Texas ştatının qanunverici orqanında ilk dəfə olaraq Azərbaycan diaspor üzvləri haqda qətnamə qəbul edilib.
ABŞ-da yaşayan azərbaycanlılıarın şəbəkəsi USAN xəbər verir ki, hər il aparılan intensiv kampaniya nəticəsində Texas qanunvericisi Skot Hokberq tarixi addım ataraq, dünya ölkələrində ilk dəfə Amerikada yaşayan azərbaycanlılar haqda ştat Konqresinin Nümayəndələr Palatasına qətnamə təqdim etmiş və onun təsdiqinə nail olmuşdur.
Cənab Hokberq Texas ştatında və xüsusilə də onun doğma şəhəri olan Hyuston şəhərində yaşayan bütün azərbaycanlılara və onların təmsil olunduqları Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasına dəstəyini bildirib.
HR 220 nömrəli qətnamə 2011-ci il fevral ayının 25-də qəbul edilib. Sənəddə deyilir ki, Hyustonda yaşayan azərbaycanlıların sayı artır və onlar şəhərin iqtisadiyyatına töhfələr verir, Texas ştatının enerji sənayesinin gücləndirilməsinə öz bilikləri və səyləri ilə bölüşürərək kömək edir, habelə ştatın və şəhərin siyasi həyatında fəal iştirak edir. Qətnamədə Amerika azərbaycanlılarının ştatın çoxmillətli icmasına mühüm töhfələr verdiyi qeyd edilir.
Skot Hokberq Texasın Nümayəndələr Palatasında 1993-cü ildən Hyuston şəhərini təmsil edir. O, Nümayəndələr Palatasında İctimai Təhsil komitəsinin həmsədridir. 2007-ci ildə cənab Hokberq Texas ştatının 10 ən yaxşı qanunvericisi siyahısında göstərilmişdir.
Texas ştatının qanunverici orqanında qəbul edilmiş qətnamə ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.
http://www.legis.state.tx.us/tlodocs/82R/billtext/pdf/HR00220F.pdf#navpanes=0