Showing Archived Posts

Azərbaycanlı Tələbə Assosiasiyası Kaliforniyada Azərbaycanın Respublika günü münasibətilə tədbir keçirib

Posted May 31st, 2013 at 2:00 pm (UTC-5)
Leave a comment

Kaliforniyada İrvin universitetində Azərbaycan Respublikasının 95 illiyi münasibətilə tədbir keçirilib. İrvin universitetinin Azərbaycanlı Tələbə Assosiasiyası tərəfindən təşkil edilmiş tədbirə Azərbaycan, türk və yəhudi icmalarının üzvləri qatılıb. Azərbaycanlı Tələbə Assosiasiyasının üzvü, Dövlət siyasəti üzrə namizədlik dərəcəsi almış Aytən Nəbiyeva toplaşanlara müsəlman aləmində ilk dünyəvi respublika olan Azərbaycan Demokratik Respublikasının fəaliyyətləri ilə bağlı məlumat verib, gənc respublikanın […]

Torontoda Azərbaycanın Cumhuriyyət günü

Posted May 29th, 2013 at 3:21 pm (UTC-5)
Leave a comment

Azərbaycan Demokratik Respublikasının 95 illiyi münasibətilə Kanadanın Toronto şəhər bələdiyyəsinin qarşısında Azərbaycan bayrağının ucaldılması mərasimi keçirilib. Tədbir Kanadada fəaliyyət göstərən Kanada Azərbaycan Gənclər Şəbəkəsi və Toronto universitetinin Azərbaycanlı Gənclər Assosiasiyasının təşəbbüsü ilə təşkil edilib. Kanada Azərbaycan Gənclər Şəbəkəsinin prezidenti İsgəndər Qədirzadə toplaşanlara Azərbaycan Demokratik Respublikası haqda məlumat verib. Tədbirdə Kanadanın Araşdırma və İnnovasiya naziri, əslən […]

Mədəni diplomatiya və Azərbaycanın ABŞ-da tanıdılması səyləri

Posted May 15th, 2013 at 12:44 pm (UTC-5)
Leave a comment

Amerika mədəniyyəti, pop musiqi, caz, Hollivud filmləri illər uzunu xarici ölkələrlə əlaqə yaradılmasında əsas vasitə kimi çıxış edib. İndi isə amerikalıların dünya mədəniyyəti ilə daha yaxından tanışlığı üçün ictimai və mədəni diplomatiya müstəsna rola malikdir. ABŞ-da yaşayan diaspor üzvləri və qeyri-hökumət təşkilatları bu missiyanın həyata keçirilməsinə böyük töhfə verə bilərlər. ABŞ-ın Qarabağ Fondunun “Diplomatiya diqqət […]

Ottavada “Qarabağ” məktəbinin şagirdləri Kanada parlamentində

Posted May 8th, 2013 at 2:12 pm (UTC-5)
Leave a comment

Kanadanın paytaxtı Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri bu yaxınlarda parlamentdə keçirilən beynəlxalq tədbirə qatılıblar. “Qarabağ” məktəbinin təsisçilərindən biri, Azərbaycan dilini məktəbdə tədris edən Vüsalə Əhmədova Amerikanın Səsinə azərbaycanlı uşaqların Kanada parlamentində böyük uğurla çıxış etdiyini bildirib. Vüsalə Əhmədova:”Qarabağ Azərbaycan dili məktəbi 2011-ci ilin senatyabrından fəaliyyət göstərməyə başlayıb. Məktəb Ottava şəhərində yaşayan […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>