Yaponiyanın Osaka şəhərində fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti Azərbaycan xalqına Respublika günü münasibəti ilə təbrik ünvanlayıb. Cəmiyyətin sədri Rəhman Şahhüseynlinin adından açıqlanan press relizdə deyilir ki, Yaponiyada yaşayan azərbaycanlılar 28 May Azərbaycanın Respublika gününü böyük qürur hissi ilə qeyd ediblər.
Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti 2002-ci ildə Yaponiyada Azərbaycanı tanıtmaq məqsədilə yaradılıb. Öz fəaliyyətləri ilə cəmiyyət iki ölkə arasında sıx dostluq və əməkdaşlıq, mədəni və maarifçilik əlaqələrinin qurulmasına nail olmağa çalışır. Azərbaycan-Yaponiya Dostluq Cəmiyyəti Yaponiyada yaşayan azərbaycanlıların ilk və yeganə təşkilatıdır.