ABŞ senatoru Amerika azərbaycanlılarının məktub kampaniyasına cavab verib

Posted April 7th, 2011 at 12:36 pm (UTC-5)
Leave a comment


Texas ştatından senator Key Belli Hatçison Amerikada yaşayan azərbaycanlıların Ermənistanda Metsamor atom elektrik stansiyasının bağlanmasına dair müraciətinə cavab verib.

Senator Hatçison ABŞ azərbaycanlılarının şəbəkəsi USAN-a cavab məktubunda Birləşmiş Ştatların nüvə siyasətinin əsas prinsiplərini izah edib. Məktubda Yaponiyada şiddətli zəlzələ və sunamidən sonra nüvə böhranının ətraf mühit və insanlar üçün yaratdığı təhlükə qeyd edilir. Burada deyilir ki, ABŞ-ın Nüvə Enerjisinə Nəzarət Komissiyası ölkədə atom elektrik stansiyalarının təhlükəsizliyinə görə cavabdehlik daşıyır. Senatorun bildirdiyinə görə, Yaponiyada zəlzələdən sonra Komissiya ABŞ-ın bütün AES-lərində vəziyyəti nəzərdən keçirməyə başlayıb . Məktubda ABŞ-da elekrik enerjisinə ehtiyacın 2030-cu ilə qədər 25 faiz artacağı göstərilir və deyilir ki, ölkədə elektrik enerjisinin 20 faizi nüvə enerjisinin payına düşür. “Atom enerjisi təmiz, effektiv və ölkənin özünün hasil etdiyi enerji mənbəyi olaraq qalır, lakin biz qısa və uzun müddət üçün təhlükəsizlik məsələlərinin elm və texnikanın nailiyyətləri əsasında həll edildiyinə nail olmaq üçün mümkün bütün tədbirləri görməliyik”-deyə məktubda bildirilir.

ABŞ azərbaycanlılarının şəbəkəsi USAN Yaponiyada zəlzələdən sonra Ermənistanda Metsamor AES-in region üçün yaratdığı təhlükə ilə əlaqədar məktub kampaniyası aparır. Birləşmiş Ştatlar Konqresi və hökumət üzvlərinə ünvanlanan məktublarda deyilir ki, Yaponiyada baş vermiş zəlzələ seysmik zonalarda atom elektrik stansiyalarının ətraf mühit üçün yaratdığı təhlükəni nümayiş etdirdi. Burada qeyd edilir ki, beynəlxalq ictimaiyyət Metsamor AES-in Qafqaz regionu üçün ciddi təhlükə olduğu ilə bağlı narahatlığını dəfələrlə ifadə edib. Məktubda həmçinin stansiyanın mövcudluğunun regionda nüvə qaçaqmalçılığı üçün şərait yaratdığı bildirilir. “ABŞ Konqresi və hökuməti Ermənistana xarici yardımı Metsamor atom elektrik stansiyasının dərhal bağlanması şərti ilə veməlidir”-deyə məktubda qeyd edilir.

Azərbaycan hökuməti də Metsamor AES-də təftiş keçirmək üçün Beynəlxalq Atom Enerjisi agentliyinə müraciət edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>