Dünya Azərbaycanlılarının 3-cü qurultayı ilə bağlı fikirlərinizi bizimlə AzeriDiaspora bloqunda bölüşün.
İyulun 5-də Bakıda Dünya Azərbaycanlılarının 3-cü qurultayı keçirilib. Qurultayda dünyanın 42 ölkəsindən 1272 nümayəndə, 579 təmsilçi və 211 qonaq iştirak edib.
Müxalifət və bir sıra müstəqil media nümayəndələri qurultaya dəvət edilməyib.
Qurultayda “Dünya Azərbaycanlılarının 3-cü qurultayının qətnaməsi”, “Azərbaycan prezidentinə müraciət”, “Dünya Azərbaycanlılarına müraciət”, “Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət”lər qəbul edilib.
Azərbaycan prezidenti İlham Əliyev qurultay qarşısında çıxış edib.
Qurultaydan öncə prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə, bir qrup şəxsi Azərbaycanın “Dostluq” ordeni və “Tərəqqi” medalı ilə təltif edib.