Brüsseldəki Belçika Azərbaycan Dostluq Dərnəyi 31 Mart günü Avropa İttifaqının binasının yerləşdiyi Şuman meydanında mart qırğınlarını anım aksiyası təşkil edib.
Dərnəyin rəhbəri Ayhan Demirçinin AzeriDiaspor-a verdiyi məlumata görə, aksiyada Belçikada yaşayan azərbaycanlılar və türk icmasının üzvləri iştirak ediblər. Onun sözlərinə görə, aksiya zamanı Ermənistanın işğal siyasətinə etiraz edilib. Nümayiş iştirakçıları Ağdam rayonunda təmas xəttində 9 yaşlı azərbaycanlı Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirilməsini pisləyiblər. Azərbaycan və Türkiyə bayraqlarının dalğalandırıldığı aksiya zamanı icma üzvləri əllərində Fariz Bədəlovun foto-şəkillərini tutublar.
Nümayiş mətbuat üçün açıqlamanın oxunması ilə başa çatıb.