Senatın Xarici Əlaqələr Komitəsində ABŞ-ın Ermənistandakı yeni səfiri vəzifəsinə nominasiya olunmuş Con Heffernin təsdiqi ilə bağlı dinləmələr keçirilir

Posted July 13th, 2011 at 3:02 pm (UTC-5)
Leave a comment

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Birləşmiş Ştatların Ermənistandakı səfiri vəzifəsinə nominasiya olunmuş Con Heffernin bu vəzifəyə təsdiqi ilə bağlı dinləmələr keçirilir. Dinləmələr zamanı cənab Heffern komitə üzvlərinin ABŞ administrasiyasının regionda siyasəti ilə bağlı suallarını cavablandırıb.
Xarici Əlaqələr Komitəsinin üzvü, Nyu-Cersi ştatından senator Robert Menendes səfir vəzifəsinə nominasiya olmuş Con Heffernə ermənilərin iddia etdiyi soyqırımla bağlı suallar verib.
Amerikada yaşayan azərbaycanlı icmasının üzvləri dinləmələrə Senatın Xarici Əlaqələr Komitəsi və Obama administrasiyasının regionda ən ciddi problemlərdən biri olan Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli həlli məsələsində mövqeyinin açıqlanması imkanı kimi baxır.
Senatın Xarici Əlaqələr Komitəsi xarici ölkələrdə ABŞ-ın səfiri vəzifəsinə təyin olunmuş şəxslərin namizədliyini müzakirə edib səsverməyə çıxarır.
Bugünkü dinləmələr zamanı ABŞ-ın Makedoniyada səfiri vəzifəsinə Pol Volers və Moldovada səfiri vəzifəsinə Vilyam Moserin namizədliyi də müzakirə olunur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>