Amerikada və Kanadada yaşayan azərbaycanlılar, habelə bu ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının səyləri nəticəsində bri sıra stat və şəhərlərdə Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar rəsmi sənədlər qəbul edilib. ABŞ-ın Nyu Cersi ştatının qubernatoru Kim Quadaqnonun vitse-qubernator Kris Kristi ilə qəbul etdiyi birgə bəyanatda Xocalı qətliamının 20-ci ildönümünü qeyd edən bütün insanlarla həmrəylik ifadə edilir. […]