Nyu Yorkun “Soydaş” ansamblı Novruz bayramına hazırlaşır

Posted March 7th, 2011 at 6:29 pm (UTC-5)
Leave a comment

Nyu York yatmayan şəhər kimi tanınır. Küçələri həmişə səs-küylü, teatrlar və konsert salonları dolu…. Buradakı şənliklər də xüsusi bir atmosferdə keçir.  Nyu Yorkda yaşayan həmvətənlərimizə müəyyən mənada həsəd aparmaq olar. Amerikada ən yaxşı Novruz şənliyi konkursu hələ keçirilməyib, amma keçirilsə, Nyu York nominasiyada olacaq. Bakı restoranının ləzzətli təamları,“Soydaş” rəqs ansamblının ifasında rəqslər bütün tədbirlərə, xüsusilə də Novruz bayramına xüsusi rəng verir. Ansamblın bədii rəhbəri Telman Cəlilov “Yallı” və digər rəqslərin xoreoqrafiyası ilə həmvətənlərimizə çox yaxşı tanışdır. Telman müəllim bizə bildirdi ki,  “Soydaş” ansamblı Novruz bayramı üçün proqram üzərində işləyir. Şənlik Nyu Yorkda Bruklində keçiriləcək.

“Soydaş” ansamblının ifasında rəqslərə bu linklərdə baxın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>