Vaşinqtonda Karneqi Sülh İnkişaf fondunda tanınmış iranlı hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Şirin İbadinin yeni kitabının prezentasiyası keçirilib. “Qızıl Qəfəs:Üç qardaş, üç seçim, bir tale” adlı kitabda xanım İbadi İranda avtoritar rejimdən qurtulmaq uğrunda uzun və qeyri-müvəffəq mübarizəni bioqrafik perspektivdən təsvir edir. Kitabın prezentasiya mərasimində danışan Şirin İbadi İranda bu gün demokratiya və insan haqlarının […]
Şirin İbadi İranda yaşayan xalqların ana dilində təhsil almaq hüququndan danışdı
Şirin İbadinin Vaşinqtonda kitabının prezentasiyası keçirilir
Tanınmış iranlı hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Şirin İbadinin Vaşinqtonda yeni kitabının prezentasiyası keçirilir. “Qızıl Qəfəs:Üç qardaş, üç seçim, bir tale” adlı kitabda İranda avtoritar rejimdən qurtulmaq uğrunda uzun və qeyri-müvəffəq mübarizə bioqrafik perspektivdən əks etdirilir. Xanım İbadi Vaşinqtonda Karneqi Sülh İnkişaf fondunda İranda demokratiya və insan haqlarının bugünkü durumu və bunlar qarşısında duran maneələrdən […]
Amerika türkləri prezident Obamanı aprelin 24-də soyqırım sözünü işlətməməyə çağırır
Amerika türklərinin şəbəkəsi prezident Obamaya və Ağ Evə məktub göndərərək, ABŞ prezidentini aprelin 24-ü açıqlayacağı bəyanatında soyqırım sözünü işlətməməyə çağırır. Məktublar ABŞ Konqresinin üzvlərinə də göndərilib. Məktubda Amerikada yaşayan türk icmasının üzvləri aprelin 24-nün erməni soyqırımı günü adlandırılmasına etiraz bildirilir. Burada deyilir ki, baş vermiş digər faciəli hadisələrdən fərqli olaraq, ermənilərin iddia etdiyi soyqırım ətrafında […]
USAN Senatı ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanı bu vəzifədə tam müddətə təsdiq etməyə çağırır
ABŞ azərbaycanlılarının şəbəkəsi USAN Senatı Birləşmiş Ştatların Azərbaycandakı səfiri Metyu Brayzanı bu vəzifədə tam müddətə təsdiq etməyə çağırır ABŞ-dakı Azərbaycan icmasının üzvləri Amerikadakı erməni lobbisinin Birləşmiş Ştatların Azərbaycandakı səfiri Metyu Brayzanın bu vəzifədə tam müddətə təsdiqinə mane olmaq məqsədilə apardığı kampaniyanın qarşısını almaq üçün əks kampaniyaya başlayıb. Azərbaycanlıların şəbəkəsi USAN xəbər verir ki, Amerikada erməni […]
Cavid Hüseynov: ‘Pax Turcica institutu ABŞ-da türk əsilli amerikalıların birliyi üçün fəaliyyət göstərir’
Amerikada fəaliyyət göstərən diaspor qruplarından biri Pax Turcica institutu bu həftə Nyu Yorkda azərbaycanlı universitet məzunları və tələbələrdən ibarət AYNA şəbəkəsinin ilk forumunu keçirəcək. Konfransın əsas məqsədi qrupun fəaliyyət və hədəflərini müzakirə etmək və yerli tələbələrin işinin koordinasiya edilməsindən ibarətdir. Pax Turcica institutunun həmtəsisçisi Cavid Hüseynov bu yaxınlarda qurumun fəaliyyətləri ilə bağlı Türk Amerika Milli […]
Texas ştatının qanunvericisi Azərbaycanda 31 Mart qırğınları ilə bağlı bəyanat verib
Texas qanunvericisi Con Zervas 31 Mart azərbaycanlıların kütləvi qırğınları ilə bağlı artıq üçüncü dəfədir bəyanatla çıxış edir. Sənəd 2011-ci il martın 31-də kütləvi qırğınların 93-cü ildönümünü münasibətilə açıqlanıb. Bəyanatda qeyd edilir ki, 1918-ci ilin martında Bakıda və Azərbaycanın bir sıra şəhərlərində qadınlar və uşaqlar da daxil olmaqla 12 mindən çox günahsız insan qətlə yetirilib. Konqresmenin […]
ABŞ senatoru Amerika azərbaycanlılarının məktub kampaniyasına cavab verib
Texas ştatından senator Key Belli Hatçison Amerikada yaşayan azərbaycanlıların Ermənistanda Metsamor atom elektrik stansiyasının bağlanmasına dair müraciətinə cavab verib. Senator Hatçison ABŞ azərbaycanlılarının şəbəkəsi USAN-a cavab məktubunda Birləşmiş Ştatların nüvə siyasətinin əsas prinsiplərini izah edib. Məktubda Yaponiyada şiddətli zəlzələ və sunamidən sonra nüvə böhranının ətraf mühit və insanlar üçün yaratdığı təhlükə qeyd edilir. Burada deyilir […]
Maestro Çingiz Sadıxovla müsahibə
Aprelin 5-i tanınmış pianoçu, maestro Çingiz Sadıxovun 82 yaşı tamam olur. Çingiz Sadıxov 1929-cu ildə Şuşada anadan olub. O, 1994-cü ildən ABŞ-da San-Fransisko şəhərində yaşayır. Amerikada yaşayan həmvətənlilərimiz arasında Çingiz Sadıxovu yəqin ki, çoxlarının sevimlisi adlandırmaq olar. Lakin o təkcə diaspora üzvləri arasında populyar deyil. Çingiz Sadıxov ABŞ-ın bir sıra şəhərlərində, Kanadada konsertlərlə çıxış edib. […]
Rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” sərgisi Pensilvaniyada nümayiş etdirilir
Pensilvaniya ştatında azərbaycanlı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” adlı rəsm sərgisi açılıb. Sərgi bundan öncə Vaşinqtonda göstərilib. Əslən Ağdamlı olan memar və rəssam Yavər Rzayev bu sərgi üçün uşaqlıq və gənclik illərinin keçdiyi yerlərə xəyalən səfər edib, yeni əsərlər yaratmağı düşünüb. “Qarabağın təbiəti, muğam mənim ilham mənbəyimdir,”-deyə Yavər Rzayev Amerikanın səsinə bildirib. Yavər Rzayev […]
Belçika Azərbaycan Dostluq Dərnəyi 31 Mart gününü Avropa İttifaqının qarşısında nümayiş keçirib
Brüsseldəki Belçika Azərbaycan Dostluq Dərnəyi 31 Mart günü Avropa İttifaqının binasının yerləşdiyi Şuman meydanında mart qırğınlarını anım aksiyası təşkil edib. Dərnəyin rəhbəri Ayhan Demirçinin AzeriDiaspor-a verdiyi məlumata görə, aksiyada Belçikada yaşayan azərbaycanlılar və türk icmasının üzvləri iştirak ediblər. Onun sözlərinə görə, aksiya zamanı Ermənistanın işğal siyasətinə etiraz edilib. Nümayiş iştirakçıları Ağdam rayonunda təmas xəttində 9 […]