Vaşinqtonda elmi araşdırma aparan Cəmil Həsənli Amerikanın Səsinə müsahibədə Urmu gölü və Güney Azərbaycanda milli oyanış hərəkatı haqda danışır. Cənab Həsənli 1980-ci illərin sonlarında Xalq Cəbhəsinin rəhbərliyi altında başlanılan mübarizə ilə Güney hərəkatını müqayisə edir. Tarixçinin sözlərinə görə şimalda olduğu kimi Güneydə yaşanan milli oyanış dil, mədəniyyət və ekologiya məsələlərinə söykənir. Cəmil bəy mücadiləni milli diriliyin təsdiqi kimi qiymətləndirir. Müsahibənin tam videosuna baxın:
Cəmil müəllimlə olan bu müsahibə iki mühüti əhatə edir. İkisidə insan tərəfindən buraxılmış müəyyən səhvlərin nəticəsində baş verir. Hər hansı cəmiyyətdə vətəndaşların özlərinin hüquqlarının qayğısına qalmaması təbiətə vurulan ziyanların qarşının alınmasını mümkün etmir.
İndiyəcən Urmiyə gölünün ekoloji faciə kimi qarşısının alınmamasına qarşı olan etirazların İran məclisinin Araz çayından çəkiləcək so borusu layihəsinin dayandırılması ilə əsaslandırılırdı. Ümumiyyətlə bu gölün eko-sistemin bir hissəsi kimi qurumasına səbəblər nədir? Azərbaycan ‘hakimiyyəti’ Araz çayından suyun Urmiyəyə tərəf yönəldilməsinə etirazının olub-olmamasını hansısa mətbuat və yaxud rəsmi sənəddə qeyd olunubmu?
Cəmil müəllim İranda yaşayan Azərbaycanlıların Azərbaycana müstəqil və suveren dövlət kimi mövcudluğuna şübhə ilə yanaşdıqlarını düzgün vurğulayıb. Xüsusi ilə axır vaxtlar Rusiyanın çaldığı hava ilə aparılan ‘dövlət’ siyasətinin xalqın maddi və mənəvi maraqlarının hərraca qoyulması açıqcasına Azərbaycan millətinə qarşı düşmən mövqedir.
Sözsüz milli hərəkatların ilin əvvəlindən sosial məsələlərə görə eyni baş qaldırmasını bir növ 1980-ci illərin axırı və 90-ci illərin əvvəlində baş verən tarixi hadisələrlə müqayisə etmək olar, amma hər iki halda şəxsiyyətin azadlığı prinsiplərinin əsas götürülməməsi növbəti faciəvi hadisələrlə yekunlaşır.
Biz indiki gənglərin zindanlarda oturmasını hər hansı milli hərakatın formalaşması ilə əlaqəndirəndə və sonradan uğursuzluqla nəticələndə, həmin bu günahsız dustaqları cəfakeşə döndəririk. Olmaz daimə hər beş və on ildən bir milli kimlilik şuarları altında kimləri isə qurban verib və yenidən təzə qəhramanları gözləmək. Şəxsiyyətin hüquqları üçün mübarizə həm milli, həm dini, həm hər hansı mədəni amillərdən üstün olmalıdır.