Showing Archived Posts

Murad Rəhimov- Amerikanın azərbaycanlı qəhrəmanı

Posted November 12th, 2012 at 4:09 pm (UTC-5)
Leave a comment

Noyabrın 11-i Birləşmiş Ştatlarda Veteranlar günüdür. Bu gün Amerikada bütün hərbi münaqişələrdə həlak olan amerikalıların xatirəsi anılır. Kaliforniya ştatının San Diyeqo şəhərində yaşayan Dinara və Rüfət Rəhimovlar isə bu gün ilin bütün başqa günləri kimi 2005-ci ilin yanvar ayında İraqda həlak olmuş övladları Muradın xatirəsini anır. Murad Rəhimov ABŞ hərbi qüvvələrinin 2003-cü ildən 2011-ci ilə […]

Amerikadakı Azərbaycan diaspor təşkilatları prezident Obamanı ikinci müddətə seçilməsi münasibətilə təbrik edib

Posted November 8th, 2012 at 4:43 pm (UTC-5)
Leave a comment

ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, USAN, Azərbaycan Amerika Cəmiyyəti və Azərbaycan Amerika Şurası prezident Barak Obamaya noyabrın 6-da ikinci müddətə Birləşmiş Ştatlar prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırıb. USAN təşkilatı ABŞ-da yaşayan azərbaycanlıların adından prezident Barak Obama, vitse-prezident Co Bayden, Konqres üzvləri, qubernatorlar və stat qanunvericilərini təbrik edib. Təşkilatın Azərbaycan icmasının üzvlərinə göndərdiyi açıqlamada deyilir […]

Amerika azərbaycanlıları ABŞ seçkilərinin nəticələrini müsbət qarşılayır

Posted November 7th, 2012 at 4:54 pm (UTC-5)
Leave a comment

Bədir Məmmədli, ABŞ-da Azərbaycan icma lideri, ABŞ azərbaycanlıların şəbəkəsi USAN təşkilatının üzvü Dilşad Əliyarlı: Bədir bəy, təmsil etdiyiniz ABŞ azərbaycanlılarının şəbəkəsi olan USAN təşkilatı icma üzvlərinin siyasi həyatda fəal iştirakını dəstəkləyir. Seçkidən əvvəl göndərdiyiniz press-relizlərdə siz icma üzvlərini seçkidə fəal iştirak etməyə çağırırdınız. BU mənada seçkini necə qiymətləndirirsiniz? Azərbaycanlılar seçkidə fəallıq göstərdilərmi? Bədir Məmmədli: Bir […]

Amerika azərbaycanlıları kimə səs verir

Posted November 5th, 2012 at 3:18 pm (UTC-5)
Leave a comment

İradə Axundova, Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti. Dilşad Əlyarlı: İradə xanım, siz illərdir Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidentisiniz və Azərbaycanla bağlı Texas ştatında geniş fəaliyyət aparırsınız. Bu il seçkidə sizin üçün ən önəmli mövzular hansılardır və siz hansı namizədə üstünlük verirsiniz? İradə Axundova: Bilirsiniz, uzun illərdir assosiasiyamızın işi ilə əlaqədar konqresmenlər və senatorlarla görüşürük. Bu […]

Tomris Azəri: Sendi qasırğası nəticəsində cəmiyyətimizin binası demək olar tamamilə dağılıb

Posted November 2nd, 2012 at 10:03 am (UTC-5)
Leave a comment

Keçən həftə ABŞ-ın şimal-şərq bölgələrini bürüyən Sendi qasırğası ən çox Nyu-Cersi ştatı və Nyu-York şəhərinə zərər vurub. Nyu-Cersidə yerləşən Azərbaycan Amerika Cəmiyyətinin binası qasırğa nəticəsində yararsız hala düşüb. ABŞ-da fəaliyyət göstərən ən ilk diaspor təşkilatı olan Azərbaycan Amerika Cəmiyyətinin prezidenti Tomris Azəri təşkilatın qərargahının bağlı olduğunu və qasırganın nəticələrinin aradan qaldırılması səylərinin davam etdiyini bildirir. […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>