Showing Archived Posts

Nyu-Yorkda “Cavad xan” filminin təqdimatı olacaq

Posted February 7th, 2014 at 3:17 pm (UTC-5)
Leave a comment

Nyu-York şəhərində “Cavad xan” bədii filminin təqdimatı keçiriləcək. Azərbaycan Nyu-York Assosiasiyasının təşkil etdiyi tədbirə Azərbaycan, Türkiyə və Qərb ölkələrinin diplomatik nümayəndələri, Azərbaycan və türk icmasının üzvləri dəvət edilib. Nyu-Yorkdakı Əyyub Sultan Mərkəzində keçiriləcək təqdimatda filmin ssenari müəllifi Sabir Rüstəmxanlı və quruluşçu-rejissoru Rövşən Almuradlının iştirak edəcəyi bildirilir. Azərbaycanın sərkərdəsi və dövlət xadimi Cavad xan haqqında tammetrajlı […]

Azərbaycan Kaliforniyada festivalda təmsil olunub

Posted October 1st, 2013 at 9:56 am (UTC-5)
Leave a comment

Azərbaycan icmasının üzvləri sentyabrın 28-də ABŞ-ın Kaliforniya ştatındakı İrvin şəhərində keçirilən Qlobal Village festivalında iştirak edərək Azərbaycanı təmsil ediblər. Bu, Kaliforniyada müxtəlif xalqlar və millətlərin təmsil edildiyi ən böyük multi etnik tədbirdir. Azərbaycan Amerika Şurası bu tədbirə 2007-ci ildən qatılır. Bu il Oranc dairəsində yaşayıb fəaliyyət göstərən 50-dən artıq milli-mədəni qrupun təşkil etdiyi müxtəlif sərgiləri […]

“Arşın Mal Alan” Amerikada

Posted July 10th, 2013 at 3:26 pm (UTC-5)
Leave a comment

Üzeyir Hacıbəyovun “Arşın Mal Alan” operettası ilk dəfə olaraq ABŞ-ın Kaliforniya ştatında səhnəyə qoyulacaq. Bu haqda məlumatı Azərbaycanın Los Ancelesdəki baş konsulluğu açıqlayıb. Məlumatda deyilir ki, müsəlman dünyasında ilk operetta olan “Arşın Mal Alan” 100 ildir dünyanın 60-dan çox ölkəsində bir sıra dillərdə tamaşaya qoyulub. Bu il isə tamaşanın səhnəyə qoyulmasının 100 illiyi münasibətilə “Arşın […]

Stanford universitetində Azərbaycan konserti

Posted June 24th, 2013 at 2:04 pm (UTC-5)
Leave a comment

Kaliforniya ştatının Stanford universitetində “Azərbaycan musiqisi və mədəniyyəti” kursu üzrə təhsil alan tələbələr Azərbaycan musiqisindən ibarət konsert proqramı hazırlayıb. Azərbaycanın tanınmış kaman ustası İmamyar Həsənovun rəhbərliyi altında tələbələr “Çahargah” və “Heyratı” muğamları, habelə “Qubanın ağ alması”, “Sarı gəlin” və “Laçın” kimi Azərbaycan xalq mahnılarını ifa ediblər. Azərbaycandan tarzən Rüfət Həsənov və muğam ifaçısı Səbuhi İbayev […]

Ottavada “Qarabağ” məktəbinin şagirdləri Kanada parlamentində

Posted May 8th, 2013 at 2:12 pm (UTC-5)
Leave a comment

Kanadanın paytaxtı Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri bu yaxınlarda parlamentdə keçirilən beynəlxalq tədbirə qatılıblar. “Qarabağ” məktəbinin təsisçilərindən biri, Azərbaycan dilini məktəbdə tədris edən Vüsalə Əhmədova Amerikanın Səsinə azərbaycanlı uşaqların Kanada parlamentində böyük uğurla çıxış etdiyini bildirib. Vüsalə Əhmədova:”Qarabağ Azərbaycan dili məktəbi 2011-ci ilin senatyabrından fəaliyyət göstərməyə başlayıb. Məktəb Ottava şəhərində yaşayan […]

Rüstəm Cəbrayılov: Bir azərbaycanlı kimi çəkildiyim reklamın Tayms meydanında nümayişi mənim üçün böyük fəxrdir

Posted October 11th, 2012 at 10:25 am (UTC-5)
Leave a comment

Azərbaycanlı model Rüstəm Cəbrayılovun çəkildiyi reklam Nyu-Yorkun məşhur Tayms meydanında bilbordda yerləşdirilib. Nyu-Yorkda yaşayan Rüstəm Cəbrayılov artıq bir neçə illdir professional model kimi dünyanın məşhur dizaynerləri ilə işləyir. Rüstəm Cəbrayılovun Amerikanın səsinə müsahibəsini təqdim edirik. Dilşad Əliyarlı: Rüstəm bəy, reklamınızın Tayms meydanında yerləşdirilməsi münasibətilə sizi təbrik edirik. Siz belə populyar bir yerdə reklamı göstərilən ilk […]

Azərbaycan mədəniyyəti Amerikada Türk festivallarında təmsil olunur

Posted October 3rd, 2012 at 1:32 pm (UTC-5)
Leave a comment

Sentyabrın 30-da Vaşinqtonda ənənəvi Türk festivalı keçirilib. 10-cu yubiley festivalını ABŞ paytaxtının, Virciniya və Merilend ştatlarının minlərlə sakini ziyarət edib. Artıq bir neçə ildir ki, Türk festivalında Azərbaycan da stendlər və sərgilərlə təmsil olunur. Bu il də ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu Türk festivalında Azərbaycana həsr edilmiş sərgi ilə iştirak edib. Sərgini ziyarət edənlər Azərbaycanın […]

Azərbaycanlı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” sərgisi Florida ştatında nümayiş etdirilib

Posted July 22nd, 2012 at 3:14 pm (UTC-5)
Leave a comment

Florida ştatının Mayami şəhərində Azərbaycanlı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” sərgisi nümayiş etdirilib. Ağdamın işğalının 19-cu ildönümünə həsr edilmiş tədbir çərçivəsində keçirilmiş sərgidə ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri və yerli rəsmi idarələrin nümayəndələri iştirak edib. “Könlüm keçir Qarabağdan” sərgisi ilk dəfə olaraq ABŞ-ın Qarabağ Fondunun dəstəyi ilə paytaxt Vaşinqtonda göstərilib. Qarabağ Fondundan təklif alan […]

Nadia Şərifi: Azərbaycanı milli geyimlərlə tanıdıram

Posted July 12th, 2012 at 2:42 pm (UTC-5)
Leave a comment

    May ayında Nyu-Yorkda BMT-nin Baş katibi Ban Ki Munun xanımının dəstəyi ilə Çin səfirliyində dünya xalqlarının milli geyimlərinin şousu keçirilib. Təxminən 30 ölkənin iştirak etdiyi şouda nümayiş etdirilən Azərbaycan milli geyimləri ziyarətçilərinin xüsusi rəğbətini qazanmışdır. Azərbaycan milli geyimlərinin nümayiş etdirilməsi Nyu-Yorkda yaşayan Nadia Şərifinin səyləri nəticəsində mümkün olmuşdur. Artıq bir neçə ildir Nyu-York […]

Vaşinqtonun meri Vinsent Qrey beynəlxalq TÜRKSOY təşkilatı və Qarabağ Fonduna təşəkkürünü bildirib

Posted April 22nd, 2012 at 2:30 pm (UTC-5)
Leave a comment

Vaşinqtonun meri Vinsent Qrey beynəlxalq TÜRKSOY təşkilatı və Qarabağ Fonduna təşəkkürünü bildirib. Sənəd Qarabağ Fonduna mer Vinsent Qreyin ofisindən e-mail vasitəsilə göndərilib. Vaşinqton şəhərinin meri Vinsent Qrey Vaşinqtonda “Türk diyarının səsləri simfoniyası” adlı konsertin təşkilatçıları olan TÜRKSOY təşkilatı və Qarabağ Fonduna təşəkkürünü bildirib. Mer Vinsent Qrey təşəkkür məktubunda bu təşkilatların Türk xalqları və Amerika xalqı […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>