Dünya şöhrətli riyaziyyatçı-alim Lütfü Zadə bu il İspaniya Fondu tərəfindən mükafat alıb. Bakıda anadan olmuş alim elmə verdiyi töhfələrə görə İspaniyanın BBVA (Banco Bilbao Vizcaya Argentaria) fondu tərəfindən 400 min məbləğində mükafatla təltif edilib.
Mükafat tanınmış alimə Madriddə keçiriən mərasim zamanı təqdim edilib.
Doktor Lütfü Zadə elmi fəaliyyətinə görə dəfələrlə mötəbər elmi qurumlar tərəfindən mükafata layiq görülüb. 2009-cu ildə Filadelfiyada Benjamin Franklin institutu onu “qeyri-səlis məntiq” nəzəriyyəsini aşkar etdiyinə görə Elektrik Mühəndisliyi üzrə Bencamin Franklin medalı ilə təltif edib. O bu mükafata layiq görülən ilk və yeganə azərbaycanlıdır.
Kaliforniyada Berkli universitetində təqaüddə olan əməkdar professor Lützü Zadə elm dünyasında Fuzzy Logic (qeyri-səlis məntiq) nəzəriyyəsinin banisi kimi tanınır.
Lütfi Zadə 1921-ci ildə Bakıda dünyaya göz açıb. Onun atası Rəhim Ələsgərzadə əslən Ərdəbildən, anası Fanya Koriman isə Rusiyadan olub. O, 1944-cü ildə 23 yaşından olarkən valideynləri ilə birlikdə Amerika Birləşmiş Ştatlarına mühacirət edib.
Doktor Lütfü Zadə 2011-ci ildə Amerikanın Səsinə müsahibədə elmi fəaliyyətindən danışıb və həyatı və ilə bağlı xatirələri ilə bölüşüb.