2011-ci il mayın 25-də Kaliforniya ştatının Orange inzibati dairəsinin direktorlar şurasının sədri Bil Kampbel mayın 28-nin Azərbaycanın Milli Günü kimi qeyd edilməsinə dair bəyannamə imzalayıb. Sənəd ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Şurasının adına göndərilib.
Bəyannamədə 1918-ci il mayın 18-də Azərbaycanda müsəlman dünyasında ilk dəfə olaraq parlamentar demokratik respublikanın qurulduğu və onun Birləşmiş Ştatlar tərəfindən tanındığı, Naxçıvanın və Qarabağ regionunun Azərbaycan ərazisinə daxil olduğu, Birləşmiş Ştatlar və BMT-nin 1992-ci ildən ölkənin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi, Azərbaycanın ABŞ-ın strateji müttəfiqi və dostu olduğu qeyd edilir. Sənəddə deyilir ki, dairənin direktorlar şurasının sədrinin qərarı ilə mayın 28-i Azərbaycanın Milli Günü elan edilir və Orange dairəsinin sakinləri bu günü qeyd etməyə çağırılır.