Cinayət və Cəza: Liviya inqilabı haqda bəzi düşüncələr

Posted August 22nd, 2011 at 2:06 pm (UTC-5)
1 comment

Liviyada hakimiyyət dəyişikliyi günün ən aktual mövzusudur. 42 il ölkəyə hökmranlıq edən tiran nəhayət yıxılmaq ərəfəsindədir. Xoşluqla getmədi, getdirirlər. Üstəlik belə görünür ki, ailə üzvlərinə də prosesdə ağır zərbələr dəyəcək. Yəqin ki, xalqa qarşı onilliklərlə yapılan zülmün qarşılığında ödəniləcək cüzi qiymətdir. Ələlxüsus xatırlayanda ki, Qəzzafinin yarım əsrlik hakimiyəti dönəmində minlərlə insan həyatı itirilib, bütöv bir nəsil qul kimi azadlıqdan məhrum olunub, həyatın bütün aspektlərində – təhsildə, mədəniyyətdə, iqtisadiyyatda nəhəng geriləmələr yaşanıb.

Ümid etmək olar ki, Liviyada bir diktator yenisi ilə əvəzlənməyəcək. Bunun üçün Milli Keçid Şurasının Qərb dövlətlərinin təcrübəsinə müraciət etməsi effektiv olardı. Məncə ən effektiv nümunə İkinci Dünya Müharibəsindən sonra Qərbi Almaniyada həyata keçirilən islahatlar olardı. Diktaturadan qurtulmuş Qərbi Almaniyada DeNatsifikasiya həyata keçirildi. Keçmiş rejimin bütün qalıqları büsbütün məhv edildi. Gələcəyə doğru irəliləmək üçün keçmişlə hesablaşmaq mühüm amildir. Xalqa qarşı törədilən cinayətlərdə iştirak etmiş və cəmiyyətdə kök atmış zümrənin ictimai həyatdan yığışdırılmaması demokratiyanın gələcyinə böyük təhlükə törədir.

Keçmiş Sovet məkanında baş verənlər inqilab dövrü yaşayan liviyalılar üçün bir ibrət dərsi olmaldır. Bu məkanda sabiq kommunistlərin ictimai-siyasi həyatdan yığışdırılmaması onlara siyasətə, az sonra isə hakimiyyətə qayıtmağa yardım etdi. Milli siyasi elita yenidən formalaşmayınca köhnə əllərin yeni hakimiyyətə qayıtması təhlükəsi kifayət qədər realdır. Bu mənada İraqda həyata keçirilən DeBəsifikasiya da optimal nümunədir. Qəzzafi hakimiyyətini təmsil edən zümrənin üzvləri qanuna müvafiq şəkildə siyasətdən tamamilə təcrid olunmayınca Liviyada diktaturanın bərpa olma şansları güclü olaraq qalacaq. Əlbəttə, bütün bunlardan öncə xalqa qarşı saysız-hesabsız cinayətlər törətmiş Qəzzafinin yaxın çevrəsi yeni demokratik hökumət tərəfindən sərt cəzalandırılmalıdır. Ağlıma Nürnberq məhkəməsi gəlir.

One response to “Cinayət və Cəza: Liviya inqilabı haqda bəzi düşüncələr”

  1. Parvin Kouliev says:

    Hər bir inqilab qısa müddət ərzində insanlarda adrenalinin artmasına səbəb olur. Ümüdsüzlər gələgəyi əlvan rənglərdə görməyə başlayır, müxalifətçilər xalqın həyatını yüngülləşdirən siyasi və iqtisadi islahatlar əvəzinə milliyətçi və yaxud dini ideologiyaları bayraq edib dəstək qazanmağa çalışırlar, ziyalılar isə inqilabın yaratdığı müvəqqəti Azadlıq havasından bihuşlanıb öz yaradıcıqlarındada bunun əks olunacağını əmin olmaqlarını arzu edirlər.

    Həqiqətən mi, sosial-iqtisadi təzyiqlərin əsasında başlayan qiyamlar sonradan əvvəlki rejimin devrilməsi ilə təzə hakimiyyətin siyasi və iqtisadi təcrübələrinin olmamasına görə insanlara veriləcək sadə insan hüquqlarını mürəkkəbləşdirib ölkədə təzədən repressiyalara səbəb ola bilər? Axırıncı bir əsrlik tariximiz göstərir ki, belə hallar dəfələrlə təkrar olunub və xeyli günahsız insanın tələfatına səbəb olub.

    Düzdür “Freedom House” təşkilatının prezidenti Devid Kramerin AzadlıqRadiosuna verdiyi müsahibəsindəki bu fikri, “Hesab etmirəm ki, Azərbaycan sovet respublikasından keçidi tam başa çatdırıb. Azərbaycan eyni vəziyyətdə olan yeganə ölkə deyil; məsələn, Rusiyada da eyni vəziyyətdir.” hər bir ölkəyə tətbiq olar. Hətta Sovet rejiminin dağılmasından sonra hələdə təsir altında olan insanlar yaşadığları yerin təzə dövlət siyasətinin mənfəətini görməyə başlayıblar və axırıncı 20 ildə yaranan təzə nəslin irəliləyışıni Azərbaycanda çox zəif və Baltikyanı respublikalarda dahada qabaqda olmasını ancaq yerli dövlətçilik quruluşuna və cəmiyyətdə olan plüralizmə əsaslanır.

    Artıq Tunis və Misir inqilablarının baş verməsindən 6 ay keçib. Bu tarixi hadisələrin ardınca Bəhreyndə İranı bəhanə edərək çoxluq təşkil edən şiələrin etiraz səslərinin dini ayrı seckilik siyasəti aparmaqla və qonşu dövlətlərin dəstəyi ilə amansızcasına yatırilması; Yəməndə insanların Azadlıq arzularına məhəl qoymadan bir tayfanın digər hakim tayfanın üzvlərindən əvəz çixması, Liviyada artıq 6 aydır davam edən vətəndaş müharibəsinin Qaddafi rejiminin süquti ilə nəticələnməsi, Suriyanın Əsəd qəbiləsinin dayaqlarının möhkəm olması insanları sarsıtmaması və bütün bu hadisələrin kölgəsində İordaniya və Mərakeş şahlığlarında gedən islahatlar ancaq və ancaq bizi keyfiyyətinə görə yox daha çox kəmiyyətinə görə maraqlandırıb.

    Heç bir inqilab qansız olmur. Sadəcə çox insan itkisinə yol verməmək üçün islahatlar yuxarıdan aparıla bilər, yada geg-tez aşağıdan alovlanan sadə xalqın barıt kimi dağıdıcı qüvvəsi hakimiyyətdə zorla oturan və yaxud onu dəstəkləyənlərin arasında fərq qoya bilməyəcək. Bizim məqsədimiz nədir? İndiki qəddar və zülmkar korrupsioner rejimləri yıxıb əvəzində insan hüquqlarına hörmət edən açıq vətəndaş cəmiyyəti qurmaq ya hər bir neçə itirilmış nəsildən sonra coşa gəlib bir daha Azadlıqdan bihuş olub hüguma keçmək?

    18-ci əsr Irland dövlət xadimi və Böyük Britaniya Parlamentinin üzvü Edmund Börkin Azadlıq inqılabı arzusunda olan nəsillərə bu tövsiyyələri verib: “O insanlar ki, əcdadlarının irsini və təcrübəsini mənimsəmirlər, gələgək nəslin qayğısına qala bilməzlər”. Sonradan Fransız inqilabından aldığı mənfi təəssuratlara reaksiya verərək “….dövlətin dircəlışı və düzgün istiqamət alması üçün lazım olan bütün tarazlıqlar və əvvəlki rejim qalıqları məhv edilib, sonradan cəmiyyətin səviyyəsi namünasib qara camaat və demokratiya kütləsinin qarışığı vəziyyətinə endirilmışdir.” Eyni dövrdə yaşayan Amerikanın ikinci Prezidenti Con Adams onun fikrini tamamlayaraq demışdi: “Əvəzində nə qurulacaq? Hər hansı siyasi memarlıq prinsipləri mövcuddurmu? …Bütün bu mübarizənin məqsədi hakimiyyətə iddialı olanların yerini dəyışməsindən fərqli olacaqmı?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Əsgər Möhsümoğlu

Əsgər Möhsümoğlu on ildən çoxdur ki, Amerikanın Səsində çalışır. Ali təhsilini Saint Olaf Kolleci, Stanford Universiteti və Maryland Universitetində alıb. Tarix elmləri doktorudur. "Vaşinqtonun Nəbzi" azərbaycanlı oxuyucuları siyasi, iqtisadi və sosial mövzularda Qərbdə cərəyan edən müxtəlif debatlarla, mətbuat icmalları ilə tanış edir.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories