Bu yaxınlarda ABŞ-ın Pensilvaniya ştatının Skranton şəhərində məktəblilər arasında güləş üzrə keçirilmiş yarışlarda 9-cu sinif şagirdi Cavid Məmmədli üçüncü yerə çıxaraq bürünc medal qazanıb.
Cavid Məmmədli artıq bir ildir ABŞ-da yaşayır. Güləş idmanı ilə yarım ildən artıqdır məşğul olur.
Gələcək planlarından danışan yeniyetmə deyir:”Mən öz üzərimdə daha da çox işləyəcəm ki, gələn yarışlarda üçüncü yox, birinci yeri qazanım.”
Aşağıdakı linkdə Amerikanın səsinin əməkdaşı Bəxtiyar Zamanovun Cavid Məmmədli ilə müsahibəsini dinləyə bilərsiniz.