfdarı olan Con Kerrinin kilsə mərasimində keşişdən xeyir-dua alması mübahisə obyektinə çevrilmişdi.  Rəy sorğuları göstərir ki, amerikalıların yalnız beşdə biri abortun bütün hallarda qeyri-leqal olmasına tərəfdardır.  O biri tərəfdən təqribən 40 faiz amerikalı prinsipcə abortun əleyinə çıxır.  Yəqin bu rəqəmlər siyasətçilərin abort məsələsində bunca ehtiyatlı mövqe sərgiləmələrini qismən də olsa izah edir.  Səgriləməyənlərə də ki, Todd Akin hələ bir müddət görk olacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories